Qiymət strategiyasının formalaĢdırılması. Bazar münasibətləri şəraitində hər bir sahibkar,
firma və müəssisə istehsal etdiyi və bazara çıxardığı məhsulun qiymətini sərbəst olaraq müəyyən
edir. Bu baxımdan bazarda qiymətin əmələ gəlməsinə əsas etibarilə iki yanaşma tərzi
mövcuddur:
a) istehsalçılar tərəfindən bazarda qiymətlərin fərdi qaydada müəyyən edilməsi;
b) bazarda vahid qiymətlərin formalaşdırılması.
Birinci halda qiymətlər alıcı və satıcı arasında razılaşmalar nəticəsində müqavilə əsasında
formalaşır ki, burada da tərəflərin maraqlan təmin edilir. İkinci halda isə alıcılar əmtəələri eyni
qiymətə əldə edirlər. Alıcılar üçün vahid qiymətlərin tətbiqi adətən konkret əmtəə bazarının
xüsusiyyətləri, onun texniki cəhətdən mürəkkəbliyi və qiymətlərin differensialaşdırılmasına
çəkilən xərclərlə bağlıdır. Bazarda vahid qiymətlərin formalaşması o zaman reallışır ki,
sahibkarlar bazarda standart məhsullar təklif edirlər. Vahid qiymətlərin mövcudluğu barədə alıcı
xəbərdar olmaqla onu müqayisə edə bilir və məhsulu əldə edərkən heç bir problem olmadan
qərar qəbul edir. Qiymət vasitəsilə dövlət əhalinin aztəminatlı təbəqələrinin həyat səviyyəsinə
təsir göstərmək imkanına malikdir. Son zamanlar istehlak bazarında rəqabətin qeyri-qiymət
faktorları da geniş yayılmağa başlamışdır. Bütün bunlarla belə ənənəvi element kimi qiymət
rəqabət siyasətində öz mövqeyini qoruyub saxlayır, bazarın ümumi konyukturuna və
müəssisələrin mənfəət əldə etməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir çox firmalar qiymət
siyasətinin həyata keçirilməsində tez-tez nəzərə çarpacaq qüsurlara yol verirlər. Bunlardan
müşahidə olunanı aşağıdakılardır: qiymətin əmələ gəlməsi istehsal xərcləri ile həddindən artıq
bağlı olur; qiymət bazar şəraitinin dəyişməsi ilə zəif uyğunlaşdırılır; qiymət faktorundan iqtisadi
proseslərdə marketinqin
digər elementlərilə müqayisədə zəif istifadə olunur; qiymət bazarının
seqmentlərində baş verən proseslərlə zəif əlaqələndirilir.
Mövzu№ 6.Sahibkarlıq fəaliyyətində marketinq.
Plan:
4. Marketinq anlayışı və biznesdə onun rolu.
5. Kiçik biznesdə marketinqin vəzifələri.
6. Marketinq tədqiqatlarının sahibkarlıqda əhəmiyyəti.