Yaradıcı təxəyyül reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını
nəzərdə tutur. Yaradıcı təxəyyül surəti müstəqil yaradılan surətdir.
Məsələn, C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi onun yaradıcı
təxəyyülünün məhsuludur. Bizim bu hekayə əsasında yaratdığımız
surətlər isə bərpaedici təxəyyül surəti olacaqdır. Yaradıcı təxəyyül insanı
sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir. Yaradıcı
təxəyyül surətlərində insanın şəxsiyyəti, varlığa münasibəti, həyatı
dərketmə və izahetmə bacarığı, sənətkarlığı və s. bütün aydınlığı ilə əks
olunur.
40.Hisslərin ümumi səciyyəsi
İnsanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin
özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti
ifadə edən psixi prosesə hiss və emosiya deyilir. Hisslər insanların
hamısında eyni səviyyədə təzahür etmir. Hisslər insanın
dünyagörüşündən, əqidəsindən, sərvət meylindən, həyat idealından
asılıdır.
Hisslər iki funksiyanı yerinə yetirir:
1.Siqnal funksiyası. Yəni hisslər ətraf aləmdə baş verən hadisələrin
hansının insan həyatı üçün faydalı və ya təhlükəli olması barədə xəbər
verir.
Dostları ilə paylaş: