ETNOPSİXOLOGİYA 191
etiket qaydasıdır. Yaponla ünsiyyətdə olarkən diqqətli olmaq
lazımdır. Əgər sizə təklif etməyiblərsə, onda əyləşmək olmaz.
A.Hiroyuki yazır ki, yaponlar natiqlik qabiliyyətini heç də yüksək
dəyərləndirmirlər, əksinə belə adamlara qarşı inamsızlıq
göstərirlər. Onlar üçün susmaq aktiv ünsiyyət vasitəsidir. Susmaq
müxtəlif məna ifadə edə bilər o cümlədən narazılığı, qəzəbi və s.
Yapon yaxşı tanımadığı adamlar arasında susmağa üstünlük verir
və söhbətə qoşulmaq zərurəti yarananda özünü o qədər də yaxşı
hiss etmir.
Hər bir xalqın psixologiyasına dərindən bələd olmaq üçün
mütləq o xalqın tərbiyə sistemini öyrənmək lazımdır. Yaponlar
uşağa qarşı çox mülayim davranır və tərbiyə edirlər. Uşağı demək
olar ki, heç vaxt döymürlər, onların üstünə qışqırmır, yalnız dilə
tutmaqla, şəxsi nümunə, valideyn qarşısında borc hissi əsasında
tərbiyə edirlər. Yaponiyada uşaqların tərbiyəsi barəsində bir neçə
qayda mövcuddur: I - uşaqla 5 yaşa qədər “kral” kimi rəftar edirlər,
yəni bu bir növ tam şəkildə icazə dövrüdür. II -15-yaşa qədər “qul”
kimi davranırlar, yəni sərt məhdudiyyət dövrü. III -15 yaşdan sonra
uşaqla “bərabər” rəftar edirlər. Kiçik yaşda yapon uşaqlarının
tərbiyəsi “yumşaq və hər şeyi bağışlayan” qaydada keçirilir. Uşaq
meydançasında uşağa qışqırıq eşitməssiniz, xüsusən də cəmiyyətin
gözü qarşısında. Yaponiyada heç vaxt uşaqları vurmurlar. Ən ciddi
cəza ana tərəfindən hərəkətin bəyənilməməyidir, hansı ki,bu ciddi
bir baxış və ya intonasiya ilə ifadə olunur. Yaponiyada uşaqlarə
söymək qəbul edilməmişdir, xüsusilə də, 2 yaşa qədər.Tərbiyənin
bünövrəsi birinci olaraq onları əhatə edən insanlara nəzakətli
olmağıdır. Bütün tərbiyə qaydası çox əsrlik ənənələrə tabe
edilmişdir, hansılar ki , bunları cəmiyyətdə normal şəkildə qəbul
edirlər. Beləki, onlar açıq nümunə şəklində şuluqluq edən uşaqlara
qarşı bir hiylə işlədirlər. Həmin uşaqları “ itirilmiş uşaq “ və ya
yapon dilində “ mayqo” adlandırırlar. Ənənəyə görə, Yaponiyada
ictimai yerlərdə və evdə balaca uşaq ananın əlində olur və yaxud da
onu xüsusi örpəklə öz üzərinə bağlanılır. Ancaq körpə bütün günü
eyni vəziyyətdə olmaqdan bezikir və ayaqlarını dartmağa başlayır.