42
Üləma Sultan Təkəlini vəkil vəzifəsinə gətirmək üçün müba-
rizəyə başladılar. Şahın Təbrizdə olmamasından istifadə edərək
Təbrizdə qarətlər tötətdilər. Şahın qoşununun gəlməsindən ehti-
yatlanıb Üləma Sultan başda olmaqla təkəli əmirləri öz
tərəfdarları ilə İstanbula getdilər.
1531-ci ildə Hüseyn xan Şamlı şahın vəkili və əmir əl-
üməra vəzifəsini tutur. O da öz sələflərinin yolu ilə gedir. Ən
yüksək vəzifələrə şamlı tayfasının əmirlərini gətirir, ən yaxşı
vilayətləri onların arasında bölüşdürürdü.
1534-cü ildə Hüseyn xan Şamlı Sam Mirzənin xeyrinə
I Şah Təhmasibi zəhərləmək cəhdində ittiham edilərək öldü-
rülür. Artıq böyümüş və saray çəkişmələrində böyük təcrübə
qazanmış I Şah Təhmasib bütün mərkəzi hakimiyyəti öz nəza-
rətinə götürür. 1524-1534-cü illərdə qızılbaş tayfaları arasında
hakimiyyətdə nüfuz dairəsi uğrunda aparılan çəkişmələr mər-
kəzi hakimiyyəti zəiflətdi, feodal ara müharibələrinə səbəb
oldu.
Qızılbaş tayfaları arasındakı çəkişmələrdən istifadə edən
özbək Übeydulla xan XVI əsrin 20-ci illərinin ikinci yarısı və
30-cu illərində tez-tez Xorasana yürüşlər edib qarətlər törədirdi.
Səfəvi dövlətindəki yaranmış vəziyyətdən istifadə edərək
Osmanlı sultanı I Süleyman da yürüşlərə başladı. Azərbaycan
Səfəvilər dövləti Şərqdə özbəklərlə, Qərbdə isə Osmanlı
Türkiyəsi ilə müharibə etmək məcburiyyətində qalmışdı.
Dostları ilə paylaş: