vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul
etmək, hərəkət etmək lazım olarkən insanda özünü büruzə verən haldır.
Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri düzgün qavramırlar,
hafizələri dolaşır. Bəzən isə tam çaşır, məqsədyönlü hərəkət edə
bilmirlər. Fizioloji və psixoloji stress vardır. Fizioloji stress zamanı ürək-
damar, tənəffüs sistemlərində dəyişikliklər baş verir, qanda biokimyəvi
dəyişikliklər özünü göstərir. Psixoloji stress isə emosional və informasiya
stresslərinə bölünür. İnformasiya yükü çox olduqda informasiya stressi
əmələ gəlir, emosional stress isə təhlükəli, qorxulu, dərin inciklik
şəraitində təzahür edir.
4.Affektlər- ruhi təlatüm, həyəcanlanma deməkdir. Affektlər coşqun
surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan hisslərdir. Onlar az
müddətli, lakin qüvvətlə cərəyan edirlər. Qeyz, dəhşət, həddən artıq
şadlıq, kədər, qəzəb və s. affektə misal ola bilər. Affekt anında bəzi
adamlar qışqırır, kəskin hərəkətlər edir, danışığını itirir, ayrı-ayrı
hallarda isə heç bir söz deyə bilmir, tutulur, bayılır və s.
5.Frustrasiya- aldanma, nahaq gözləmə, əhval pozğunluğu deməkdir.
Frustrasiya insanın öz məqsədinə çatmasına maneçilik törədən real və
ya xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir.
Frustrasiya yalnız o zaman meydana çıxır ki, insanın narazılıq və ya
təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur.
Frustrasiya halında insanda dərin psixi sarsıntılar baş verir. Bunun
qarşısını almaq üçün psixi gərginliyə dözüm tərbiyə edilməlidir.
Dostları ilə paylaş: