Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


,3. KIÇIK BIZNESDƏ MARKETINQIN VƏZIFƏLƏRI



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə50/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

2,3. KIÇIK BIZNESDƏ MARKETINQIN VƏZIFƏLƏRI
?, MARKETINQ 
TƏDQIQATLARININ SAHIBKARLIQDA ƏHƏMIYYƏTI. 
 
Sıfırdan baĢlayıb, neçə il ərzində uğurlu sahibkar olmaq mümkündür? 
Düşünürəm biznes həm çox çətin həm də çox sadə fəaliyyətlərin toplusudur. Hər bir biznesin isə 
özünəməxsus atılması gərəkən addımları və qaydaları var. Elə buna görə də biznesdə neçə il 
ərzində uğurlu olmaq olar sualını cavablandırmaq çox çətindir və bu sualın çox vacib 
faktorlardan asılı olan cavabı var. Bu faktorlar aşağıdakı kimidir.

İdeya nədən ibarətdir?

Biznes qurmaq istəyən şəxsin vizyonu nədir?

Daxil olduğu sektor nə qədər uyğun və münbitdir və bazar həcmi nədir?

Nə qədər əlaqələr var?

Rəqiblər çoxdurmu və müştəri potensialı nədir?

Şəxsin özünün şəxsi üstünlükləri və bacarıqları nə qədərdir və s.
Bu faktorların bir biri ilə inteqrasiyası nəticəsində əslində bir şəxs nə qədər müddətdə biznesdə 
uğurlu ola biləcək sualının cavabını tapa bilərik. Bir də ən önəmli faktorlardan biri də odur ki, 
təşəbbüskar həqiqətən də özü üçün doğru biznesdədir mi? Bəzən illərlə çaba göstərdiyi biznesdə 
uğurlu nəticələr əldə edə bilməyən şəxslər, sektoru dəyişdikdə çox yaxşı nəticələr əldə edə 
bilirlər. Bu onun göstəricisidir ki, hər bir sahəyə kor-koranə girmək özü düzgün strateji addım 
deyil. Atılan addımları, görülən fəaliyyətlərin qarşılığında sizi qane edən bir büdcə əldə edə 
bilirsinizsə deməli siz bizneslə məşğulsunuz. Əks halda bu biznes deyil.
 
 
Biznes qurmaq üçün atılan addımlarda edilən səhvlər hansılardı? Nəyi etmək məsləhət 
deyil və ya əksinə, hansı xüsusiyyətlər vacibdir?
Bir müddət sonra anladığım ən önəmli fikirlərdən biri o oldu ki, ümumiyyətlə hər bir mövzuya 
görə bir çox insanlarla müzakirələr aparmaq bizi uğura deyil uğursuzluğa aparır. Bəlkə də bu 
fikirlə çoxları razı olmayacaq. Amma mən düşünürəm ki, bizim biznes tərəfimiz bizə hansı 
addımları atmağımızı söyləyirsə analiz etməli və addım atmalıyıq. Biz nə edirik? Bir işdə 
qığılcım gördükdə bunu onlarla insanlarla bölüşürük. Bu isə özü özlüyündə bizim fikirlərimizi 
dağıdır və biz nəticədə bu işin arxası ilə getmirik.
Lakin mən çox məsləhət görərdim ki, istər xanım istərsə də bəylər yeni biznes qurmaq üçün 
addımlar atmaq istəyirlərsə mütləq formada çoxlu bizneslər bağlı kitablar oxumalı və 
ümumilikdə biznesin əslində açarlı qapılarını açmalıdırlar. Misal üçün açarlı qapıların açılması o 


deməkdir ki, biz bəzən illərlə çalışırıq və çox kiçik büdcələr əldə edirik. Lakin eyni sektorda 
başqa bir məhsulun üzərində çalışmağa başlayırıq və görürük ki, bu məhsula itirdiyimiz 
əziyyətlər əvvəlkindən 2-3 dəfə az, qazancı isə 2-3 dəfə çoxdur. Biznesdə hər zaman daha 
yaxşının arxası ilə getmək lazımdır.
Biznesdə əsas xüsusiyyətlər dşüünürəm ki, aşağıdakılardır.
1. 
Əzmli və səbrli olmaq,
2. 
Liderlik xarakterinə malik olmaq,
3. 
Natiqlik, inandırmaq və satış qabiliyyətinin yüksək olması,
4. 
Analiz etmə qabiliyyətinin yüksək olması,
5. 
Risk etmə bacarığının olması,
6. 
Davamlı olaraq əlaqələrini gücləndirməkdə maraqlı olan və təşəbbüskar xarakter.
7. 
Problemi qısa zamanda həll etmə bacarığı,
Bu xüsusiyyətləri özündə formalaşdıran şəxslər rahatlıqla biznesə başlaya bilərlər çünki itirmək 
şansları çox-çox az olacaqdır.

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin