VI. Sahibkarlığın təşkilati-iqtisadi formaları, firmanın xarici və daxili mühiti. Sahibkarlıq fəaliyyəti təkrar istehsalın bütün mərhələlərində – istehsal, bölgü,
tədavül (müvadilə) və istehlak – yaradıla bilər. Sahibkarlığın müxtəlifliyi – növləri və formaları
– həm bununla və həm də bu fəaliyyətin təsnifləşdirilməsi meyarlarının fərqli olmasından irəli
gəlir. Həmin meyarlar isə sahibkar fəaliyyətinin təyinatı (istehsal, qeyri-istehsal), mülkiyyətin
forması (dövlət, xüsusi, kollektiv, bələdiyyə və s.) və mülkiyyətçilərin sayı (firmanın ölçüsü,
miqyası), sahibkarlığın təşkilati-hüquqi və təşkilati-iqtisadi formalarından ibarətdir. Sahibkarlıq
fəaliyyəti təyinatına və ya növünə görə 4 qrupa bölünür – istehsal, kommersiya, maliyyə və
məsləhət (konsaltinq).
Kommersiya sahibkarlığı. Bu növ sahibkarlıqdan məqsəd əmək məhsullarının istehsalı
və istehlakı ilə məşğul olan firmalar arasındakı ticarət vasitəsi ilə mənfəət əldə etməkdir.
Kommersiya sahibkarlığı əmtəə birjaları və ticarət təşkilatları vasitəsilə həyata keçirilir.
Maliyyə sahibkarlığı. Maliyyə sahibkarlığının əsas qurumları kommersiya bankları və
fond birjalarıdır. Maliyyə (maliyyə-kredit) sahibkarlığının fəaliyyət sferası tədavüldür,
dəyərlərin mübadiləsidir. Sahibkarlığın bu formasının özünəməxsusluğu onun digər sahibkarlıq
növlərinə – istehsal, komersiya və s. – müdaxilə etməklə yanaşı, müstəqil şəkildə bank, sığorta
işi kimi fəaliyyət növləri ilə məşğul olmaqdır.
Məsləhət (konsaltinq) sahibkarlığı. Konsaltinq – əmək məhsulunun istehsalçısı,
istehlakçısı və onların vasitəçilərinə iqtisadi və idarəetmə məsələləri üzrə müxtəlif məsləhətlər,
tövsiyyələr vermək və onların reallaşdırılması yollarını göstərməyə yönəldilmiş sahibkarlıq
fəaliyyətidir.
Ġstehsal sahibkarlığı. Sahibkar fəaliyyəti növləri içərisində istehsal sahibkarlığı aparıcı
rola malikdir. Bu sahibkarlıqdan məqsəd – mənfəət əldə etmək üçün – məhsul hazırlamaq,
istehsal xarakterli işlər görmək və xidmətlər göstərməkdir.