39
suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və
onların təşkilinə kömək edir. İnformasiyanın təşkili bütün faktlar arasında
əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir.
Nəticə və ümumiləşdirmə dərsin V mərhələsidir. Bu mərhələdə şagird
nəinki əldə olunan bilikləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı
ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
Yaradıcı tətbiqetmə mərhələsi VI mərhələ olub,
biliyi möhkəmləndirir,
uşağa onun praktiki əhəmiyyətini açıb göstərir.
Qiymətləndirmə
və
refleksiya
mərhələsi
VII
mərhələsidir.
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir
mexanizmdir. Refleksiya artıq başa çatmış prosesin şüurda inikasıdır.
Təlim
prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil
etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.
Bir neçə dərs nümunəsini təqdim edilir.
Dostları ilə paylaş: