Xоcalı Sоyqırımı günü (26.02.1992)
Bakıda I Beynəlxalq Türkoloji Qurultayın (26.02-06.03.1926) keçirilmə-
sinin 85 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Kərimov Bəşir Bəylər oğlunun
(02.02.1976-17.03.1995) anadan olmasının 35 illiyi
Siyasət. Hərbi iş
Xalq qəhrəmanı Şadlinski Abbasqulu bəy Xanbala oğlunun
(24.02.1886- 02.1930) anadan olmasının 125 illiyi
Kimya.Biologiya
Görkəmli patanatom, tibb elmləri doktoru Məlikaslanova Püstə
Süleyman qızının (02.02.1926) anadan olmasının 85 illiyi
39
Neft
Görkəmli neftçi Əliyev Firudin Əli oğlunun (02.02.1936-1983)
anadan olmasının 75 illiyi
Dövlət mükafatı laureatı, neftçi Qəmbərov Məmməd Mütəllim oğlunun
(15.02.1926) anadan olmasının 85 illiyi
Əməkdar elm xadimi, geoloq, professor Əzizbəyov Şamil Əbdürrəhim
oğlunun (16.02.1906-14.05.1976) anadan olmasının 105 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Maarifçi, pedaqoq Cuvarlı (Cuvarlinski) Cavad Nəcəf oğlunun
(15.02.1886-1963) anadan olmasının 125 illiyi
Mühəndis işi. Texnika
Metallurgiya sahəsində alim, texnika elmləri doktoru, professor
Qasımzadə Nadir Hacı Yusif oğlunun (23.02.1911) anadan olmasının
100 illiyi
Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı
Ələsgərzadə Lütfi Rəhim oğlunun (Lütfi Zadə) (04.02.1921) anadan
olmasının 90 illiyi
Fəlsəfə
Ensiklopediyaçı alim Tusi Nəsirəddin Məhəmməd ibn Həsənin
(18.02.1201- 23.06.1274) anadan olmasının 810 illiyi
Teatr.Kino
Xalq artisti Qədirov Əliabbas Gülabbas oğlunun (13.02.1946-
08.03.2006) anadan olmasının 65 illiyi
Xalq artisti Hüseynova Sofiya Həsən qızının (17.02.1926) anadan
olmasının 85 illiyi
40
Əməkdar incəsənət xadimi, kino rejissoru İsmayılov Həbib Ələkbər
oğlunun (21.02.1906-31.12.1966) anadan olmasının 105 illiyi
Xalq artisti, rejissor Bədəlbəyli Şəmsi Bədəl oğlunun (23.02.1911-
23.05.1987) anadan olmasının 100 illiyi
Musiqi.Opera.Balet
Əməkdar mədəniyyət işçisi, bəstəkar Məmmədov Rəşid Rza oğlunun
(02.02.1936) anadan olmasının 75 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Quliyev Məmməd Mehdi
oğlunun (09.02.1936-02.10.2001) anadan olmasının 75 illiyi
Xalq artisti, tarzən Mansurov Bəhram Süleyman oğlunun
(12.02.1911-14.05.1985) anadan olmasının 100 illiyi
Əməkdar incəsənət xadimi, xor dirijoru, İmanova Gülbacının
(13.02.1956) anadan olmasının 55 illiyi
Xalq artisti, müğənni İsmayılova Səkinə Qulu qızının (24.02.1956)
anadan olmasının 55 illiyi
Rəssamlıq. Heykəltəraşlıq
İtalyan rəssamı Qverçino Querçinonun (əsl adı Covanni Françesko
Barbieri) (08.02.1591-22.12.1666) anadan olmasının 420 illiyi
Rus mənzərə rəssamı, realist mənzərə janrının banilərindən biri Şedrin
Silvestr Feodosiyeviçin (13.02.1791-08.11.1830) anadan olmasının
220 illiyi
Xalq rəssamı, boyakar Mirzəzadə Böyükağa Məşədi oğlunun
(21.02.1921-03.11.2007) anadan olmasının 90 illiyi
Əməkdar incəsənət xadimi, boyakar və qrafik Sadıqzadə Oqtay Seyid
Hüseyn oğlunun (24.02.1921) anadan olmasının 90 illiyi
41
Vətən torpaqları bizi gözləyir!
Qan yaddaşımız
!
1988-ci ilin fevral ayından Ermənis-
tanın Azərbaycana təcavüzü, Azərbay-
can torpaqlarının qəsbkar erməni silahlı
qüvvələri tərəfindən işğalına başlanıl-
mışdır
.
Еrmənistan Rеspublikası “Hərbi
münaqişələr zamanı mədəni sərvətlərin
qоrunması haqqında” HAAQA Kоnvеn-
siyasının və ”Mədəni sərvətlərin qеyri-
qanuni dövriyyəsi haqqında” Paris Kоn-
vеnsiyasının müddəalarını kоbudcasına
pоzaraq Azərbaycanın mədəni sərvətlə-
rini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul еdil-
miş 822, 853, 874, 884 saylı Qətnamələrində Azərbaycan Rеspublikasının ərazi bü-
tövlüyünün tanınmasına və işğal оlunmuş Azərbaycan ərazilərinin qеyd-şərtsiz azad
еdilməsi tələblərinə baхmayaraq Еrmənistan Rеspublikası bu gün də işğalçılıq siya-
sətini davam еtdirir.
Dağlıq Qarabağın (Şuşa, Хankəndi, Хоcalı, Əsgəran, Хоcavənd, Ağdərə,
Hadrut): işğal tariхi- 1988-1993-cü illər (sah: 4400 kv.km.) оlmuşdur.
1991-ci il 26 dekabr Xankəndinin işğalı (sahəsi-926 kv.km, əhalisi-57000)
1992-ci il 26 fevral Xocalının işğalı (sahəsi-970 kv.km, əhalisi-11544 nəfər)
1992-ci il 8 may Şuşanın işğalı (sahəsi-289 kv.km, əhalisi-28000)
1992-ci il 18 may Laçının işğalı (sahəsi-1875 kv.km, əhalisi-65430)
1992-ci il 2 oktyabr Xocavəndin işğalı (sahəsi-1458 kv.km, əhalisi-11000)
1993-cü il 3-4 aprel Kəlbəcərin işğalı (sahəsi-1936 kv.km, əhalisi-62000)
1993-cü il 7 iyul Ağdərənin işğalı (sahəsi-1700 kv.km, əhalisi-47000)
1993-cü il 23 iyul Ağdamın işğalı (sahəsi-1094 kv.km, əhalisi-161000)
1993-cü il 23 avqust Cəbrayılın işğalı (sahəsi-1050 kv.km, əhalisi-57000)
1993-cü il 23 avqust Füzulinin işğalı (sahəsi-1112 kv.km, əhalisi-110000)
1993-cü il 31 avqust Qubadlının işğalı (sahəsi-826 kv.km, əhalisi-38000)
1993-cü il 29 oktyabr Zəngilanın işğalı (sahəsi-707 kv.km, əhalisi-42000)
Azərbaycanın 1988-1994-cü illərdə işğal еdilmiş əraziləri: Cəmi: 13,110 kv.km.
оlmuşdur.
42
Ceyhun bəy Əbdülhüseyn oğlu
Hacıbəyli 1891-ci il fevral ayının 2-
də Şuşa şəhərində anadan olmuşdur.
Ceyhun bəy Hacıbəyli Üzeyir bəy
Hacıbəylinin kiçik qardaşıdır. İbti-
dai təhsilini rus-tatar məktəbində al-
mış, orta təhsilini Bakıda tamamla-
mışdır.
1908-ci ildə “Leyli və Məcnun”
operasının yaradılmasında yaxından iştirak etmiş, ilk
tamaşada iki rolda - İbn Səlam və Nofəl rollarında çı-
xış etmişdir.
1908-ci ildə Üzeyir bəylə birlikdə Əli bəy Hüseyn-
zadənin müdir olduğu “Səadət” məktəbində müəllim
işləmişdir.
1909-cu ildə Ceyhun bəy Hacıbəyli milyonçu-xey-
riyyəçi Murtuza Muxtarovun vəsaiti ilə Peterburq
Universitetinin hüquq fakültəsinə daxil olmuş, oradan
Parisə gedərək, Sorbonna Universitetində oxumuşdur.
Ceyhun Hacıbəylinin Parisdən göndərdiyi məqalələr
Bakıda rus dilində çıxan qəzetlərdə dərc olunmuşdur.
O, 1909-cu ildə “Bakı” qəzetində dərc olunmuş
“Müsəlmanlar və incəsənət” məqaləsində dövrün ak-
tual məsələlərinə toxunmuşdur. Ceyhun Hacıbəyli
“Leyli və Məcnun” operasının yaranması və ilk tama-
şası haqqında Fransa mətbuatında çıxış etmiş, bu barə-
də Qərbi Avropa xalqlarına geniş məlumat vermişdir.
Onun 1905-1910-cu illər Azərbaycan mətbuatı tari-
xinə dair məqaləsi “Aziatik revyü” jurnalında çap
edilmişdi. Bu məqalə də xalqımızın mədəniyyətini
öyrənən Qərbi Avropa
alimləri üçün istiqamətverici
mənbə rolunu oynamışdır.
1916-cı ildə ali təhsilini
başa vurub Bakıya qayıdan
Hacıbəyli mühərrirliklə
məşğul olmuş, doğma xal-
qının acınacaqlı vəziyyəti
haqqında mətbuat səhifələ-
rində çoxlu məqalələr dərc
etdirmişdir. Məqalələrini,
əsasən, “C.Dağıstani” tə-
xəllüsü ilə yazmışdır.
1919-cu ildə Parisdə
Ceyhun Hacıbəylinin fran-
sız dilində “İlk müsəlman
Respublikası Azərbaycan”
adlı kitabı çapdan çıxmış-
dır. Həmin ildə Ceyhun Ha-
cıbəylinin Parisdə “Revyü
de Monde müsülman” jur-
nalında 1918-ci ildə Bakı-
da, eləcə də Şamaxı, Kür-
dəmir və Xaçmazda erməni
-daşnak quldur dəstələrinin
azərbaycanlı əhalini kütləvi
şəkildə qırmasını kəskin if-
şa edən məqaləsi çap olun-
muşdur. O, Parisdə “Fran-
sa-Qafqaz” komitəsinin işi-
nə cəlb edilmişdi. Ceyhun
Fevral
120 illiyi
Ceyhun Hacıbəyli
1891-1962
İctimai xadim
2
43
Hacıbəyli 1920-ci il aprel inqilabından sonra Vətənə
dönə bilməmiş, Parisdə qalmağa məcbur olmuş, öm-
rünü mühacirətdə başa vurmuşdur. Parisdə Azərbay-
can mədəniyyətinin təbliği yönündə qızğın fəaliyyət
göstərmişdi. 1920-ci ilin əvvəllərində Üzeyir Hacı-
bəylinin “Arşın mal alan” musiqili komediyasını fran-
sız dilinə tərcümə etmiş və əsər həmin il tamaşaya qo-
yulmuşdur.
1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy-
yəti dövründə Hacıbəyli Cümhuriyyət hökumətinin
rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaktorla-
rından biri olmuşdur. Həmin ildə Paris sülh konfran-
sında iştirak etmək üçün Azərbaycan Xalq Cümhuriy-
yəti nümayəndə heyətinin tərkibinə müşavir kimi
“Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəyli
də daxil edilmişdi.
1922-1923-cü illərdə çap etdirdiyi “Ümumi yeni-
dənqurma problemində Azərbaycanın iqtisadi bərpa-
sı” əsərində Ceyhun Hacıbəyli təbii sərvətlərdən sə-
mərəli istifadə edilməklə Azərbaycanın müstəqil iqti-
sadi inkişafı ideyasını əsaslandırmışdır.
Ceyhun bəy Hacıbəyli ömrünün son illərində
SSRİ-ni öyrənən institutun Parisdə fransızca nəşr et-
diyi “Qafqaz” jurnalının Azərbaycan bölməsində ge-
dən yazıların redaktəsi ilə məşğul olmuşdur. 1959-cu
ildə həmin institutun xətti ilə Münhendə Ceyhun Ha-
cıbəylinin “Azərbaycanda islam əleyhinə təbliğat və
onun metodları” əsəri çap olunmuşdur.
Ceyhun Hacıbəylinin
şəxsi fondunu YUNESKO-
nun əməkdaşı Ramiz Abu-
talıbov böyük zəhmət və
çətinliklər bahasına topla-
mış və Azərbaycana gətir-
mişdir. Həmin materiallar
hazırda Salman Mümtaz
adına Respublika Dövlət
Ədəbiyyat və İncəsənət Ar-
xivində mühafizə olunur.
Adı Azərbaycanın azad-
lıq tarixinə qızıl hərflərlə
yazılan Ceyhun Hacıbəyli
mühacirətdə yaşadığı bütün
dövrdə əqidə və amalından
dönməmiş, son nəfəsinədək
sovet imperiyası ilə ideoloji
mübarizə aparmış, Azər-
baycanın müstəqilliyi üğ-
runda bacarığını əsirgəmə-
mişdir.
İctimai xadim, istedadlı
jurnalist Ceyhun bəy Hacı-
bəyli 22 oktyabr 1962-ci il-
də vəfat etmişdir. Onun
qəbri Parisdədir.
Ədəbiyyat
Hacıbəyli Ceyhun //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə.-
Bakı, 2004.- C.1.- S.403.
Cəfərov, T. Ceyhun Hacıbəyli /T.Cəfərov, Ş.Əhmədova, Ç.Məmmədova
//Məktəblinin ədəbiyyat lüğəti.- Bakı, 2007.- S.61.
Rus dilində
Гаджибеков, Дж. Гаджи Керим: (Этюды из жизни закавказских мусульман)
/сост.и авт.предисл. А.Таиров.- Баку: Азернешр, 1995.-35 с.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org
Samirə Eminova
44
Bəşir Bəylər oğlu Kərimov 1976-
cı il fevral ayının 2-də Füzuli rayo-
nunun Qacar kəndində dünyaya göz
açmışdır. 1983-cü ildə kənd orta
məktəbinin birinci sinfinə getmiş,
1991-ci ildə səkkizinci sinfi bitirə-
rək, Füzuli şəhərindəki texniki-peşə
məktəbində təhsilini davam etdir-
mişdir. O, doğma kəndinin müdafiəsi üçün daim əs-
gərlərlə birgə postlarda olur, ərzaq və patron daşınma-
sında onlara yaxından kömək edirdi. 1993-cü ilin ap-
rel ayında Qacar kəndi işğal olunarkən Bəşir də döyüş
yoldaşları ilə birlikdə erməni yaraqlılarına qarşı igid-
liklə vuruşurdu. B. Kərimov Qacar kəndinin işğalın-
dan sonra ailəsi ilə birgə Dilagarda kəndində məskun-
laşdı. Sən demə, qaçqınlıq həyatı onun alnına yazılıb-
mış, 1993-cü ilin avqustunda Füzuli rayonu işğal
olundu. Bundan sonra onlar İmişli rayonunun Yalavac
kəndindəki texniki-peşə məktəbinin binasında sığına-
caq tapmağa məcbur oldular. Doğma yerlərin işğalı
ona rahatlıq vermirdi. O, daim cəbhəyə can atırdı.
B.Kərimov 1994-cü il may ayının 19-da Beyləqan ra-
yon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıraları-
na çağrıldı.
Hərbi xidmətini Pirəküşküldəki hərbi hissədə başla-
dı. Sonra, 3-4 oktyabr 1994-cü il hadisələri zamanı
Gəncədə 777 saylı hərbi hissədə qulluq etdi.
1995-ci il mart ayının
13-17-də düşmən dəyirma-
nına su tökən bir qrup vəzi-
fə hərislərinin başçılıq etdi-
yi silahlı dəstə Bakıda döv-
lətçiliyimizi təhlükə altın-
da qoydu. Dövlət tərəfindən
onlara silahı yerə qoymaq
təklif olundu. Lakin silahlı
dəstə əmrə tabe olmadı,
qarşıdurma yarandı, qardaş
qanı axıdıldı. B. Kərimov
da döyüş dostları kimi
dövlətçiliyimizin müdafi-
əsinə qalxdı. Bu qarşıdur-
mada onun gənc ömrü qırıl-
dı.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-
ci il tarixli 307 saylı Fərma-
nı ilə Kərimov Bəşir Bəylər
oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəh-
rəmanı” fəxri adı verilmiş-
dir.
Fevral
35 illiyi
Bəşir Kərimov
1976-1995
Milli
Q əhr əman
2
45
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edil-
mişdir.
Ədəbiyyat
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Bəşir Bəylər
oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət
quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi
cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-
1995.- 5 aprel.- S.1.(Ölümündən sonra).
Əsgərov, V. Kərimov Bəşir Bəylər oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.109.
Kərimov Bəşir Bəylər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.110.
Kərimov, B. Qəhrəman oğullarla fəxr edirik: [Atası və qardaşının Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevə təşəkkür məktubu] /B.Kərimov, Q.Kərimov
//Azərbaycan.- 1995.- 14 aprel.- S.3.
Saqibə Mehrəliyeva
Bu ki, vətən yürüşüdü,
Bu ki, qeyrət vuruşudu,
Bu ki, namus döyüşüdü
Qurban gedən oğul varsa,
Ana yurdun bu sabahla
görüşüdü.
...Vətən yoxsa, torpaq yoxsa,
yaşamağın yeri nədir?!
Ulu tanrım!
Sən şərəfli ölümlərə
öyrət məni.
Sonra, sonra,
Torpağımın sabahında,
Öz qanımdan göyərt məni!.
Musa Yaqub
46
Lütfi Rəhim oğlu Ələsgərzadə (Lüt-
fi Zadə) 1921-ci il fevral ayının 2-də
Bakıda ziyalı ailəsində dünyaya gəl-
mişdir. Onun atası I Dünya müharibəsi
illərində Cənubi Azərbaycanın Ərdəbil
şəhərindən Bakıya gəlmiş və burada ai-
lə qurmuşdur. Lütfi Bakıda 16 saylı
məktəbdə təhsil almışdır.
1932-ci ildə keçmiş Sovetlər dövründə İran və-
təndaşları olan azərbaycanlıların ya Sovet Azərbayca-
nında qalıb buranın vətəndaşlığını qəbul etmək, ya da
ölkəni dərhal tərk edib getməklə əlaqədar çıxarılan
qərardan sonra Ələsgərzadələr ailəsi Bakını tərk edə-
rək Tehrana köçmüşlər. Balaca Lütfi o vaxt rusdilli
məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdük-
dən sonra təhsilini amerikalıların Albors missioner
məktəbində davam etdirmiş, bu məktəbdə böyük alim
ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədə-
niyyəti haqqında məlumat əldə etmişdi. Lütfi Zadə or-
ta təhsilini tamamladıqdan sonra Tehran Universiteti-
nin Elektrik Mühəndisliyi fakültəsinə daxil olmuş,
onun Amerika həyatı isə 1944-cü ildən başlamışdır.
Lütfi Zadə Tehran Universitetini böyük uğurla
başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına
gəlmiş və təhsilini Massaçusets Texnologiya İnstitu-
tunda davam etdirmişdir. 1947-ci ildə valideynlərini
də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya
Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya
Universitetində elektron mühəndisliyi üzrə magistr,
1957-ci ildə isə professor
dərəcəsi almışdır. Həmin
vaxt Lütfi Zadə məşhur
alim, kibernetikanın atası
hesab olunan Norbert Vine-
rin tövsiyəsilə Kaliforniya-
ya, bu ştatdakı Berkli Uni-
versitetinə gəlmiş, bu günə
qədər də Berkli Universite-
tinin professoru olaraq qa-
lır. O, bu ali təhsil müəssi-
səsinin ömürlük professoru
seçilmiş yeganə şəxsdir.
Bu gün dünya elminə
Lütfi Zadənin 5 mühüm nə-
zəriyyəsi məlumdur. Hazır-
da onlar elm və istehsalatda
geniş şəkildə tətbiq olunur.
Lütfi Zadəyə dünya şöhrəti
qazandıran, onun dünya el-
mində inqilab hesab olunan
qeyri-səlis məntiq (ingilis-
cə: Fuzzy Logic, rusca: Не-
четкая Логика, türkcə: Bu-
lanık Mantık) nəzəriyyəsi-
dir. Aparıcı dünya şirkətlə-
rinə inanılmaz məbləğdə
gəlir gətirən bu nəzəriyyə
1965-ci ildə işlənib ha-
Fevral
90 illiyi
Lütfi Zadə
1921
Alim
4
47
zırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi
ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin
80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş
və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qəra-
rına gəlmişlər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündo-
ğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yapo-
niyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”,
“Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkət-
ləri qeyri-səlis məntiq texnologiyasından foto və vide-
okameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi
təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların,
sənaye proseslərinin idarə olunmasında geniş istifadə
edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzə-
riyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın
elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda”
mükafatı ilə təltif olunub. Amerikalılar gec də olsa,
L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan ya-
rarlanmağa başlamışlar. Bu gün bu nəzəriyyə Ameri-
kanın “General Motors”, “General Electric”, “Moto-
rola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfin-
dən istehsalatda geniş tətbiq olunur.
L.Zadə eyni zamanda “Təəssüratlar nəzəriyyəsi”,
“Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nə-
zəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dün-
ya elminin inkişafında, onun yeni əsaslar üzərində qu-
rulmasında mühüm rol oynamış elmi kəşflərin müəlli-
fidir. L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən
alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlə-
rinə 36000-dən çox istinad edilmişdir. L.Zadə bir çox
xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda
mötəbər cəmiyyətlərin və fondların mükafatlarına la-
yiq görülmüş, medallarla təltif edilmişdir. O, onlarla
xarici dövlət və ictimai təş-
kilatların fəxri doktorudur,
amma professor Lütfi Zadə
şəxsiyyətini, Lütfi Zadə əl-
çatmazlığını müəyyən edən
bu mükafatlar deyil, bir
ömürdə beş elmi nəzəriyyə
yaratması, dünya elmində
inqilabi çevriliş edib onun
ümumi mənzərəsini dəyiş-
dirməsi ilə xarakterizə olu-
nur.
Böyük alim Azərbay-
canda çox az yaşasa da, Və-
təndə onu heç vaxt unutma-
mışlar. Lütfi Zadə haqqında
“Müasir elmin korifeyi”
(müəlliflər - Fərhad Tağı-
yev, Şamxəlil Məmmədov),
“Dünya dahilərsiz yaşaya
bilmir” (müəllif-Möhbəd-
din Səməd) adlı kitablar ya-
zılmış, “Uzaq və yaxın Lüt-
fi Zadə” (quruluşçu rejisso-
ru - Oqtay Babazadə, sse-
nari müəllifi - Möhbəddin
Səməd) adlı sənədli film
çəkilmiş, Lütfi Zadə irsi və
Süni İntellekt Assosiasiya-
sı, Lütfi Zadə adına Bey-
nəlxalq Müasir Elmlər
Akademiyası yaradılmışdır.
Ədəbiyyat
AzərTac. Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2008” XIV Azərbaycan
beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak
etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni
qəbul etmişdir //Azərbaycan.- 2008.- 11 noyabr.- S.1.
XXI əsr intellektual sistemlər dövrüdür /Müsahibəni verən: Lürfi Zadə;
müsahibəni götürən Möhbəddin Səməd //Respublika.- 2007.- 6 sentyabr.- S.4.
48
Zadə, Fey. Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim /F.Zadə;
seriyanın məsul red. E.İsmayılov; ruscadan çevirəni və çapa hazırlayanı:
Ü.Hüseynova; red. M.Axundova; ön söz. R.Əliyev; Qafqazın Strateji Tədqiqatlar
İnstitutu.- Bakı: Qafqaz , 2006.- 368 s.
Paşayeva, Q. Dahi və sadə azərbaycanlı - Lütfi Zadə /Q.Paşayeva //Xalq cəbhəsi.-
2008.- 20 sentyabr.- S.11-12.
Səməd, M. Dünya dahilərsiz yaşaya bilmir /M.Səməd; elmi red. M.Mərdanov;
red. Ş.Vəliyev.- Bakı: Azərbaycan Ensiklopediyası, 2000.- 224 s.
Zeynalov, S. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının
fəaliyyəti genişlənir /S.Zeynalov //Respublika.- 2008.- 25 iyun.- S.5.
Rus dilində
Жизнь и путешествия с отцом нечеткой логики от Фей Заде.- Баку,
Чашыоглы, 2001.- 360 с.
İnternetdə
www.az.wikipedia.org
www.elibrary.az
www.load.az
www.science.az
Adilə Abdullayeva
49
Nəvai Əlişir Nizaməddin
Mir Əlişir Teymurilər sara-
yına yaxın zadəgan ailəsində
1441-ci il fevral ayının 9-da
Heratda anadan olmuşdur.
Təhsilini Herat, Məşhəd
və Səmərqənd şəhərlərində
almış, şəxsi mütaliəsi nəticəsində dövrünün ən gör-
kəmli alimlərindən biri kimi tanınmışdır. Kiçik yaşla-
rından özbək və fars dillərində şeirlər yazmış, 15 ya-
şında şair kimi şöhrətlənmişdir.1468-ci ildə məktəb
yoldaşı Hüseyn Baykara hakimiyyət başına gəldikdən
sonra Nəvai möhürdar təyin olunmuş, 1472-ci ildə və-
zir rütbəsinə yüksəlib əmir titulu almışdır. Dövrünün
alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə et-
miş, öz hesabına mədrəsə və xəstəxanalar açmış, yol-
lar çəkdirib körpülər saldırmış, kanallar qazdırmış,
karvansaralar tikdirmiş, sarayda əməkçi xalqın müda-
fiəçisi kimi tanınmışdır. Lakin Nəvainin bu nəcib işlə-
ri irticaçı dairələrdə narazılıq doğurmuş, onlar şair
haqqında böhtan və iftiralar yaymışlar. 1476-cı ildə
Nəvai vəzirlikdən imtina etməyə məcbur olmuşdur.
Bir müddət Astrabad vilayətinin hakimliyinə göndə-
rilmiş (1487), 1488-ci ildə Herata qayıdaraq, ömrünün
axırınadək yaradıcılıqla məşğul olmuşdur.
Ə.Nəvai 6 divan yaratmışdır. İlk şeirlərini “Bədaye
ülbidayə” (1470-ci ilin əvvələri) adlı divanında topla-
mış, 2-ci divanını “Nəvadir ül-nəhayə” (1476-1483)
adlandırmışdır. 1498-1499-cu illərdə özbək dilində
yazdığı lirik şeirlərini “Çahar divan” adlanan 4 cilddə
“Qəraib üs-sifər” (“Uşaqlı-
ğın qəribəlikləri”), “Nəva-
dir ül-şəvab” (“Gənclik na-
dirlikləri”), “Bədaiy ül və-
sət” (“Orta yaşın gözəllik-
ləri”), “Fəvaid ül-kibar”
(“Böyüklüyün faydaları”)
toplanmışdır. Fars dilindəki
qəzəlləri isə “Divani-Fani”
adı ilə məşhurdur.
Şairin yaradıcılığının
zirvəsi özbək dilində yarat-
dığı “Xəmsə”dir. Bu əsər-
lərdə Nəvai dövrünün icti-
mai məsələlərindən bəhs et-
miş, Nizami ədəbi məktəbi-
nin davamçılarından biri ki-
mi şöhrətlənmişdir.
Nəvainin yaradıcılığı
Azərbaycan ədəbiyyatı ilə
yaxından bağlıdır. Şair Xa-
qani, Nizami və Nəsiminin
əsərlərini dərindən öyrən-
miş, onlara cavab yazmış-
dır. Onun əsərləri bir sıra
xalqların dillərinə tərcümə
olunmuşdur. Onun əlyaz-
maları dünyanın ən iri ki-
tabxanalarında mühafizə
olunur.
Fevral
570 illiyi
Dostları ilə paylaş: |