Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə15/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   11   12   13   14   15   16   17   18   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
18
qadın həssaslığı, emosionallığı, intuisiyası, yumşaqlığı və 
qətiyyətsizliyi, kompromis arayışı cəhdi ilə birbaşa ziddiy-
yətdədir. Qarşılıqlı anlaşılmazlıqda kişi öz şəxsi istək və 
qiymətləndirməsindən çıxış edərək qadını tənqid etməyə 
daha çox meyillidir. Münhen Universitetinin fəlsəfə elmləri 
doktoru Kitta Müllen Axs göstərir ki, qadının “yox” demə-
sini kişi “hə”, “ola bilər” söyləməsini isə onun hər hansı 
formada “yox” deyə düşünməsi şəklində qəbul edir. Bu isə 
adamların verbal dillə yanaşı, başqa ünsiyyət üsullarından 
da yararlanması anlamına gəlir (253: 126-127). Tədqiqat-
çının qeyd etdiyi kimi, qədim tarixə malik olan ünsiyyət 
vasitələrindən biri də bədən “dili”dir. Sosial əhəmiyyətli in-
formasiyanın 2/3 hissəsi sırf bədən dili ilə çatdırılır. Bədən 
dili ilə susmaq mümkün deyil. Biz daim nəsə “ötürürük”, 
yad adamların təsirinə məruz qalırıq. Bu isə rasionallıq və 
məntiqin arxa plana keçdiyi ünsiyyət səviyyəsidir (2: 13).
Yaxşı məlumdur ki, ənənəvi davranış formaları öz mü-
hafizəkarlığını nə qədər qoruyub saxlasa da, cəmiyyətin 
həyatında baş verən köklü dəyişikliklər ailələrdən də yan 
ötüb keçmir. İndi Azərbaycan ailəsində kişi-qadın münasi-
bətləri yeni müstəvidə inkişaf etməkdədir. Təzə ailə quran 
tərəflər get-gedə daha “sərbəst”, “müstəqil” hərəkət edib, 
yeni davranış qaydalarına üstünlük verirlər. Belə ki, ailə qu-
ran gənclərin öz şəxsi rəyləri artıq bir çox hallarda ön plana 
keçməkdədir, lakin gəlin-qayınana, kürəkən-qayınana mü-
nasibətlərindəki “ölçü-biçi” əksər hallarda, ənənəvi prin-
sipləri qoruyub saxlamaqdadır. Doğrudur, bu münasibətlər 
ailədaxili konfliktlərsiz də ötüşmür. Həmin konfliktlərin bir 
qismi məhşur “Qaynana” əsərində komik boyalarla təsvir 
edilmişdir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin