Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə10/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   6   7   8   9   10   11   12   13   ...   46
mm cavab01az

iş fəaliyyəti. 


Hər cür təbii fəlakət və istehsalat qəzası nəticəsində yaranan vəziyyətə sülh 
dövründəki fövqəladə hallar deyilir. Belə hallarda əhalinin normal həyat fəaliyyəti 
pozulur, onların nəticələri isə adamlara, ətraf mühitə və təsərrüfat obyektlərinə 
ciddi zərər yetirə bilər. Yaranan vəziyyətdən asılı olaraq Dövlət fəaliyyət sistemi 
müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif rejimdə 
işləyə bilər: 
Birinci rejim- gündəlik fəaliyyət Respublikanın ərazisində, o cümlədən də 
rayonda (obyektdə) sənaye–istehsalat fəaliyyəti, radiasiya-kimyəvi şərait, həmçinin 
seysmik, hidrometroloji, sanitar–epidemik vəziyyət normal olan hallarda. Bu 
zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə potensiallı obyektlərdə 
daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq, 
ə
haliyə müvafiq proqramlar əsasında mühafizə və s. digər hazırlıq işləri görülür; 
İ
kinci rejim- yüksək hazırlıq rejimidir, bu rejimə fövqəladə hallar baş verəcəyi 
barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait
epidemik vəziyyət və s. pisləşərkən keçilir. 
Üçüncü rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və onların 
nəticələri aradan qaldırılarkən FHN-nin müvafiq orqanları və daimi komissiyasının 
qərarı ilə keçirilir. Bu zaman: 
-əhalinin mühafizəsi təşkil edilir; 
-qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir; 
-baş vermiş fəlakətlərin nəticələri aradan qaldırılır; 
-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. 
12. Sülh dövründəki fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması 
ardıcıllığı və rəhbər orqanların vəzifələri.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə 
bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: 
-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-
obyekt fövqəladə hallar komissiyası; 
-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar 
zamanı lazımi hallarda rayon(şəhər) və sahə fövqəladə komissiyalarının operativ 
qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; 
-nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı- Respublika 
Fövqəladə Hallar Nazirliyi; 
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı 
ardıcıllıqla təşkil edilir: 
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi 
və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən 
istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir. 
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi; 
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün 
kəşfiyyatın təşkili; 
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların 
hazır vəziyyətə gətirilməsi; 
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; 


-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa 
olması. 
Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə 
işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin