Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


,5,6. KIÇIK VƏ ORTA MÜƏSSISƏLƏRIN SAHIBKARLIQ FƏALIYYƏTINDƏ



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə37/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

4,5,6. KIÇIK VƏ ORTA MÜƏSSISƏLƏRIN SAHIBKARLIQ FƏALIYYƏTINDƏ 
ƏHƏMIYYƏTI VƏ VƏZIFƏLƏRI. BIZNES IDEYALARI VƏ ONLARIN 
HƏYATA KEÇIRILMƏSI YOLLARI. KIÇIK MÜƏSSISƏLƏRIN 
ÜSTÜNLÜKLƏRI VƏ ÇATIġMAYAN CƏHƏTLƏRI. 
Bazar iqtisadiyyatında kiçik müəssisələrin yeri və rolu.
Bazar münasibətləri 
şəraitində iqtisadiyyatın struktur quruluşunun formalaş- dırılmasında ən aparıcı problem 
dövlətsizləşdirmə və dövlət inhisarında olan əmlakın özəlləşdirilməsidir. Bu problem 
dünya praktikasında əsas etibarilə xırda, kiçik, orta müəssisələrin yaradılması yolu ilə 
həll edilir. Bu müəssisələrdən hər biri istehsal vasitələrinin şəxsi sahibi olduğundan, 
təbiidir ki, istehsal olunan məhsullara da sərəncam vermək hüququna malikdirlər. Ölkə 
iqtisadiyyatının hər bir sahə və sferasında kiçik bazar strukturlarının formalaşması 
iqtisadi proseslərin dünya təsərrüfatçılıq təcrübəsində mövcud olan tendensiyalarına 
cavab verir. Odur ki, dünyanın bütün ölkələrində xırda biznes sferasında müxtəlif 
profillər üzrə çoxlu sayda kiçik və xırda müəssisələr fəaliyyət göstərir. 


Müasir şəraitdə dünya ölkələrinin iqtisadiyyatında şəxsi və ailə üzvlərinin fərdi 
əməyinə əsaslanaraq fəaliyyət həyata keçirən orta və kiçik müəssisələr bərabər 
təsərrüfatçılıq şəraitində fəaliyyət göstərirlər. 
Müəssisələrin həcmi bu və ya digər sahənin spesifikasından, onun texnoloji 
xüsusiyyətindən, fəaliyyət sahəsinin səmərililiyindən asılıdır. Elə sahələr vardır ki, onlar 
yüksək kapital tutumuna, əmək tutumuna və istehsal həcminə malik olur. Ona görə də 
böyük həcmli müəssisələrin olması tələb edilmir. 
Müasir iqtisadiyyat üçün istehsalın miqyası üzrə müxtəlif və mürəkkəb 
kombinasiyalar - iri istehsal strukturlu tendensiyalar xarakterikdir ki, ona da bir çox 
faktorlar təsir edir. Onu da qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqinin davamlı 
tendensiyaları bir tərəfdən istehsalın təmərküzləşməsinə gətirib çıxarmışdır. Xüsusilə iri 
firmalar böyük maddi, maliyyə və əmək resurslarına, həmçinin ixtisaslaşmış kadrlara 
malik olmaqla çoxsaylı resursları özündə birləşdirirlər. Ona görə də onlar iri miqyaslı 
elmi-texniki əməliyyatlar həyata keçirməyə qadir olurlar. 
Digər tərəfdən isə son zamanlar xırda və orta sahibkarlığın görünməmiş dərəcədə 
inkişafı hiss edilməkdədir. Bu proses xüsusilə o sferalarda mövcud olur ki, burada 
çoxsaylı maliyyə vəsaitlərinə, avadanlıqların və əmək ehtiyatlarının böyük həcminə o 
qədər də
ehtiyac olmur. Kiçik və orta müəssisələr xüsusi ilə istehlak məhsullarının 
istehsalı ilə bağlı olan sahələrdə yaranır və fəaliyyət göstərir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin