Hər cür təbii fəlakət və istehsalat qəzası nəticəsində
yaranan vəziyyətə sülh
dövründəki fövqəladə hallar deyilir. Belə hallarda əhalinin normal həyat fəaliyyəti
pozulur, onların nəticələri isə adamlara, ətraf mühitə
və təsərrüfat obyektlərinə
ciddi zərər yetirə bilər. Yaranan vəziyyətdən asılı olaraq Dövlət fəaliyyət sistemi
müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında
üç müxtəlif rejimdə
işləyə bilər:
Birinci rejim- gündəlik fəaliyyət Respublikanın ərazisində,
o cümlədən də
rayonda (obyektdə) sənaye–istehsalat fəaliyyəti, radiasiya-kimyəvi şərait, həmçinin
seysmik, hidrometroloji, sanitar–epidemik vəziyyət normal olan hallarda. Bu
zaman
rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə potensiallı obyektlərdə
daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq,
ə
haliyə müvafiq proqramlar əsasında mühafizə və s. digər hazırlıq işləri görülür;
İ
kinci rejim- yüksək hazırlıq
rejimidir, bu rejimə fövqəladə hallar baş verəcəyi
barədə proqnoz alınarkən,
normal istehsal fəaliyyəti, radiasiya,
kimyəvi şərait,
epidemik vəziyyət və s. pisləşərkən keçilir.
Üçüncü rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və onların
nəticələri aradan qaldırılarkən FHN-nin müvafiq orqanları və daimi komissiyasının
qərarı ilə keçirilir. Bu zaman:
-əhalinin mühafizəsi təşkil edilir;
-qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
-baş vermiş fəlakətlərin nəticələri aradan qaldırılır;
-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur.
12. Sülh dövründə
ki fövqə
ladə
hadisə
lə
rin nə
ticə
lə
rinin aradan qaldırılması
ardıcıllığ
ı və
rə
hbə
r orqanların və
zifə
lə
ri.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması
üzrə xilasetmə işlərinə
bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-
obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar
zamanı lazımi hallarda rayon(şəhər) və sahə fövqəladə komissiyalarının operativ
qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı-
Respublika
Fövqəladə Hallar Nazirliyi;
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı
ardıcıllıqla təşkil edilir:
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi
və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən
istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir.
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi;
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün
kəşfiyyatın təşkili;
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların
hazır vəziyyətə gətirilməsi;
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa
olması.
Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə
işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.
Dostları ilə paylaş: