1.İxtiyari diqqət Qeyri-ixtiyari diqqət İxtiyaridən sonraki diqqət İxtiyari diqqət


Aktiv təxəyyülün əsas xüsusiyyətləri



Yüklə 310,74 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix13.11.2022
ölçüsü310,74 Kb.
#68940
1   2   3   4   5   6   7   8   9   10   11
30-44

39.Aktiv təxəyyülün əsas xüsusiyyətləri 
Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir. Bərpaedici və 
yaradıcı təxəyyül onun əsas növləri hesab olunur.
 
Bərpaedici təxəyyül prosesində insan qavradığı təsviri özünün həyat 
təcrübəsinə və biliyinə uyğun olaraq gözlərinin qarşısında canlandırır. 
Eyni bir təsvir əsasında ayrı-ayrı adamlarda bir-birindən fərqlənən 
təxəyyül surətləri əmələ gəlir. Bərpaedici təxəyyül müxtəlif fəaliyyət 
sahələrində olduğu kimi təlim prosesində də mühüm rol oynayır. Şagird 
dərsdə bilavasitə qavranılması mümkün olmayan prosesləri, eləcə də 
keçmiş hadisələri mənimsəyərkən onların surətini məhz bərpaedici 
təxəyyül sayəsində yaradır. 


Yaradıcı təxəyyül reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını 
nəzərdə tutur. Yaradıcı təxəyyül surəti müstəqil yaradılan surətdir. 
Məsələn, C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi onun yaradıcı 
təxəyyülünün məhsuludur. Bizim bu hekayə əsasında yaratdığımız 
surətlər isə bərpaedici təxəyyül surəti olacaqdır. Yaradıcı təxəyyül insanı 
sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir. Yaradıcı 
təxəyyül surətlərində insanın şəxsiyyəti, varlığa münasibəti, həyatı 
dərketmə və izahetmə bacarığı, sənətkarlığı və s. bütün aydınlığı ilə əks 
olunur. 
40.Hisslərin ümumi səciyyəsi 
İnsanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin 
özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti 
ifadə edən psixi prosesə hiss və emosiya deyilir. Hisslər insanların 
hamısında eyni səviyyədə təzahür etmir. Hisslər insanın 
dünyagörüşündən, əqidəsindən, sərvət meylindən, həyat idealından 
asılıdır. Hisslər iki funksiyanı yerinə yetirir: 
1.Siqnal funksiyası. Yəni hisslər ətraf aləmdə baş verən hadisələrin 
hansının insan həyatı üçün faydalı və ya təhlükəli olması barədə xəbər 
verir. 

Yüklə 310,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin