1.İxtiyari diqqət Qeyri-ixtiyari diqqət İxtiyaridən sonraki diqqət İxtiyari diqqət



Yüklə 310,74 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix13.11.2022
ölçüsü310,74 Kb.
#68940
1   2   3   4   5   6   7   8   9   10   11
30-44

42.Əxlaqi və estetik hisslər 
•Əxlaqi hisslər- Mövcud olan əxlaq normalarına bəslənən subyektiv 
münasibətlə bağlıdır. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, onlar 
arasındakı münasibətlər, hərəkət və rəftarları ola bilər. Əgər həmin 
münasibətlər müəyyən davranış normalarına uyğun gəlirsə, o zaman 
insanda müsbət əxlaqi hisslər yaranır. Xeyirxahlıq, dostluq, rəğbət, 
yoldaşlıq, kollektivçilik, humanizm, məsuliyyət hissləri belə 


hisslərdəndir. Əxlaqi hisslər sosial mühitin yüksək əxlaq normaları 
mövcud olan bir mühitin təsiri altında təşəkkül tapır. 
•Estetik hisslər- təbiətin, incəsənət əsərlərinin gözəlliyini qavramaq, 
dərk etməklə əlaqədardır. İnsanın estetik hisslərinin ilk mənbəyi 
təbiətin gözəlliyidir. Füsunkar təbiət mənzərələri, yaşıl çəmənliklər, 
güllü, çiçəkli yamaclar, axan bulaqlar, aylı gecələr, quşların nəğməsi və 
s. insanda estetik hisslər doğurur. Bundan sonra insana gözəllik hissini 
təlqin edən bədii ədəbiyyat, incəsənət əsərləri və musiqidir. İnsanın 
özünün hərəkət və rəftarları da bu və ya digər estetik hisslər doğura 
bilər. Bəzən insanın estetik hissləri əxlaqi hissləri ilə birləşir. Məsələn, 
insan Vətənin təbii mənzərələrindən də gözəl mənzərələrə rast gələ 
bilər, ondan həzz alar, lakin bir az keçən kimi həmin gözəllik Vətən 
həsrətinin təsiri altında öz cazibədarlığını itirir, adam darıxmağa 
başlayır, Vətənin boz çölləri belə, insanın nəzərində dəyişir, gözəlləşir və 
daha cazibədar olur. 
43.Zehni və praksis hisslər 
•Zehni hisslər- insanın idrak fəaliyyəti ilə əlaqədar olub, onu ətraf aləmi 
daha dərindən dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Həmin 
hisslər təlim prosesində, elmi axtarışlar və yaradıcı fəaliyyət zamanı 
meydana çıxır. Hər hansı bir məsələni həll etmək üçün insan 
düşündükdə, onda bir sıra zehni hisslər əmələ gəlir. Əgər insan öz 
həyatında tamamilə yeni bir obyektlə rastlaşırsa, onda təəccüb hissi 
özünü göstərir. Həmin məsələnin həllində isə şübhə hissi əmələ gəlir. 
Əgər məsələnin düzgün həll edilməsinə insan inanırsa, bu zaman şübhə 
hissi öz yerini inam hissinə verir. Şübhə, təəccüb, inam, yenilik və heyrət 
hissləri zehni hisslər hesab olunur. Çünki həmin hisslər insanın zehni 
fəaliyyəti zamanı əmələ gəlməklə onu daha geniş axtarışlar aparmağa 
təhrik edir. 

Yüklə 310,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin