qütbülüyü adlanır. Məsələn, gümrahlıq-yorğunluq, sevinc-kədər,
məhəbbət-nifrət. Hisslər insan həyatında mühüm rol oynayır. Belə ki,
hisslər insanın psixi həyatını zənginləşdirir. Hissləri yoxsul olan insan isə
yaradıcı səviyyəsinə yüksələ bilmir. İnsanın keçirdiyi hisslər zəif, qüvvətli
və dərin ola bilər. Məsələn, məhəbbət hissləri. Dərin hisslər uzun
müddət davam edir, insanın rəftarına və davranışına təsir göstərir.
41.Emosional vəziyyətlər
Emosiya daha sadə hissi hal olub ehtiyacların ödənilməsi ilə əlaqədardır.
Heyvanlarda da müəyyən emosiyalar baş qaldırır. Hətta nisbətən ali
heyvanlarda qəmginlik, şadlıq kimi emosiyalara təsadüf edilir.
1.Əhval 2.Ehtiras 3.Stress 4.Affektlər 5.Frustrasiya
1.Əhval- çox zəif cərəyan edən emosional halətdir. Məsələn, insan
qəmgin, şad, əzgin, gümrah, qüssəli və s. əhvalda ola bilər. Əhvalın
səbəbi bəzən tam aydın olmur. Çünki əhvalı çox zəif qıcıqlayıcılar belə
deyişə bilər. Əhval insanın təsəvvür və düşüncəsinə, onların ətraf aləmə
bəslədiyi münasibətə təsir göstərir. Adamda şad və gümrah əhval
olduqda ətrafdakı hər bir şey insana xoş təsir bağışlayır, qəmgin
olduqda isə əksinə, hər şey ona sönük və mənasız görünür.
Dostları ilə paylaş: