Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 20 Gender dəyərlərinin üçüncü forması şəxsiyyətin struk-
turuna onun davranış motivlərinin mənbələrindən biri olan
şəxsi dəyərlər şəklində daxil olur.
Alman alimi A.Şmidt bu məsələyə yanaşmanın başqa
bir metodoloji prinsipini təklif etmişdir. O, insanın ən ümdə
tələbatına – nəslin qorunub saxlanması, salamat qalmaq,
yeni sosial statusa nail olmaq istiqamətlərində sosial inki-
şafa və siyasi iddialara əsaslanan gender dəyərləri iyerarxi-
yasını işləyib hazırlamışdır (69: 13).
Sosioloqlar cins və gender problemini araşdırarkən
qeyd edirlər ki, kişi və qadın arasındakı sosial münasibət-
lərin təşkili bir model olaraq təkcə ailədaxili və şəxsiyyət-
lərarası əlaqələrin nəticəsi kimi deyil, həm də geniş spektr-
də-sosial münasibətlərin inikası kimi təzahür edir.
Kişi ilə qadın arasındakı bioloji fərqlərin mahiyyəti hər
bir kəsə məlumdur. Lakin bir çoxlarına məlum deyildir ki,
kişi ilə qadını fərqləndirən əsas amil heç də zahiri səciy-
yə daşımır, çünki zahiri xüsusiyyətlərinə görə qadınla kişi
arasında oxşarlıq fərqlilikdən daha çoxdur. Əksər hallar-
da, həmin fərqlərin əsasında məhz gender fərqləri dayanır.
Gender fərqi isə insanların qarşılıqlı əlaqə və münasibət-
ləri prosesində meydana çıxır. Əlbəttə cinsi xüsusiyyətlərə
daha çox əhəmiyyət verən gender təfəkkürü çox zaman za-
hiri davranış formalarına diqqət yetirir. Burada xatırlatmaq
lazımdır ki, bu və ya digər şəxsi, gender kateqoriyasına aid
etməyin iki prinsipi mövcuddur.
Birinci prinsipi çox vaxt transvestit adlandırırlar. Bu
zaman qadın geyiminə üstünlük verən kişilər və kişi liba-
sı geyməyi xoşlayan qadınların davranış normaları diqqəti
çəkir. Kişi paltarı geymiş qadının və ya əksinə - qadın pal-