Qruplar Meyar I qrup II Qrup III qrup IV Qrup Quruluşu şərh
etmə
Canlılara təsirini
şərh etmə Əməkdaşlıq Təqdimat
VII sinif Mövzu: Suda-quruda yaşayanların çoxalması və inkişafı.
Standart: 2.1.1. Müxtəlif canlılarda gedən çoxalma proseslərini fərqləndirir.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və
nəticələri ümumiləşdirir.
Məqsəd: Qurbağanın çoxalma prosesini şərh edir.
Balıqlarla suda-quruda yaşayanların çoxalmasını fərqləndirir.
Bioloji proseslərə dair hesablama aparır .
İş forması: kollektivlə və qruplarla iş.
İş üsulları: Venn diaqramı, beyin həmləsi
Resurslar: Dərslik, iş vərəqləri, şəkillər və tablolar, İKT materialları və
vasitələri.
43
İnteqrasiya: İnf. 2.2.2
Dərsin gedişi: Motivasiya: Lövhədə 4 dənə şəkil asılır. Bu şəkillərdən biri çoxalmanı əks
etdirmir. Müəllim şagirdlərdən bunlardan hansının artıq olduğunu soruşur.
Kəpənək (çoxalma)
Milçək (çoxalma)
Evqlena (çoxalma)
Qurbağa (daxili orqanları)
Yönəldici sualların köməyilə tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı:Suda-quruda yaşayanlar necə çoxalır və inkişaf edir?
Tədqiqatın aparılması: Şagirdlər qruplara bölünür və onlara iş vərəqləri verilir.
İş vərəqi 1.
Verilmiş şəkilləri kəsib çömçəquyruğun keçdiyi inkişaf mərhələlərini ardıcıllıqla
yapışdırın
İş vərəqi 2.
Qurbağanın çoxalma orqanları hansılardır? Balıqlarla qurbağaların çoxalma
orqanlarını müqayisə edin.
balıqlar qurbağalar
İş vərəqi 3.
Iş vərəqi 3.
Mövzunu araşdırmaqla verilmiş məsələni həll edin.
Bir dişi qurbağanın tökdüyü kürünün 70 faizi məhv olmuşsa, qalan kürüdən
maksimum nə qədər çömçəquyruq çıxar?
İş vərəqi 4.
Verilmiş suallara əsasən krassvord tərtib edin.
1.Ayrıcinsli heyvandır
2. Gurultu səsini gücləndirən qovuqcuqlar.
3. Qurbağaların kürü tökdüyü yer.
4. Qurbağanın sürfəsi.