hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim
ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş
ilinin əmək məzuniyyətinə
birləşdirilib verilir.
163
2. Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan
qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi
zərurəti olduqda əmək
məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər.
Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.
3. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya
işə başladığı
gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində
ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən
işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş
məzuniyyət günlərinə düşən
məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş
günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində
nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
164
4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız
işəgötürənin
mülahizəsi ilə həyata keçirilə bilər.
Dostları ilə paylaş: