Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər 1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və
aşağıdakı dövrlər daxil edilir:
a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının
saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar
işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz
hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və
müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi
işburaxma dövrü və ya həbsdə olduğu dövr.
2. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial
məzuniyyət müddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum
edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil
edilmir.
KM5
Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik 1. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun
düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək
məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
2. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o
olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.
3. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda
verilə bilər:
14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan
qadınlara;
159 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
hərbi qulluqçunun arvadına (ərinə);
əlillərə;
müharibə veteranlarına;
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv
şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar
olmuş şəxslərə;
yaşı on səkkizdən aşağı olan işçilərə;
işləməklə yanaşı təhsil alan şəxslərə;
bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi
xidmətləri olan işçilərə.
4. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.
160