Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə71/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   67   68   69   70   71   72   73   74   ...   233
Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası 
1. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə 
əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. 
2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə 
məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş 
ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. 
3. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə 
bilər: 
a) əmək qabiliyyəti müvəqqəti itirildikdə; 
b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə; 
c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə
4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda 
verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda 
işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə 
bilər. 
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi 
növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər. 
6. Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək 
məzuniyyəti başqa vaxta keçirilə bilər.
161
Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
162
 
 
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin 
verilməməsi qadağandır. 
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona 
həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş 
qaydada və məbləğdə kompensasiya ödənilir. 
 
Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası
KM4

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin