1.İxtiyari diqqət Qeyri-ixtiyari diqqət İxtiyaridən sonraki diqqət İxtiyari diqqət


surətlərin yaradılmasına təxəyyül deyilir



Yüklə 310,74 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix13.11.2022
ölçüsü310,74 Kb.
#68940
1   2   3   4   5   6   7   8   9   10   11
30-44

surətlərin yaradılmasına təxəyyül deyilir. Təxəyyül prosesində insan 
xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır. Lakin insan heç 
bir şeyi özündən uydurmur, yeni surətlərin ayrı-ayrı əlamətlərini ancaq 
həyatdan götürür. Hətta ən fantastik surətlər belə insanların cisim və 
hadisələr haqqındakı təsəvvürləri əsasında formalaşmışdır. Bu, 
təxəyyülün əsas xüsusiyyətidir. Təxəyyül surətlərinin keyfiyyəti insanın 
təsəvvür ehtiyatının, bilik və təcrübəsinin zəngin olmasından asılıdır. 
Onlar nə qədər zəngin olsa, təxəyyüldə yeni surətlər yaratmaq üçün 
zəruri olan material da çox olar. Təxəyyül təfəkkürlə sıx əlaqədardır. 
Təfəkkür kimi, təxəyyül də gələcəyi qabaqcadan görmək imkanı verir. 
Təxəyyülün mahiyyəti ondan ibarətdir ki, o, hətta təfəkkür üçün zəruri 
olan biliklər lazımı qədər tam olmadıqda belə, qərar qəbul etmək və 
çıxış yolu tapmağa imkan verir. Təxəyyül prosesləri təhlil və tərkib 
xarakteri daşıyır. Təhlil və tərkib əvvəllər qavranılmış, başa düşülmüş, 
dərk olunmuş obyektin dəqiq surətinə yaxınlaşmaqdan ibarətdir. Təhlil 
və tərkib təxəyyül surətlərinin yaradılmasının əsas mexanizmini təşkil 
edir. 
38.Passiv təxəyyülün əsas xüsusiyyətləri 
İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır. Lakin onları 
həyata keçirmir və yaxud elə şeylər fikirləşir ki, onları həyata keçirmək 
əslində mümkün olmur. Belə təxəyyülə passiv təxəyyül deyilir. Passiv 
təxəyyül həm niyyətli həm də niyyətsiz xarakter daşıyır. 


Niyyətli passiv təxəyyülə xülyanı misal göstərmək olar. Xülya zamanı 
insan əsrarəngiz surətlər yaradır, onları gözünün qarşısında canlandırıb 
xoşhallanır. Sadəcə olaraq bu prosesin özündən həzz alır, lakin onları 
həyata keçirmir. Əgər insanın həyat fəaliyyətində xülya surətləri 
üstünlük təşkil edirsə, bu, onun bir şəxsiyyət kimi inkişafında ciddi 
nöqsanlar olduğunu göstərir. Xülyanı xəyalla eyniləşdirmək olmaz. Xəyal 
arzu edilən gələcəyin surətlərini yaratmaqdan ibarət olan təxəyyül 
prosesidir. İnsanın həyatında xəyal mühüm rol oynayır. Əgər xəyal edən 
şəxs öz xəyalına ciddi yanaşırsa, ümumiyyətlə öz xəyalını həyata 
keçirmək üzərində vicdanla çalışırsa, onda xəyalla gerçəklik arasında 
ziddiyyətin heç bir zərəri olmur. 
Niyyətsiz passiv təxəyyül insanın müvəqqəti fəaliyyətsizliyi zamanı, 
mürgüləməyə yaxın vəziyyətdə, affekt halında, yuxuda, şüurun patoloji 
pozğunluğu və s. zamanı baş verir. Məsələn, insan affekt halında 
olanda, yəni sevincli, kədərli, əsəbi, həyəcanlı vəziyyətdə olanda, ondan 
asılı olmadan niyyətsiz passiv təxəyyül surətləri yaranır. Bəzən yatmış 
adamda xarici qıcıqların təsiri ilə də yuxu surətləri yaranır. Məsələn, 
yatmış adamın sifətinə ətir yaxınlaşdırdıqda o, yuxuda özünü ətirli bir 
bağda görür.

Yüklə 310,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin