Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 27 ğı (femininliyi) və digər qütbdə kişiliyi (maskulinliyi) təyin
edir. Mütəşəkkil qadın hərəkatının, yəni köhnə feminizmin
və yeninin (neofeminizmin) əsasında daim bir emansipasi-
ya - qadının tabeçilikdən, istismardan azad olmaq arzusu
dayanmışdır. Bir çox qadın təşkilatları, xüsusən, feminist
hərəkatın əksər nümayəndələri, dünya sərvətlərinin qey-
ri-bərabər, həm də çox hallarda kişilərin xeyrinə bölündü-
yünü israr edirlər. Həqiqətən, BMT-nin yaydığı məlumata
görə, qadınlar dünya əmtəə məhsullarının üçdə iki hissəsini
yaratdıqları halda, ümumdünya gəlirinin cəmi 10 faizini
alır və dünya mülkiyyətinin yalnız bir faizinə sahibdirlər
(39: 134). Həmin problemlərin öyrənilməsi və heç olmazsa
interpretasiyası müasir genderşünaslığın əsas tədqiqat hə-
dəflərindəndir.
Gender əsasən şəxsiyyətlərarası münasibətləri, davranış
normalarını səciyyələndirsə də, onun əhatə dairəsi geniş-
dir. Belə ki, o, cəmiyyətin əsas institutlarında təşkilat iyer-
arxiyalarında sosial münasibətləri təyin edən bir hadisədir.
İngilis alimi C.Lorber özünün bir çox tədqiqatlarında gen-
der nöqteyi-nəzərindən cəmiyyətdə qadının sosial-mədəni
statusunu müəyyənləşdirməyə çalışaraq göstərir ki, sosial
institutlarda kök salmış mövqe cins mənsubluğu ilə (tibb
bacıları, həkimlər, müəllim və inspektorlar, rahibələr və din
xadimləri) o qədər bağlıdır ki, cinsi sərhəd pozulanda üstün
cinsi dixotomiya saxlanılır (əgər söhbət qadın prezident-
dən, polis işçisindən, yanğınsöndürəndən, ali məhkəmənin
üzvündən və yaxud kişi katibdən, feldşerdən, uşaq bağça-
sının tərbiyəçisindən gedirsə xüsusi izah lazım gəlir). İş və
ailədə, bir çox cəmiyyətlərin əsas institutlarında – praktiki
olaraq gender fərqi çox dərin kök salmışdır. Az qala bütün