Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 28 mədəniyyətlərdə, iş, ixtisas növü yerinə yetirilən işin xa-
rakteri elə bir lazımı əsas və zərurət olmadan kişi və qadın
ixtisasına bölünmüşdür... Ailədə qohumların rolu onların
adının da göstərdiyi kimi (ana, ata, qız, bacı, qardaş, xala,
əmi) gender mənsubiyyətinə görə təyin olunur; bu, uzaq qo-
humların roluna aid olmaya bilər. Bu da gender mənsubiy-
yəti institutun strukturuna daxil edilmişdir və xüsusən də ev
əməyinin bölüşdürülməsində praktik rol oynayır. Qadınla-
rın və kişilərin istehsalatda və evdə ən müxtəlif iş növü ilə
məşğul olmasını araşdıran müəllif C.Lorber pullu işin və ev
əməyinin bölüşdürülməsinin gender mənsubiyyətindən bir
çox prosesləri asılı etdiyini nəzərdən keçirərək qeyd edir ki,
gender mənsubluğu yalnız mürəkkəb təşkilli cəmiyyətlərə
xas olan stratifikasiya sistemlərində mühüm rol oynamır;
ictimai nemətlərin qeyri-bərabər bölündüyü, qadına daha
az mülkiyyət payı, hakimiyyət və nüfuz verildiyi yerdə
bu tamamilə adi bir şeydir. Mövcud dəyərlər ehtiyatının
ölçüsündən asılı olmayaraq, sinfi çərçivədə irqi yaxud et-
nik qrupun daxilində onları kişilər bölüşdürür (əlbəttə bö-
lüşdürməli bir şey varsa). Gender bərabərliyinin səviyyəsi
ehtiyatların kasıb olduğu və müntəzəm mülkiyyətin yaxud
imtiyazların olmadığı (məsələn, yığıcılıqla və ovla məşğul
olan cəmiyyətlərdə və gettolarda) şəraitdə daha yüksək olur,
lakin daha aşağı səviyyəli şəraitdə, quldarlıqda, konsentra-
siya düşərgələrində də qadınlar kişilərlə müqayisədə daha
çox əziyyət çəkir, çünki hakim kişilər tərəfindən zorakılığa
və seksual istismara məruz qalırlar.
Vaxtilə Hegel yazırdı ki, subyektin bir sıra davranış və
əməlləri elə onun özüdür. Həqiqətən insanın şəxsi həyatı,
tərcümeyi-halı onun əməllərində əks olunur. Lakin qadın-