Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 142. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə75/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   71   72   73   74   75   76   77   78   ...   233
Maddə 142. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin 
mənbələri 
1. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan 
vəsait hesabına ödənilir. 
2. İşəgötürən bu Məcəllənin 141-ci maddəsində göstərilən qaydada müəyyən 
edilmiş ödənclərin verilməsi üçün vəsaiti və onun mənbəyini müəyyən etməlidir. 
İyirmi üçüncü fəsil 
 
Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi 
qaydası 
 
 
Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun 
həyata keçirilməsi 
1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu 
Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən 
çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən 
işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi 
məzuniyyətin son günü hesab edilir. 
KM1
 
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə 
etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və 
şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi 
 
1. ləğv edilmişdir.
 
166
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı 
olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan 
istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 
KM3
 
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı 
maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq 
məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək 
müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət 
haqqının müvafiq hissəsi işçidən tutula bilər. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin