***
Deyəsən, Brext söyləyib ki: "Qəhrəmanları olmayan
cəmiyyət bədbəxtdir, qəhrəmana ehtiyacı olan cəmiyyət
bundan da bədbəxtdir". Doğru fikirdir. Hər hansı normal
cəmiyyət qəhrəmanlardan və satqınlardan yox, adi, normal
insanlardan ibarət olur. Hər bir xalqın içində qəhrəman da,
satqın da, xain də, əclaf da az deyil, ancaq əksər etibarilə
normal insanlardır. Sistem yalançılar, xainlər, rüşvətxorlar və s.
bu kimi nadürüstlər üçün şərait yaradanda mənəvi mühitdəki
562
balans pozulur, normal insanların bir hissəsi buna davam
gətirməyərək Şərin tərəfinə keçir, yaxud qaçılmaz
qütbləşmənin səbəbinə qurbanlıq qoyuna çevrilirlər. Qurbanlıq
qoyuna çevrilən bu insanları sonra qəhrəman kimi öyürlər,
ancaq həmin insanlar sadəcə öz həyatlarını yaşamaq istəyən
normal insanlar idi. Lilian Helmanın kitabının adı xoşuma
gəlir: "Əclafların zamanı". Bəli, əclafların zamanında adi
insanın qəhrəmana çevrilməsinə bircə addım qalır.
***
Hal-hazırda, yenidənqurma və
aşkarlıq dövründə
"Səlahiyyətli orqanların ünvanına" göndərilən gizli donoslar –
hansısa subyektin antidövlət, antikommunist və antisovet
fəaliyyətindən bəhs edən donoslar indi yeni dövrün antixalq,
antimillət və antidini ittihamlar verən donoslar ilə əvəz edilib.
Bu kimi donoslar mitinqlərdə, yığıncaqlarda, efirdə, qəzet
səhifələrində səsləndirilir.
Aşkarlığın daha bir uğuru budur ki, gizli donosların yerini
aşkar donoslar tutub.
***
Canilərin mərhəməti sayəsində şükürlər olsun ki, hələ də
sağıq. Sağ olsunlar ki, bizi soymağa, üstümüzdəkiləri
oğurlamağa və öldürməyə vaxt və fürsət tapmayıblar. Axı
asayiş qoruyucularından müdafiə mənasında hansısa köməyi
ummaq yersizdir – maşınını oğurlasınlar, səni oğurlayıb sonra
da öldürsünlər – bundan sonra nə maşının qayıtmasına, nə də
caninin tapılaraq cəzasına çatmasına ümid yeri yoxdur.
Oğurladılar, öldürdülər – nə olsun ki. Ümid yalnız canilərin
mərhəmətinədir, bir də qəzavü-qədərə – əcəlin çatıbsa,
öləcəksən.
***
Napoleon boyca ondan hündür olan nazirlərindən birinə
(deyəsən, Taleyrana) demişdi: "Sən məndən hündür olsan da,
cəllad başını kəsən kimi bizim aramızdakı fərq ortadan
563
götürüləcək". Bizim günlərin siyasətçiləri və ədəbi "cırtdanları"
səviyyəcə Napoleondan çox-çox aşağı olsalar da, orta həddən
hündür olan insanları sözün həm həqiqi, həm də məcazi
mənasında xoşlamırlar, özlərindən ağıl, intellekt, bacarıq,
məşhurluq, hətta elementar abır baxımından üstün olan
şəxslərin başını kəsməyə hazırdırlar; təkcə ona görə ki, ətrafda
olanların hamısından uca dursunlar.
***
Hər hansı bir şəxsə qarşı alçaqlığa haqq qazandırmaq olmaz
ki, bu adam sənə daha böyük pisliklər etmişdir. Alçaqlıq elə
alçaqlıqdır, bunun müvafiq səbəb və motivlərə heç bir dəxli
yoxdur.
***
Ölüm də mühacirətdir, öz mahiyyəti, aqibəti və nəticəsi
etibarilə ən dəhşətli mühacirətdir. Söhbət intihardan gedirsə, bu
könüllü mühacirətdir, ölümün səbəbi edamdırsa, avtomobil
qəzası, xəstəlik və qocalıqdırsa, bu məcburi mühacirətdir.
***
Dünyada mövcudluğumun faciədən yoğrulmuş mahiyyəti
onunla şərtlənir ki, qaynar təbiətim baş verən hadisələrə laqeyd
qalmağa imkan vermir, hadisələrin fəal iştirakçısı olmağa isə
soyuq ağlım qoymur.
***
Yeganə müəllif Allahdır. Həyat adlı kitabın müəllifi. Biz isə
bu kitabın oxucularıyıq. Oxuduqlarımızı bir-birimizə danışırıq.
***
Berdyayevin "Bərabərsizliyin fəlsəfəsi" əsərini oxuyuram.
Bir şəxsiyyət kimi o, məni məyus etsə də, bir filosof kimi
özünə qarşı hörmət yaradır, buna da səbəb odur ki, digər
filosoflara baxanda bu adamın əsərlərinin dili sadə və
anlaşıqlıdır. Onun antisosialist, daha doğrusu, antikommunist
baxışlarını, həyata sinfi yanaşmanı qəbul etməməsini
bölüşürəm, fikirlərindən boyaboy görsənən dini-mistik
düşüncələrinə laqeydəm, ancaq onun son dərəcə millətçi,
564
şovinist, irqçi və Rusiyada yaşayan xalqlara münasibətdə
göstərdiyi müstəmləkəçi baxışlarını rədd edirəm. Ümumən,
həm insanlara, həm də xalqlara aid edilən bərabərsizlik ideyası
mənə yaddır. Bayağı beynəlmiləlçilikdən bıqsaq da, bu daha
pisdir. Haqq-ədalətin lap son məqamına vaqif olmaq iddiası da
vaxtilə İsanın qınadığı təşəxxüs deyilmi? (Müəllif yeri gəldi-
gəlmədi İsanın adından istifadə etsə də). Heç zaman təsəvvür
eləməzdim ki, Qərb sivilizasiyasının zəkalarından biri
(dünyadan xəbərsiz olmağımızın aqibəti budur) belə
antidemokrat, monarxist, şovinist və təkəbbürlü olarmış. Biz
isə, Jirinovskiyə təəccüblənirik. Berdyayev Jirinovskinin
birbaşa sələfidir, halbuki, o, bundan xəbər tutsaydı,
təəccüblənərdi, necə ki, Nitşe öz ideyalarının Hitlerin
interpretasiyasında belə yozulmasının şahidi olsaydı, dəli
olardı. Biz azərbaycanlıların coğrafi qonşular baxımından bəxti
UyamanU gətirib. Kimsə xəyallarında dənizlərdən-dənizlərə
uzatdığı ölkəsi haqqında sayıqlayır, başqa birisi ölkəsi real
olaraq dənizlərdən-dənizlərə yox, okeandan-okeana qədər
uzansa da, özgəsinin bir qarış torpağına da tamah salır. Burada,
şübhəsiz ki, xalqlar - qonşular yox, onların ideoloqları, düşüncə
sahibləri və ziyalıları, yəni xalqın düşünən başı nəzərdə tutulur.
Belə deyək, Çaadayevdən, Slavyanofillərdən tutmuş
Berdyayevə qədər, Soljenitsinə qədər. Hətta Leninin xalqların
TbərabərliyiU haqqında ikiüzlü ideyasında da bir belə
həyasızlıq yoxdur.
***
"Nezavisimaya qazetaUda (28 aprel, 1994) Kremlin Georgi
zalında ictimai sazişin imzalanması haqqında məlumat
verilmişdi. Altında "Vladimir Jirinovski onun adını daşıyan
Vodkanı prezidentə aparır" sözləri yazılmış şəkil də vardi.
Sonra mətn gəlir: "Müqaviləyə imza atmağa söz verən
Vladimir Jirinovski mərasimə bir saat qalmış Kremlə gəlir və
digər imza atan şəxslərdən fərqli olaraq əli dolu gəlir. O, əlində
iki şüşə "Jirinovski" vodkasını tutmuşdu. Bəyan edir ki, rus
565
qaydasınca bunları prezident və baş nazir üçün gətirib". Üç il
bundan qabaq mən "Literaturnaya qazetaUda çap edilən
məqaləmdə belə bir sual vermişdim: "Cənab Jirinovski Boris
Nikolayeviçin sağlığına badə qaldıracaqmı?" Bu da cavabı.
***
Franko İspaniyası. 30 il idi ki, İspaniyanın üzərinə gecə
zülməti çökmüşdü və bu radio diktorunun sözləri ilə elan
edilmışdı: "Bütün İspaniyanın səması buludsuzdur". Bir günlük
böcəyə elə gəlir ki, həmişə gündüzdür (yaxud gecədir), çünki
gündüz doğulan böcək gecə düşməmiş ölür. Yaxud əksinə.
Diktatura rejimində doğulan və böyüyən nəsil digər mövcudluq
formasını təsəvvürünə gətirmir. Ona elə gəlir ki, bu elə həyatın
normal axınıdır. Franko epoxasında böyüyən bir çox uşaqlar,
gələcək məşhur yazıçılar, məsələn, Qoytisolo, Matute digər
dünyanın mövcudluğundan xəbərdar idilər. Ümumən bu, yer
üzündə doğulan, ancaq ürəyinin dərinliyində "heç ola bilməz
ki, biz kainatda tək olaq", – deyə düşünən bütün insanlara xas
bir duyğudur.
***
Elm və incəsənət… Elm – krossvordun doldurulmasıdırsa,
incəsənət ilahidən azad olan, hansısa qəfəs və məhdudiyyət
tanımayan buxovsuz sözdür.
Krossvord söz qandalıdır, hərflərin təkadamlı kamerasıdır.
Elmdə təbiətin proqramlaşdırdığı qanunlar mövcuddur, onları
açmaq və krossvordun xanalarını doldurmaq lazımdır. Elmdə
elə bir ixtira yoxdur ki, əvvəl-axır açılmamış olsun.
İncəsənətdə hətta ən dahiyanə sənət əsərləri belə yaranmaya
bilərdi. Nyutonun qanunu kəşf olunmasaydı, elm bugünkü
səviyyəsinə yetişərək bir belə inkişaf edə bilməzdi. İncəsənət
hətta Şekspir olmasaydı belə, yaşayıb inkişaf edərdi. Düzdür,
bu halda o, müəyyən mənada kasıblaşardı, ancaq bu, tamam
başqa mövzunun problemidir.
***
Kitelin hər bir düyməsini, yaxud çəkmənin qırışlarını belə
566
təsvir edən naturalist heykəltaraşlıq mənə heykəltaraşın yox,
daha çox daş, mərmər, qranit və bürüncdən nəsə tikən dərzinin,
yaxud çəkməçinin işini xatırladır.
***
Hər hansı ideologiyanın (kommunist, islam, yaxud
pantürkist) təqdimində millətlərin qovuşması, yaxud vahid dil
haqqında söhbətlər (qeyri-real olduğu üçün təhlükəsi azdır)
kiməsə uzaq perspektivdə cəlbedici görünə bilər. Necə deyim,
Vavilon qiyamətinə qədərki dünya haqqında arzulara bənzəyir.
Ancaq müasirliyin konkret kontekstində bu fikirlər vaxtaşırı
olaraq dominant bir millət tərəfindən digər xırda xalqların
əzilməsi formuluna müncər edilir. Əsas dini xadimlər –
iranlılar ümumislam birliyi şüarı altında bu istiqamətdə iş
görməyə can atırlar, ancaq son nəticədə belə bir ümumislam
birliyi fars dili və mədəniyyətinin bütün digər qeyri-farsların
üzərində hakim kəsilməsi kimi anlaşılır. Eynilə bir zamanlar
Sovet xalqının gələcək dili haqqında söz düşəndə heç kəsin
ağlına gəlmirdi ki, məsələn, ümumi dil kimi udmurt dili
götürülə bilər, yaxud ən azı belə bir dil rus, ukrain, altay, yaxud
digər dillərin bərabər şəkildə iştirakı ilə formalaşdırıla bilər.
Yox, əlbəttə ki, bu məsələdə aydın şəkildə əvvəlcədən nəzərdə
tutulurdu ki, yerdə qalan bütün dillər məhv olub gedəcək,
ortada bircə rus dili qalacaq. Şübhəsiz ki, SSRİ məkanında.
(80-ci illərdə bu sözləri qələmə alarkən, mən təsəvvür etmirdim
ki, yeni dövrün, türk intibahının gəlişi ilə daha bir məsələ ilə –
Azərbaycan-türk dilinin hansısa ümumtürk dili ilə əvəzlənməsi
məsələsi ilə üzləşəcəyik. Aydındır ki, bu dil İstambul-türk
dilinin, deyək ki, yakut, yaxud tuvalıların dili ilə
calanmasından ibarət olan bir dil kimi yox, məhz İtambul-türk
dili kimi təsəvvür edilir. Axı bizə ən yaxın olan Türkiyə
türkləri belə Azərbaycan-türk dilindən bircə kəlmə qəbul
etmirlər. Bizim türkcəmizdəki "açar" sözü nə qədər uğurlu olsa
da, yenə yunan mənşəli "anaxtar" sözünü işlədirlər).
***
567
İdeologiyalar çox zaman iqtisadi sistemdən daha
uzunömürlü olur. Elm və texnikanın inkişafı ilə bərabər şəkildə
təşəkkül tapan iqtisadi və siyasi sistemlər nəticədə konkret
dünyəvi və dini doktrinaların əsirinə çevrilirlər (yeri gəlmişkən,
dünyəvi ideologiyalar da müəyyən mənada dini çalardan
məhrum deyillər).
İdeologiya elə bir borcdur ki, cəmiyyət bunu özünün tarixi
inkişafı boyu ödəməlidir. Nəyə görə? Görünür ona görə ki,
mədəniyyət, incəsənət, əxlaq, ənənə, mənəvi davranış
kodeksləri ilə ətə-qana dolan ideologiya insanların təfəkkürünə,
onların məişətinə dərindən-dərin nüfuz edir və nəticədə həyat
normasına və yaşayış formasına çevrilir. Təsadüfi deyil ki,
ideologiyanın yerindən laxlaması kütlə tərəfindən kataklizm,
ümumən, həyatın, dünyanın dağılması kimi qavranılır. Elə
buna görə də, deyək ki, ərəb və ya digər müsəlman ölkələri
özlərinin daha uzaqgörən siyasi xadimlərinin şəxsində islam
fəlsəfəsinin doğruluğuna və bu ənənənin konseptuallığına iman
gətirməyə məcburdurlar. Yuxarıda adı xatırlanan həmin o
uzaqgörən siyasi xadimlər anlayırdılar ki, bu dəyərlərə ifrat
dərəcədə iman gətirilməsi müasir elmi-texniki təkamüllə
ziddiyyət təşkil edir, bir çox hallarda isə onun inkişafını
dayandırır. Bir çox dünyəvi ideologiyaların aqibəti elə belə də
olur.
70-ci illər
***
Bu hissədə mən yenə də Ezop dilinə müraciət etməli oldum.
Giriş hissəsində total ideologiya haqqında söhbət saldıqdan
sonra elmi-texniki tərəqqiyə mane olan doktrinalar haqqında
tezisimi əsaslandırmaq üçün söhbəti ərəb ölkələrinə keçirtdim
(burada elə bir saxtakarlıq görmürəm, bir çox ərəb ölkələrində
absurd səviyyəsinə çatdırılan dini doqmalar, sözün əsl
568
mənasında, müasir təkamülə əngəl törədir). Bu passajdan
sonra, bir çox dünyəvi ideologiyalara istinad edərək mən,
əlbəttə ki, üzümü ilk növbədə Avropa, Asiya, Afrika və hətta
Latın Amerikası məkanında hökmranlıq edən kommunist
ideologiyasına tuturam). – Sonraların haşiyəsi.
***
Ləyaqət hissi – ləyaqətsizliyi şirnikdirən bir çox tələlərdən
qurtulmaqdır. Mən özlərini məğrur göstərən insanlar tanıyıram
ki, hansısa real rütbənin, vəzifənin, yaxud hansısa gəlirin əldə
edilməsi naminə bu məğrurluqdan və ləyaqətdən imtina etmək
zərurəti yarananda çox asanlıqla adına məğrurluq, ləyaqət
deyilən hisslərin üstündən xətt çəkir, həmin qiymətli şeyləri –
rütbəni, gəliri… əldə etdikdən sonra isə yenə də maskalarını
taxırlar. Və necə olsa da, bizim dövrün təfəkkür və əxlaqını
dəqiq ifadə edən "kasıb və xəstə olmaqdansa, sağlam və varlı
olmaq yaxşıdır" ifadəsini mən belə işlədərdim: "kasıb və mərd
olmaq daha yaxşıdır".
***
Yer üzündə mövcud olan peşələrdən Tanrıya ən yaxın olanı,
mənim fikrimcə, sənətkar-yaradıcının əməyidir. Tanrı –
yaradıcıdır, din xadimləri olsa-olsa, Tanrının şərhçiləridir.
Dövlət xadimləri, sərkərdələr, istilaçılar dünyanı, bəli, onların
yaratmadığı dünyanı ya özlərinəməxsus şəkildə sahmana salır,
ya həzm-rabedən keçirirlər. Kəndli Tanrı-təbiətin ona verdiyi
torpağı (dövlət onun əlindən almayıbsa) əkib-becərir. Fəhlə
Tanrının düzüb-qoşduğu elementlərdən nəsə tikir, yaradır.
Həkim insanları Tanrının göndərdiyi bədbəxtlikdən qurtarır,
müəllim dərs deyir, hakim hökm çıxarır. Yalnız sənətkar
Tanrıya oxşadığı üçün öz dünyasını yaradır və bu dünyanın
bütövlüyü də, rəngarəngliyi, çoxölçülülüyü, digər başqa
xüsusiyyətləri də artıq sənətkarın istedadının ölçüsündən
asılıdır. Özünüz baxın, məgər Homerin, Firdovsinin,
Tolstoyun, Balzakın yaratdığı epik dünya bütöv bir aləm
deyilmi? Dostoyevskinin, Rembrantın yaratdıqları dünya dərin
569
deyilmi, Şeksprin, Bethovenin yaratdıqları ehtiraslar dünyası,
Rablenin, Servantesin, Qoqolun şişirdilmiş dünyaları,
Dantenin, Mikelancelonun yaratdıqları fantastik dünya,
Bosxun, Kafkanın, Dalinin sürrealist dünyası, Pikasso və
Şostakoviçin deformasiyaya uğramış dünyası, Nizami, Füzuli,
Bayron, Lermontov, Şopenin romantik dünyası, Puşkinin,
Motsartın, Çexovun şəffaf və təmiz dünyası, xokku və
tankaların dünyası, Li Bonun, impressionistlərin xəfif dumana
bürünmüş dünyası… Bizim real dünyamızdan geri qalmayan
rəngarəng bir dünya...
***
Sovet normativ estetikası sənətkarın yaradıcılığını,
yaradıcılıq prosesinin özünü, yazıçılar, rəssamlar, bəstəkarlar,
kinorejissor və aktyorları sənət predmetinə çevirmək hüququnu
inkar edirdi. Bunlar sosialist realizminin marginal sferasına aid
edilirdi. Halbuki, dünya sənətində bu mövzular mühüm yer
tutur. Kino sənətinin ən böyük əsərlərindən biri Fellinini T8
1/2U filmi sənətkarın gücsüzlüyünə həsr olunmuş güclü
örnəkdir. Fellini də, ona qədər Çaplin də dəfə-dəfə sirk
mövzusuna müraciət etmişdilər. XX əsrin dahiyanə
romanlarından biri, bəstəkarın həyatına həsr edilmiş "Doktor
Faust" romanını, darıxdırıcı olsa da, monumental "Jan Kristof"
romanını yada salaq. "Usta və MarqaritaUnın qəhrəmanı
yazıçıdır. Yeri gəlmişkən, Bulqakovun Sovet ədəbiyyatında
çıxdaş olmasının səbəblərindən bəlkə elə birisi də budur.
Yazıçılar və rəssamlar haqqında bir çox şah əsərlər mövcuddur.
Yalnız Sovet tənqidi onları ədəbi prosesin kənarına tullamışdı,
mərkəzdə isə təkcə "Sakit Don" yox, "Sementlər",
"Hidrosentral", "Qara metallurgiya" da dururdu, mən hələ
"Qızıl ulduz kavalerlərini" demirəm. Və bütün bunlar sonradan
əmək və həyat qəhrəmanlarına çevrilən səfillərdən ustacasına
yazmağı bacaran Qorkinin xeyir-duası ilə edilirdi: ona elə
gəlirdi, yerdə qalan yazıçılar da onun kimi yazmalıdırlar.
***
570
Günəş dünyanın rəssamıdır. Günün müxtəlif vaxtlarında o,
doğmasıyla, saçdığı şəfəqlər və kölgəsiylə dünyanın
görünüşünü dəyişdirir. Biz Günəşi rəssamla yox, işıqçıyla
müqayisə edərdik, çox böyük bir projektorun filtrini dəyişəndə
görürsən ki, bütün dünya – təpələr, evlər, pəncərələr, ağacların
yarpaqları, dəniz belə əlvan rənglərə tutaşdı.
***
Ağıllı kral ətrafının ləyaqətli olmasının qayğısına qalır.
Ancaq görünür, əksər kralların ağlı yalnız kral olana qədər
işləyir. Yerdə qalan boş şeydir. Burda təkcə "məndən sonra lap
dünyanı sel-su bassın" ifadəsi yox, həm də "ətrafımdakıları sel
aparsın" deyimi yerinə düşür, kimə nə olur-olsun, Nuhun
gəmisində olduğu kimi təkcə mən sağ qalım.
Elementar məntiqdir – sən, doğrudan da, hamıdan ağıllı,
müdrik və böyüksənsə, sənin ağlın, müdrikliyin və böyüklüyün
digər şəxslərin ağlını, müdrikliyini ötüb keçməlidir. Alçaqların,
səfehlərin və yaltaqların arasında böyük olmaq hünər deyil.
Brilyant da digər qiymətli əşyaların içində daha parlaq işıq
saçır, adi şüşələrin arasında onun özünün də parıltısı sönür.
Mən daş-qaş mütəxəssisi deyiləm, bəlkə də qiymətli daşlar
üçün bu fikir heç də aksioma deyildir, ancaq hakimiyyət
sferasında yüzdə-yüz həqiqətdir.
***
Rus klassikləri niyə belə qaşqabaqlı, tündməcazdırlar?
Lermontov, Qoqol, Dostoyevski, Qriboyedov, həyatının son
illərində moralistə çevrilən Tolstoy qaraqabaqdırlar. Bu
ənənənin XX əsrdəki davamçıları Soljenitsin və kənd
yazıçılarıdır. Doğrudur, Puşkin və Çexov bu ənənədən kənarda
qalırlar.
2 yanvar, 1993-cü il
***
İnsanlar birdən-birə müdrikləşdilər. Elə bil ki, bir az əvvəl
571
bütün bu biabırçılığı bunlar eləməmişdilər. Elə bil, bütün
bunlar heç olmayıb. Elədiklərindən peşman da olmayıblar. Yeri
gəlmişkən, indi tövbə də ikiüzlülüyün formalarından birinə
çevrilmişdir. Vaxt var idi insanlar günah işlədərdilər, sonra
tövbə eləməyin zamanı gəldi. Məşhur Bibliya mətnini bizim
zəmanə belə formulə edərdi: "Günah zamanı, tövbə zamanıU.
Roman üçün gözəl addır. İndiyə qədər yazılmamış kitabların
uydurulan adlarının sayına görə mən, heç şübhəsiz ki, bütün
zamanların və xalqların ən məhsuldar yazıçısıyam. Yaxşı ki,
məndə hələ özünəironiya hissi qalıbdır. Axı mənim
kolleqalarımdan bir çoxu məhz xəstəliklərin ən dəhşətlisinə –
özünəvurğunluğa mübtəla olublar (bu da təbii ki, natamamlıq
kompleksinin tərs üzüdür). Həmişə Çexovun bu sözlərinə
təəccüblənirdim ki, mən qul xislətini canımdan damcı-damcı
vurub çıxartdım. Hələ yeniyetmə yaşlarından şən, deyib-gülən
və davakar Antoşa Çexontedən qulmu olardı? Ancaq hər bir
yazıçı, doğrudan da, öz canından təkcə qul xislətini yox, quldar
xislətini də – özünün hamıdan yuxarıda dayanması haqqında
loğva imici qovub-çıxartmalıdır. Düzdür, yazıçılıq sənəti öz-
özlüyündə elitar sənətdir və yazmaq bacarığı nadir istedaddır.
Ancaq bu xüsusiyyət yazıçılıq istedadının sahibində özünü
hamıdan yuxarıya qoymaq hissiyatını doğurmamalıdır.
Dünyada Tanrıdan uca və Tanrıdan başqa tək olan yoxdur.
Dünən Şərq və Qərbin dünya mədəniyyətinə verdikləri töhfə
barədə mübahisə edirdik. Bu gün axşam saat 9-da işıqlar
söndü. Mən düşündüm ki, bu qədər lənətlədiyimiz Qərb
olmasaydı, indiyə qədər də axşamlar şam işığına möhtac
qalardıq. Düzdür, səhər olcaq təbiətin ən böyük çilçırağı –
Günəş doğacaq. Bəlkə elə Şərq məhz təbiətin təbii şəkildə dövr
etməsinə bel bağlayır, burada Günəş, istədin-istəmədin, onsuz
da vaxtı gələndə zülmətin yerini tutur. Günəş əbədidir. Günəş –
işıq və hərarət mənbəyidir, üstəlik heç bir bəşəri ixtira nə onu
əvəz edə bilər, nə də yerini tuta bilər. Qərbdə isə əbədi
Günəşdən başqa, hələ bir gecənin zülmət qaranlığını işığa qərq
572
etmək üçün elektrik enerjisini düşünüb tapmaq, ərzağı soyuq
quyuların içində yox, məhz soyuducuda saxlamaq üçün də nəsə
düşünüb tapıblar. Hələ televizoru demirəm. Mən mütləq
şəkildə nə Şərqin, nə də Qərbin tərəfdarıyam. Mən nə şərqçi,
nə də qərbçiyəm. Mən dünyaçıyam. Dünyanın bütün
zənginliyini, onun mədəniyyətini, mövcud dinlərin bütün
dəyərlərini ehtiva etmək istəyirəm.
Hələ bu qaranlıqda düşünürəm ki, bizim milli
xarakterimizdəki özünə yer alan başısoyuqluq onunla
əlaqədardır ki, təbiətdən, yaxud Allahdan bir çox şeyləri biz
müftəcə almışıq. Son dərəcə zəngin və gözəl torpağı, 11 təbii
iqlim qurşağından 9-nun mövcud olduğu ərazini – bu ərazidən
heç kənara çıxmasan da, səfər etməsən də, bütün dünyanın
iqlim qurşaqlarını hiss edə bilərsən. Musiqi zənginliyi, necə
deyim, başlı-başına buraxılıb. Burada heç bir konkret müəllif
mövcud deyildir. Muğam nə qədər desən, şərqi nə qədər desən.
Əbədi folklora gəlincə, eyni vəziyyətlə rastlaşırıq – füsunkar
bayatılar və anonim janrlar – götür istifadə elə.
Düşüncələrimin bu məqamında qaranlığın içindən işıq
çırtladı və dərhal televizor işə düşdü. Moskvadan hansısa
əyləncəli proqramı göstərirdilər, məsxərə hədəfi Lenin idi,
hansısa hamamda xorla Sovet İttifaqının himnini oxuyurdular.
Keçmişi tənqid etmək, dağıtmaq, məhv etmək olar və
mümkündür, ancaq artıq bu dünyadan köçmüş və buna görə də
durub sənə cavab verə bilməyən adama məsxərə etmək
günahdır. Yeri gəlmişkən, belə bir qələndərlik rus milli
xarakterində oturuşmuş xüsusiyyətlərdən birinə çevrilmişdir;
Bu dəhşətli günlərdə Tgünümüz necə də şəndir, şəndir…"
nəqaratını oxuyurlar. Bunun 37-ci ildə Stalinin kəsdiyi
hökmdən nə fərqi var ki: "Yaşamaq günü-gündən gözəlləşir,
fərəhli olur". Doğrudan da, "Taun içində kef məclisi"ni Puşkin
yazıb. Hələ bir deyirlər də – gülüş öldürür. Ölüm az imiş kimi,
təzə bir edam növünü də kəşf ediblər. Bir də belə deyirlər:
"Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır". "Gülə-gülə, bəli,
573
amma hırıldaya-hırıldaya yox. Bir də belə deyirlər, faciə olan
şey fars formasında təkrar olunur. Bəli, ağlı başında olan
Marks bunu doğru deyib. İşıq yandı, mən bu sətirləri ənənəvi
Şərq lampasının işığında yox, Qərbin elektrik işığında yazıram.
Gerçəklik dəhşətlidir. Gələcəyin müstəvisində işləmək
lazımdır. İqtisadi, mədəni, informasiya məkanı mövcud olduğu
kimi, gələcəyin də öz məkanı var. Bax, həmin konteksdə
işləmək lazımdır. Orada və onun üçün.
"Hakimiyyət tənhalıqdır, mütləq hakimiyyət – mütləq
tənhalıqdır", bu sözlər gündəliyimə 7 yanvar 1993-cü ildə qeyd
edilmişdir. Görəsən, kimin sözləridir, doğrudanmı, mənim
sözlərimdir.
Dostları ilə paylaş: |