***
Uzun zaman o özünü olduğundan daha mürəkkəb, daha
qəliz bir şəxsiyyət kimi göstərməyə çalışırdı. Buna sidq ürəklə
inananlar da tapılırdı. Çox-çox sonralar bütün bu zahiri
mürəkkəbliyin, qəlizliyin dalında ən bəsit, ən bayağı paxıllıq
durduğu aşkar olundu.
***
Kim nə deyir-desin, qəti əminəm ki, 60-cı illər
ədəbiyyatımızın qızıl dövrü idi. İndi qızılca dövrüdür, yəni
ədəbiyyatın uşaq xəstəliyinə tutulduğu dövrdür. İndikilərə 50
yaşında cavan da demək olmaz, onlar əlli yaşında uşaqdırlar.
Məsumluğuna, təmizliyinə, günahsızlığına görə yox, gecikmiş
infatalizminə, dünyadan bixəbərliyinə, dünyagörüşlərinin,
ədəbi təsəvvürlərinin sayalığına və sıyıqlığına görə, şüur və
zövq inkişafının ilkin pilləsində durduqlarına görə. Həm öz
yazıları, həm əvvəlki klassik və çağdaş yazıçılara münasibətləri
ədəbiyyat yox, antiədəbiyyatdır. Odur ki, olanı dağıdıb yenidən
qurmaq istədikləri də Anti-Yazıçılar Birliyidir. AYB – bax,
budur.
***
Fransızlar yaxşı deyir ki, qocalıq – həmişəlik yorğunluqdur.
***
Bəlkə də məhəbbət – birlikdə qocalmaqdır.
***
Neyləməli, bu da bir qismətdir. Bütün ömrüm belə keçdi –
bir əlimdə yazmaq üçün qələm, bir əlimdə özümü qorumaq
üçün çomaq.
***
Nə desəm, nə yazsam, mütləq bir dılğır məlum yerdə çiban
kimi pırtlayıb çıxacaq, mız, qulp qoyacaq. Məsələn, desəm ki,
bu gün ayın üçüdür, deyəcəklər, bəs nədən dünən demirdin ki,
ayın ikisidir. Heç nə deməyəndə, deyirlər ki, niyə susur. Nə
etsəm, deyirlər ki, yəqin iqtidarın göstərişi ilə edir. Heç nə
597
etməyəndə deyirlər, yəqin iqtidarın göstərişi ilə heç nə etmir.
***
"Köhnə dostum, təzə düşmənimin" hər atmacasına cavab
vermək, onunla mübarizə aparmağa nə hacət? Hər çıxışıyla, hər
yazısıyla, hər bəyanatıyla özü-özüylə mübarizə aparır, kim
olduğunu, hansı ağıl və əxlaq sahibi olduğunu nümayiş etdirir.
***
Sovet vaxtında adicə JEK müdirinin qabağında tir-tir əsən
bəzi dil pəhləvanları indi gecə-gundüz sovet rejimini yaş yuyub
quru sərəndə yeri var deyəsən, sovet vaxtında aldığın rüşvətlər
gözündən gəlsin.
***
O gözüyumulu yaşayırdı. Qapalı gözləri yalnız öz içinə
baxırdı. İki gözü cüt pəncərə yox, cüt güzgü idi, baxdıqca
dünyanı yox, ancaq və ancaq özünü görürdü.
***
O qədər şöhrət düşkünü idi ki, bircə şeyə heyfsilənirdi, səd
heyf, öz dəbdəbəli dəfnini görə bilməyəcək, özü haqqında
təmtəraqlı nitqləri eşitməyəcək.
***
Həyat bəlkə Allahın yuxusudur. İndi oyanacaq,
əstəğfürullah və hər şey – bütün varlıq əriyib qeyb olacaq.
***
Deyəndə ki, dostlarımdan bəziləri dönük çıxdı, səhv
edirəmmiş. Ona görə yox ki, dönük çıxmayıblar, ona görə ki,
səhvən onları uzun müddət dost bilmişəm. İndi mənə aydındır
ki, dost bildiklərim elə binədən dostum deyilmişlər, özlərini
dost kimi qələmə verənlərmiş. Ona görə də onları etibarsızlıqda
yox, riyakarlıqda günahlandırmaq olar.
***
Böyük rəssamlar cansız
əşyalardan yaratdıqları
natürmortlara ruh, həyat, ovqat verdikləri kimi Çarli Çaplin də
ən adi predmetləri poeziyaya çevirə bilir. "Səhnə işıqlarında"
Çaplin və onun partnyoru Baster Kiton skripkanın başına nə
598
oyunlar açırlar, basdalayırlar, əzirlər, tapdalayırlar, qaloş təkin
ayaqlarına geyirlər, amma skripka yenə də çalır. Epizodda
şeriyyət də var, kədər də, sənətin əbədi varlığının rəmzi
ölümsüzlüyü də…
Çaplindən başqa bəlkə bircə Fellini sənətin bu möcüzəsini
ifadə edə bilirdi. "Həyatın ləzzəti" filmində Marçello atasını
dəvət etdiyi restoranda hava şarlarıyla qüssəli səhnəcik yaradan
kloun nə qədər təsirlidir. Epizodun sonunda təlxək hava
şarlarını ardınca aparanda adama elə gəlir ki, canlı bir
varlıqdan ayrılırsan. Çaplin də, Fellini də sirk sənətinin
əyləncəli və qəmli mahiyyətini dərindən duyurlar.
***
Əvvəlki nəsillər üçün 1936-cı ilin İspaniya hadisələri nə
idisə, bizim nəsil üçün 1956-cı ilin Macarıstan hadisələri o idi.
İndi 36-cı ilin İspaniya hadisələrinə münasibət kökündən
dəyişə bilər, Tbu sovet təbliğatının təhrif etdiyi kommunist
avantürası idiU – deyilə bilər.
Amma İspaniya hadisələrini mən sovet təbliğatının gözüylə
deyil, Koltsovun və hətta Erenbuqun yazdıqlarına görə yox,
Ernest Heminqueyin şəhadəti, "Çan kiminçün çalınır"
romanının faciəvi səhnələri, Pablo Pikassonun "Gernika"
tablosu, Federiko Qarsia Lorkanın poeziyası və romantik
ölümü, vətəni tərk etməli olmuş dahi violonçelist Pablo
Kazalsın musiqisiylə dəyərləndirirəm. Və elə buna görə
İspaniya hadisələri əvvəlki nəsillərin qəlbində bu qədər dərin iz
salmışdı.
56-cı ilin Macarıstan hadisələri – Sovet tanklarının
Budapeşti işğal etməsi isə bizim nəsil üçün o vaxta qədər hələ
də inandığımız sosializm ideyalarının büsbütün darmadağın
olunması deməkdi. Faşist təcavüzü qarşısında İspan xalqının
dərdinə yananların övladları sovet təcavüzünə məruz qalmış
Macar xalqıyla həmdərd idi.
***
Bibliyanı, Tövratı və İncili, Əhdi-ətiqi və Əhdi-cədidi
599
dalbadal oxuyanda təəccüb edirsən. Tarixi, coğrafi və mifoloji
fon eynidir, ümumi personajlar, yaxın üslub var, amma bunlar
bir-birindən necə də fərqlidir. Bu təbiidir. Əhdi-cədid
(Yevangiliya-Xoş xəbər) yeni bir dinin – Xristianlığın
müqəddəs kitabıdır. Amma axı xristianlıq Bibliyanı bütövlükdə
qəbul edir – vahid qutsal kitab kimi. Halbuki, Əhdi-ətiqin əsas
prinsipi – "dişə diş, gözə-göz" əxlaqı, xristianlığın əsas qayəsi
isə "sağ yanağına sillə vurularsa, sol yanağını da silləyə tuş et"
əqidəsidir. Bu iki mətndəki Allah da iki müxtəlif Allahlardır.
Yəhudilərin Allahı İeqova-Savaof qəddar və qisasçıdır, kinli və
deyingəndir. Elə hey öz xalqının üzünü danlayır, ona etdiyi
yaxşılıqları dönə-dönə yada salır. (Bu bizə bugünki
reallıqlarımızı xatırlatmırmı?) "Mən sizi Misir əsarətindən
qurtardım, amma siz nankor çıxdınız, buna görə də
cəzalandırılacaqsınız" – Allah bu fikri yəhudi xalqına israrla
təlqin edir. Dörd "Yevangilyada" – Xoş xəbərdə (illah da, ən
müfəssəl Matvey yevangilyasında) Həzrət İnsanın Allahı
xeyirxah və rəhmdildir, dostlara da, düşmənlərə də
dözümlüdür. Tək bir Apokalipsisin qarabasmalarında
bəşəriyyətin dəhşətli aqibətlərindən sayaqlama səciyyəli
səhnələr təsvir olunur.
Əhdi-ətiqdə bütün başqa xalqlara qarşı soyqırımı - genosid
ideyası təlqin olunur, düşmənin bütün nəsli – qadınlar, uşaqlar,
qocalar belə məhv edilməlidir. İsanın təlimində nə ellin var, nə
yəhudi. Bütün xalqlara xoşgörüylə yanaşılır. Məhz elə buna
görə də xristianlıq bir çox xalqın dini oldu, iudaizm isə tək bir
xalqın, bütün dünyaya yayılsalar da, tək bir yəhudi xalqının
dini oldu. Doğrudur, xristianlıq da kökləri etibarilə iudaizmdən
çıxıb, amma o ellərarası bir dinə çevrildi – dünyanın beş
qitəsinə yayıldı. Paradoks da bundadır. İsa Məsih də, onun
həvariləri də etnik mənşələri etibarilə yəhudidirlər, təlimləri də
ruhu, intellekt səviyyəsi, ənənələri etibarilə yəhudi
düşüncəsinin, yəhudi tarixinin və mifolojisinin bəhrəsidir, hətta
məkan etibariylə də qədim yəhudi torpaqlarına bağlıdır.
600
Xaçpərəstlik ilk mərhələlərində ortodoksal, təməl iudaizmə
arxalanır, onun qanunlarına və təlimlərinə sadiqdir. İlk
mərhələdə o sanki bu əski dini çağdaşlaşdırır, reforma edirdi və
ilk mənbəyə əsaslanırdı. Ancaq tarix boyu dəfələrlə olduğu
kimi yəhudilərin yaratdıqları təlim bir müddət sonra onların
özlərinə qarşı çevrildi. Elə ilk dövrlərdəcə dönə-dönə yəhudi
olduqlarını bəyan edən İsa Məsihin və həvarilərinin ən qəddar
düşmənləri yəhudilər özləri idi – fariseylər, səddikulər, əhli-
kitablar. Sonralar isə yəhudilərin yaratdıqları yeni din –
xristianlıq başqa xalqlar tərəfindən də qəbul olunaraq
yəhudilərin ən amansız düşməninə döndü. Eynən iki min il
sonra yəhudi Marks və yəhudi Lassal tərəfindən nəzəri əsasları
qoyulmuş və daha sonra Rusiyada yəhudi Martov, yarıyəhudi
Lenin, xalis yəhudilər – Trotski, Sverdlov, Zinovyev, Kamenev
və başqalarının həyata keçirdikləri kommunizm təlimi az bir
zaman ərzində yəhudiliyin barışmaz təqibçisinə çevrilir. Bu
xüsusilə dini seminariyanın (təbii ki, xristian dini
seminariyasının) yetirməsi Stalinin açıq, ya gizli
antisemitizmində, yəhudilərə divan tutmasında aydın-aşkar
görünür.
27 iyun, 1998
***
Bakıda bulvar birdir, bulvar qəzeti çox. Görəsən, bu sarı
mətbuatın xəcalətdən qızaracağı gün gələcəkmi?
***
İnsanların yaddaşı necə etibarsızmış (bəzilərinin özləri
kimi). Əgər ötüb keçənləri xatırlayırlarsa, ancaq özlərinə xeyir
olan şeyləri xatırlayır, nalayiq hərəkətlərini büsbütün
yaddaşlarından silməyə çalışırlar. Hələ belə olsaydı, dərd
yarıydı. Görürsən özlərinin heç bir vaxt olmayan igidliyindən,
səxavətindən, mərdliyindən elə əfsanələr uydururlar ki, bütün
bunların şahidi olanlar, əsl həqiqəti bilənlər mat qalır.
601
***
Azad insan olmaq nə deməkdir? Məncə, bunun həm müsbət,
həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, azad insan
olanda – məğrur, müstəqil, sərbəst düşüncəli və davranışlı
olursan, yalnız öz vicdanının və qəlbinin iradəsiylə hərəkət
edirsən. Mənfi tərəfi odur ki, azad insan hardasa mənçi, eqoist
olur, yəni hərəkətlərində, davranışlarında sərbəstliyin,
müstəqilliyinin başqalarının əzab-əziyyətinə, iztirablarına, ağrı-
acısına səbəb olacağını vecinə almır. "Mən belə düşünürəm,
mən belə istəyirəm, mən belə hərəkət edirəm, vəssalam".
Cəmiyyətdə olduğu kimi, hər bir insanın rəftarında, həyat
tərzində də azadlıq məsuliyyət hissiylə tənzim edilmişdir.
Məsuliyyət hissi kal olan insan da, cəmiyyət də, deməli, hələ
azadlıq üçün yetişməyib.
***
Füzuli Sözü kaman kimi inlədə bilən şairdir.
***
Heç vaxt dostlarını sınamağa çalışma. Çoxu sınaqdan
çıxmaya bilər.
***
Elə insanlar var ki, yaxşılıq etməkdən zövq alırlar, elə
adamlar da var ki, bu zövq-səfanı pislik etməkdən alırlar.
Səbəbsiz, məqsədsiz, mənasız pislik onların təbii tələbatıdır.
Hər fürsətdə kimisə zəhərləməsələr, çörək boğazlarından
getməz.
***
Eyni süjet, eyni motiv, eyni bədii niyyət beyninə düşür,
sonra onun haqqında heç düşünmürsən, onu çözələməyə,
inkişaf etdirməyə, təkmilləşdirməyə çalışmırsan. Sanki
unudulub gedir. Amma, demə, şüuraltı iş gedirmiş, hardasa,
beynin hansı alt qatında, gizli saxlancındasa bu rüşeym, bu
hüceyrə öz həyatını yaşayırmış, bu toxum cücərirmiş. Birdən,
qəfilcə, gözləmədiyin halda bu zəif impuls qol-budaq atır, ətə-
qana dolur, bitkin ədəbi niyyət kimi formalaşır, süjet
602
dönəmləri, xarakterlər konturlaşır, sonra isə müxtəlif rənglər,
çalarlar qazanır, personajlar dil açır, özlərinə xas üslubla,
ləhcəylə danışmağa başlayır.
***
Dombalaq aşıb mövqeyini tərs-məzhəb dəyişən siyasətçilər.
***
Sovet sisteminin bir cəhəti əlamətdardır: komsomol -partiya
– KQB təlimini münasib məktəblərdə keçənlər bütün gələcək
ömürləri müddətində zombiləşirlər. Sonralar, dünya və
cəmiyyət kökündən dəyişəndə əqidələrini hətta dəyişə də
bilərlər, amma düşüncə modeli, təfəkkür tərzi, əxlaq ülgüləri
eyni sovet xüsusi təhsil sisteminin yetirməsi olaraq qalır. Hətta
ağıllı, savadlı və nisbətən sərbəst düşüncəli insanlar belə bu
qəlibləri qırıb çıxa bilmir. Sital kommunistlərə gəlincə, heç bir
vaxt cansıxıcı marksizm doqmatlarından yaxa qurtara
bilməyəcəklər. Sovet dövrünün acı gerçəklikləri, tökülən
qanlar, məhv olmuş milyonlarla insan, bütün dünyaya aşkar
olmuş cinayətlər onların əqidələrini sarsıda bilmir. Çünki bu
əqidə deyil, bütün varlıqlarını robota çevirmiş proqramdır.
***
Həyat – kitab kimidir. Deyilmiş söz olsa da, belədir. Bu
kitabı tanrı yaradıb. Biz insanlar isə onu oxuyuruq. Oxumağa
başlayırıq, ortasına çatırıq, bitiririk – ömrümüz sona yetir.
Amma kitab da həyat kimidir. İllah da yazıçı üçün. Kitabı
yazmağa başlayırsan – yazı müddəti uzun çəkirsə, bu vaxt
ərzində kimsə doğulur, kimsə ölür, ömür yolunu, düşüncə
tərzini, duyğu axarını büsbütün dəyişən yüz cür, min cür hadisə
baş verir. Kitabın bitəndə həyatın da bitir. Ya əksinə, həyatın
sona çatanda kitabın da bağlanır.
***
Düzdür, muğam adlarının çoxu farscadır: Rast, Şur, Segah,
Cahargah… Amma axı "bayatı" ki, türk sözüdür. İsfahan, Şiraz
– fars şəhərləridir, ancaq onların adlarıyla bağlı muğamlar türk
sözüylə ifadə olunur. "Bayatı Şiraz", "Bayatı İsfahan". Fars
603
elementinin iştirak etmədiyi muğam da var – "Bayatı Kürd".
Və nəhayət, Bayatı Qacar yalnız izafətinə görə fars diliylə
bağlıdır. Qacarlar da türkdür, bayatlar da…
***
Bəzən Atalar sözü adıyla özlərinin uydurduqları mənasız
ifadələri dilə sırıyırlar ki, yazıq atalar ömründə belə kəlamı
dillərinə gətirməzdi. Deyirəm, bəlkə mən də bir Atalar sözü
uydurum. Məsələn, "Əti çaparlar, atı çaparlar". Necədir
sizinçün?
***
İstedadsız adamların yalnız bir istedadı var: istedadlı
adamların arasını vurmaq istedadı.
***
Qəribə dramatik taleyi vardı. Öz vaxtını çox qabaqlamışdı.
Gələcəyə ümidliydi. Amma gələcək yetişdiyi vaxt məlum oldu
ki, indi də vaxt onu ötüb keçib, o geridə qalıb. Bütün
zamanların vaxt qəribi…
***
İndi mənə daha çox aydın olur ki, vaxtilə Rəsul Rzanın
ensiklopediyasına və "Qobustan"a qarşı hücumların sırf
kommunist-ideoloji səbəblərindən başqa etnik səbəbləri,
antitürk mövqeləri də varmış. Və bəlkə bu cəhət daha önəmli
imiş.
***
İndi Heminqueyə münasibət – ədəbiyyatın məlum, amma
ədalətsiz fenomenlərindən biridir. Hər hansı yazıçının bir
zaman kəsiyində əlahiddə populyarlığı, səcdə obyekti olması
onun sonrakı taleyində məşum rol oynayır. Sanki zaman ondan
məşhurluğunun, sevilməsinin hayfını çıxır. Həm də axı bütləri
yıxmaq, abidələri uçurmaq özünütəsdiqin ən yüngül, ən asan
yoludur. Qapdığın varlıq nə qədər böyükdürsə, o qədər diqqət
çəkəcəksən. Krılovun məşhur "Abirin və kilab" təmsilində
olduğu kimi. "Abirin" və "kilab"ın nə demək olduğunu bilmək
istəyirsizsə, Mirzə Cəlil Məmmədquluzadənin eyni adlı
604
felyetonunu oxuyun, ya ərəb dili lüğətinə baxın.
***
Qəribədir, birdən köhnə, unudulmuş qeydlərinə baxanda
təəccüblə görürsən ki, başına təzə gələn fikrini sözbəsöz,
cümləbəcümlə daha qabaqlar yazmısanmış. Bu bəzən ayrıca
fikrə yox, bütöv şerə, ya musiqiyə də aid olur. Yusif
Səmədoğlu danışırdı ki, atası "Mən tələsmirəm" şerini təzə şer
kimi yazıbmış, amma sonra arxivində çox illər qabaq yazdığı
şerinə rast gəlib və görüb ki, unutduğu həmin şer təzə
yazdığının hər sətriylə, hər sözüylə eynidir. Emin Sabitoğlu da
deyirdi ki, anamın sözlərinə bəstələdiyi bir mahnının
melodiyası çox illər qabaq yazdığı və unutduğu bir mahnısının
– tamam başqa sözlərə yazdığı mahnının melodiyasının son
notuna qədər təkrarı imiş. Deməli, yenə bayaqkı fikrimə
qayıdıram. Yaradıcının beynində oyanmış hər hansı ifadə, hətta
şer, ya melodiya güya ki, unudulsa da, əslində unudulmurmuş,
yaddaşın hansı zirzəmisindəsə atılıb qalırmış və bir gün ordan
boy atıb çıxırmış.
***
Gözəl adlarımız var – Sevda, Sevinc, Sevil. Onları Seda,
Seva etmişik. Axı bircə hərfi tələffüz etməyə ərindiyimizdən
yaxşı adları niyə yabançılaşdırmışıq?
***
Sxematik ədəbiyyatda alverçi yalnız möhtəkirliklə məşğul
olan mənfi surətdir. Xalq təfəkkürü isə alverçini də insan kimi
görür. Alverçi də şair kimi sevə bilər. "Ağacda alma, dərrəm
sataram, Bir ala gözlü hardan taparam, Ağacda püstə, dərrəm
sataram, Bir boyu bəstə hardan taparam?" İntiqam Qasımzadə
yaxşı deyir ki, biz bəlkə dünyada yeganə xalqıq ki, alverə lirik
mahnı qoşmuşuq. Bu qəbahət yox, xalq ruhunun genişliyi və
incəliyidir. Elə bu ruh incəliyindəndir ki, sevgilinin sevgilisinə
ən ağır qarğışı "gülün yarpıza dönsün" sözləridir.
Amma xalq təfəkkürünün qəribə paradoksları da var. "Yeddi
oğul istərəm, bircə dənə qız gəlin". Yaxşı, tutalım, hər ailədə
605
doğulanların hamsı oğlan oldu, bu yeddi qardaş sonralar
evlənməyə hardan qız tapacaq?
***
Xarici dilləri yalnız dərs və kitablar vasitəsilə öyrənmək
yeganə yol deyil. Körpələr artıq iki-üç yaşında kitabsız, dərssiz
dil açdıqları lisanın bütün qrammatik qanunlarına riyaət edirlər.
Bu dilin qaydalarını da, uzlaşmalarını da, lüğət tərkibini də
praktik şəkildə mənimsəyirlər.
Dil və o sıradan əcnəbi dili öyrənmək üçün mühit, qulağınla
eşitdiyin danışıqlar daha vacibdir.
İndi məktəblərdə tədris latın əlifbasıyla aparılır. Fikrət Qoca
danışırdı ki, balaca nəvəsinin əlinə kiril əlifbasıyla nəşr
olunmuş Azərbaycan dilində kitab düşür. Höccələyə-höccələyə
oxuyur və təəccüb qalır: Baba, kitabı rusca oxudum,
Azərbaycanca çıxdı.
Yeni nəsillərdə kiril əlifbası məhz rus diliylə anım
(assosiasiya) yaradacaqdır.
***
Kinodan yazsa da, o, kinoşünas deyil, kinoloqdur.
***
Ay qara milçək,
Taxmışam əlcək,
Səni əzərəm,
Yaxamdan əlçək.
(Yuxuda qoşduğum şer)
***
Dilimiz Azərbaycan türkcəsi olduğu halda, nədəndir ki,
danışığımızda "türkün sözü", "türkün məsəli" kimi ifadələr
işlədirik? Sanki ayırırıq, başqa bir dilin ibarələri kimi
qavrayırıq. "Türkəsaya", "Türkəçara" anlayışları da təxminən
bu qəbildəndir. Türkün sözü, türkün məsəli, türkəsaya
ifadələrində sözü düzənqulu, açıq demək mənasından başqa bir
kobudluq çaları da var. Sanki kübar, elitar bir danışıqda qaba
xalq deyimi, küçə-bazar kəlmələri işlədirsən. Bəlkə Axsitan da
606
Nizamiyə TLeyli və Məcnun"u yaratmaq barədə sifariş
göndərəndə türksayaq yazmamasını buna görə xahiş etmişdi.
Ümumiyyətlə, Nizaminin bu sətirləri çox müəmmalıdır. Bu
parça hətta sətri filoloji tərcümələrdə belə müxtəlif cür izah
olunur. Təbliğat səciyyəli yazılarda bu ifadə Nizaminin türk
dilində yazmamasına göstəriş kimi şərh olunur. Amma məgər
bundan əvvəlki iki məsnəvisini, qəzəllərini Nizami türk dilində
yazmışdı ki, Axsitan bu sarıdan təlaşlanırdı. Başqa, elmi
cəhətdən daha obyektiv və dəqiq izahlarda, məsələn,
Krımskinin tədqiqatlarında bu yer "türk üslubunda",
"türkbənzər" şəklində şərh olunur. Amma məsələ yenə də
aydınlaşmır. "Türk üslubu, ya türkbənzər" deyəndə Axsitan
nəyi nəzərdə tuturdu? Nəinki Nizaminin, o dövrün hər hansı
başqa sənətkarının əsərində bu "türk üslubu" nədə görünür?
Cavabsız. Hələ ki, cavabı tapılmamış, hər halda mənə
cavabı məlum olmayan məsələdir.
***
İncidərlər, əzərlər.
Bezdirərlər, üzərlər.
Sonra da deyərlər ki,
Uman yerdən küsərlər.
Yuxuda deyil, oyaq vaxtı dilimə gətirdiyim bu misralar axır
vaxtlar mənə ünvanlanan və qulağımda yağır olmuş bir ifadəyə
– "uman yerdən küsərlər" ifadəsinə etirazımdır. Məsələ tək bir
məndə də deyil. Məni daha çox narahat edən bu ifadənin
psixoloji tutumudur. İş görmək əvəzinə, ancaq ummuşuq,
küsmüşük. Kimdənsə cəsarət, hərəkət uma-uma özümüz süst,
fəaliyyətsiz olmuşuq və peşəmiz kimdənsə küsmək olub.
"Allaha təvəkkül" düsturu da insanın öz iradəsini müc edib,
yalnız Tanrıdan imdad gözləməsinə xidmət edir. Yalnız
ummaq və küsmək insanın öz iradəsini, əzmini, məsuliyyətini
başqasının boynuna qoymaq cəhdidir. Doğrudur, "səndən
hərəkət, Allahdan bərəkət" ifadəsi də var. Amma çox vaxt bu
607
cümlənin ikinci hissəsinə ümid olub, birinci hissəsini
unuduruq. Hərəkət etmək istəmirik ki, bərəkətini də görək.
***
Mənə qarşı cahil hücumlara reaksiya kimi çox vaxt
xeyirxahlarım: "Əşi fikir vermə, it hürər, karvan keçər"
deyirlər. Çox əcəb, amma axı it yalnız hürmür, həm də qapır və
əgər qapan quduzdursa, onda neyləməli? Yenə vecinə
almayasan? Ya gedib quduzluq iynəsi vurdurasan? Ya da
gözləyəsən ki, günlərin bir günü özün də quduzlaşacaqsan?
***
Qərblilər Amerika aborigenlərinin – hindu qəbilələrinin
sadəlövhlüyünə lağ edir, gülürlər. Bir ovuc saxta daş-qaşa
hundulardan o boyda Manxetten adasını aldıqlarıyla
məzələnirlər. Eyni fəndlə afrikalıların da başlarını tovlayıb
sərvətlərinə, torpaqlarına sahib çıxmalarıyla az qala öyünürlər.
Amma indi, XX əsrin sonunda qəzetlərdə belə bir məlumat
oxuyuram: Londonda auksionda kino ulduzu Merilin
Monronun soxası – paltarı bir milyon dollara satılıb. Demə, bu
paltarda o Prezident Con Kennedini seçkidə qələbəsi
münasibətilə təbrik edibmiş. Yaxşı, bu ən səfeh bir şəkildə
fetişizm deyil, nədir? Bunun nəyi qəlp daş-qaşa aldanan
hunduların düşüncəsindən irəlidir? Bunu belə məbləğə alan kişi
neyləyəcək – əyninə taxacaq, arvadına, qızına, aşnasına
bağışlayacaq? Divardan asacaq, şkafda gizlədəcək? Son
dərəcədə əbləh iş olmaqdan savayı, həm də, məncə, çox
əxlaqsız hərəkətdir. Əgər Qərb mədəniyyəti bu gün bəşər
tərəqqisinin ən yüksək pilləsindədirsə, bu cür hərəkətləri necə
qəbul edə bilirlər. Nəinki qəbul edir, mətbuat hətta onu ağzını
marçıldada-marçıldada reklam edir. Düşünmürlər ki, belə bir
əməl yer üzündəki bir parça çörəyə möhtac olan milyardlarla
ac-yalavacları ən alçaq şəkildə təhqir etməkdən başqa bir şey
deyil.
Dostları ilə paylaş: |