Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 8 cəmiyyətdə kişilərlə qadınlar arasındakı sosial münasibət-
lər modelini təqdim edir ki, onun da əsas komponentləri
aşağıdakılardır: 1) mülkiyyətin, əməyin, hakimiyyətin və
nüfuzun bölünməsi ilə əlaqədar stratifikasiya münasibətlə-
ri; 2) seksual və reproduktiv rolu və əxlaqi tənzimləyən mü-
nasibətlər; 3) mənəvi-emosional yaxınlaşma münasibətləri.
Bu yanaşmaların birliyi “gender”in ailə və cəmiyyətdə kişi
ilə qadın arasındakı münasibətlərin struktur-stratifikasiya
modelini və mədəni konstruksiyasını təqdim edən sosial
cins kimi şərhini verməyə imkan yaradır (159: 132).
Bioloji cins və əsasən sosial cins olaraq gender sosiali-
zasiya və gender struktur-status stratifikasiya proseslərində
inteqrasiya olunduğu ümumi sosial “cins” kateqoriyasının
mürəkkəb strukturuna daxil edilməsi daha konstruktiv sa-
yılır. Bu izahın əsasında D.Loberin “Cins sosial kateqori-
ya kimi” məqaləsində təklif etdiyi, “cins” kateqoriyasının
modifikasiya edilmiş strukturu durur. Belə yanaşma həmin
fenomenin həm ontoloji, həm də qneseoloji mürəkkəbliyini
və çoxplanlılığını əks etdirməyə imkan verir (159: 132).
Əlbəttə cins anlayışı, qadın və kişinin əsaslı fərqi
məsələsi elmi-fəlsəfi ədəbiyyatda heç də yeni bir şey deyil-
dir. Bu cəhətdən xüsusilə Freydin psixoanaliz nəzəriyyəsi
alimin özündən sonra gələn tədqiqatçılara və bütöv elmi
fikrə böyük təsir göstərmişdir. Freyd hər şeydən əvvəl kişi
ilə qadının bioloji fərqini nəzərə çarpdıraraq qeyd edir ki,
“anatomiya-taledir”. Hər şeydən əvvəl qeyd etmək lazımdır
ki, Freydin əsas pasientləri psixi stress keçirən qadınlar ol-
muşdur və görünür məhz buna görə də Freydin əsərlərində
təkcə qadın “anatomiyasının” deyil, qadın psixikasının da
kişilərlə ziddiyyət təşkil etdiyi göstərilir (173).