Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə45/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Qiymətin funksiyaları.
Qiymətin iqtisadi mahiyyəti ilk növbədə onun yerinə yetirdiyi 
funksiyalar vasitəsilə təzahür edir. Qiymətin funksiyaları obyektiv iqtisadi qanunların 
fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olub təsərrüfat həyatında çox mühüm rol oynayır. 
Qiymətin funksiyalarını cəmiyyətin inkişafının müxtəlif mərhələlərində bu və ya digər yollarla 
həll edilən konkret məsələlərlə eyniləşdirmək olmaz. Qiymətin funksiyaları obyektiv iqtisadi 
kateqoriyalara xas olan ümumi xüsusiyyətlərin məcmusu kimi xarakterizə olunur. Məhz bu 
keyfiyyət qiymətin təsərrüfat mexanizmində yerini və rolunu müəyyən edir və bununla da 
iqtisadi proseslərə fəal təsir göstərir. Praktikada əksər iqtisadçılar qiymətin beş əsas funksiyasını 
ayırd edirlər: uçot-ölçü; yenidən bölüşdürmə; stimullaşdırıcı; balanslaşdırıcı və istehsalın 
yerləşdirilməsi. Qiymətin yuxarıda adları çəkilən funksiyalarının ayrı-ayrılıqda konkret şərhinə 
keçək. İctimai əmək məsarəflərinin uçotu və ölçülməsi funksiyası, dəyəri pul ifadəsində əks 
etdirməklə qiymətin mahiyyətini xarakterizə edir. Qiymət elə bir iqtisadi vasitədir ki, o, ən 
müxtəlif təsərrüfat proseslərini və onun nəticələrini dəyər ifadəsində ölçməyə imkan verir. 
Məsələn, hazır yanacağın həcmi (nəqliyyat \ə tədarük xərcləri daxil olmaqla) bu əmtəənin 
qiymətinin məbləği ilə ekvivalentdir. Qiymətin uçot funksiyasının reallışması əmtəə və 
xidmətlərin ən müxtəlif istehlak xüsusiyyətlərini müqayisə etməyə imkan verir. Qiymət 


cəmiyyətdə konkret əmtəəyə olan tələbatın ödənilməsini şərtləndirir. Qiymət məhsul istehsalı və 
satışına xammal, material və əmək sərfini müəyən etməyə imkan verir. Qiymət əmtəə istehsalı və 
tədavülünə çəkilən xərclərin məbləğini və əldə edilən mənfəətin həcmini müəyyən- 
ləşdirilməsində mühüm rol oynayır. 
Bazar münasibətləri şəraitində əmtəənin qiyməti, ona sərf edilən mosariflərdən əhəmiyyətli 
dərəcədə kənarlaşır. Bu zaman istehsalçının maraqlan məhsul satışından maksimum mənfəət əldə 
edilməsi ilə lıağlıdırsa, alıcı isə məhsulu minimum qiymətə almağa çalışır. Odur ki, rəqabətə 
davam gətirmək məqsədilə əmtəə istehsalçısı daimi xərclərə nəzarət etməli, öz xərclərini qarşı 
tərəfin (rəqibin, digər istehsalçıların) məsrəflərilə müqayisə etməli və rəqabət mübarizəsində 
qalib gəlmək üçün xərcləri aşağı salmalıdır. Məhz bütün bu prosesləri həyata keçirmək üçün 
qiymətin uçot funksiyası mühüm əhəmiyyət kəsb edir. lUı funksiyadan həm de müəssisənin 
əmtəə və qiymət siyasəti və marketinq sisteminin hazırlanmasında istifadə olunur. Məlumdur ki, 
əmtəə və qiymət siyasəti əmtəənin mövcudluq dövrü əsasında formalaşır. Bazarda əmtəənin 
mövcudluğu müəyyən zaman məhdudluğuna malikdir. Bu isə ilk növbədə onun keyfiyyəti və 
ucuzluğu ilə bağlıdır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin