44
Obyektlərin quruluşunun;
obyektlərin xassələrinin və qiymətlərinin müəyyən olunması;
və bütün əlaqələrin qrafik təsvir edilməsi alqoritmi vasitəsilə həyata keçirilir.
Funksional
struktur dedikdə, ekspertin qərar qəbul edərkən istifadə etdiyi mülahizə-
lərin modelinin əks olunması başa düşülür. Funksional struktur“İf- then” qaydaları ilə
qurulur. Funksional struktur cədvəl və ya qraf formasında, həmçinin təbii dildə ifadə
olunmuş cümlələr şəklində təsvir edilə bilər. Bu zaman əyani fomalar daha münasib
sayılır.
Bilik polesi konseptual və funksional strukturunu qurduqdan sonra bilik üzrə
mühəndis proqramçı ilə birlikdə bilik bazasının formalaşdırılması və proqram həlli,
yəni biliklərin təsviri və təqdimi üçün münasib alqoritmik dil axtarır. İnsan əqli
prosesi alqoritm formasında göstərilməyəcək qədər daxili və mürəkkəbdir.
Lakin
ekspertlərin çoxu öz biliklərini qaydalar formasında ifadə edə bilmə bacarığına
sahibdirlər. Məsələn,
{İF “işığforun işığı” qırmızıdır
{THEN hərəkət dayandırılır
{İF “işıqforun işığı” yaşıldır
{THEN hərəkət bərpa edilir
Biliklərin təqdim olunmasının ən çox istifadə olunan süni intellekt qaydası İf
hissəsində verilən və faktlardan, Then hissəsində isə bunlara
uyğun əməliyyatlardan
ibarət olan İf-Then strukturu ilə qurulmaqdır. Hər qayda problemin nə formada həll
olunacağını təsvir edir. Qaydaların yaradılması və başa düşülməsi işin nisbətən asan
tərəfidir. Hər bir qayda 2 hissədən ibarət olur:
1. Təyin olunan adlandırılan aparıcı hissə İF (vəziyyət və ya hal)
45
2. Nəticələnən adlandırılan hissə Then ( nəticəvə ya fəaliyyət)
Qaydalar insan davranışlarının simulyasıdır. Buna görə də onların sadəcə
formalaşdırılması deyil, həm də düzgün sorğulara düzgün
cavablar verə biləcəyi
şəkildə modelləşdirilməlidir. Bilik bazasında yerləşdirilmiş hər qayda digər
qaydalardan asılı olmayaraq hazırlana və dəyişdirilə bilir. Bu qaydaların
birləşdirilməsi onların sorğuya tək-tək cavab verməsindən daha yaxşı nəticə göstərir.
Qaydalar müxtəlif formalarda ola bilirlər:
Əgər şərt - Onda nəticə qaydaları
Nəticə - Əgər şərt qaydaları
Və Ya - daxil olan qaydalar
Daha mürəkkəb qaydalar
Qayda AND- konyuksiya və OR- dizyunksiya və ya hər ikisinin sintezi kimi təyin
oluna bilər.
İF <şərt1> / İF <şərt1>
AND <şərt2> / OR <şərt2>
.
.
.
.
AND <şərt
n> / OR <şərt
n>
THEN
/ THEN
Qaydalar obyekt haqqındakı əsas məlumatları daşıyırlar. Onlar fəaldır və hər hansı
hansı zaman dilimində bazadakı verilənlərə uyğun olaraq yeni faktlar və ya
fərziyyələr yarada bilirlər. Qaydalar əlaqələr, tövsiyyələr, direktivlər, strategiyalar və
evristika formasında da təsvir oluna bilir.Təyin olunmuş hər qayda özündə obyekti və
46
onun dəyərini birləşdirir. Operator obyekti müəyyən edir və ona dəyər verir. Eskpert
sistemlər obyekti numerativ olaraq tanıyan və ona veriləcək dəyəri təyin edən riyazi
operatorlardan istifadə edə bilir.
OBYEKT OPERATOR QİYMƏT
IF
x
<
001
AND
y
>
002
THEN z
=
tələb ödənir
Dostları ilə paylaş: