1.İxtiyari diqqət Qeyri-ixtiyari diqqət İxtiyaridən sonraki diqqət İxtiyari diqqət



Yüklə 310,74 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix13.11.2022
ölçüsü310,74 Kb.
#68940
1   2   3   4   5   6   7   8   9   10   11
30-44

•Praksis hisslər- fəaliyyətin gedişinə və nəticəsinə bəslənən 
münasibətlə bağlıdır. Fəaliyyət prosesində, yaranan razılıq və ya 


narazılıq hissləri praksis hisslər adlanır. İnsan fəaliyyətinin hər bir 
forması praksis hisslərin obyekti ola bilər. Fəaliyyət prosesində işin 
uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. 
Dərs zamanı qarşılıqlı əlaqənin yaranması, izah olunan məsələnin 
şagirdlər tərəfindən aydın başa düşüldüyünü gördükdə, müəllimin 
keçirdiyi hisslər də praksis hisslər hesab olunur. Praksis hisslər yaradıcı 
hisslər kimi təzahür edir. Beləliklə fəaliyyət prosesində göstərilən 
səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə 
bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Praksis hisslər bəzi 
hallarda işin gedişi ilə, bəzi hallarda isə işin nəticəsi ilə bağlı olur. Çətin 
tapşırığın düzgün həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc 
hissi praksis hiss kimi xarakterizə olunur. 
44.Ehtiras və stress, onların psixoloji mahiyyəti 
•Ehtiras-qüvvətli, uzunmüddətli və dərin hissdir. Ehtiras insanın 
şüurunun, daxili qüvvələrinin cəmləşməsində, vahid məqsədə 
yönəlməsində öz əksini tapır. Ehtiras çox böyük qüvvəyə malik olur. 
Ancaq əsas məsələ ehtirasın nəyə, hansı obyektə yönəlməsindədir. Bu 
cəhətdən ehtiraslar mənfi və müsbət olur. İnsanın qumara, spirtli 
içkilərə, pula, varlanmağa və s. olan ehtirası mənfi ehtiraslardır. Elmə, 
musiqiyə, incəsənətə, zəhmətə və s. olan ehtiras isə müsbətdir. Mənfi 
ehtiraslar əsiri olan adamlar həyatda insanların nifrətindən başqa bir 
şey qazanmırlar. Əsas məsələ müsbət ehtirasları inkişaf etdirməkdir. 
İ.P.Pavlov ehtirasın böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, 
gənclərə müraciətində deyirdi: “Elm insandan həddən artıq gərginlik və 
çox böyük ehtiras tələb edir. Öz işinizdə, öz axtarışınızda ehtiraslı olun”. 
Buradan aydın olur ki, ehtiras insanın bütün rəftar və davranışına, 
fəaliyyətinə dərin iz buraxan qüvvətli hissdir. 
Stress-təzyiq, gərginlik deməkdir. Stress insanın gözlənilməz, gərgin 
şəraitlə rastlaşarkən keçirdiyi emosional haldır. Yəni qəflətən təhlükəli 
vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul 
etmək, hərəkət etmək lazım olarkən insanda özünü büruzə verən haldır. 


Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri düzgün qavramırlar, 
hafizələri dolaşır. Bəzən isə tam çaşır, məqsədyönlü hərəkət edə 
bilmirlər. Fizioloji və psixoloji stress vardır. Fizioloji stress zamanı ürək-
damar, tənəffüs sistemlərində dəyişikliklər baş verir, qanda biokimyəvi 
dəyişikliklər özünü göstərir. Psixoloji stress isə emosional və informasiya 
stresslərinə bölünür. İnformasiya yükü çox olduqda informasiya stressi 
əmələ gəlir, emosional stress isə təhlükəli, qorxulu, dərin inciklik 
şəraitində təzahür edir. 

Yüklə 310,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin