39
vaxtlar Şeyxşah I Şah İsmayıla hədiyyələr göndərib sədaqətli
olacağına and içsə də öz mövqeyini möhkəmləndirəndən sonra
müstəqillik arzusu ilə Şirvan qalalarını möhkəmləndirdi,
qoşunun sayını artırdı, I Şah İsmayıl Xorasan yürüşünə hazır-
laşdığı zaman Səfəvilərə xərac verilməsini dayandırdı. Bu,
1509-cu ilin sonunda İsmayılın
Şirvan üzərinə yenidən yürü-
şünə səbəb oldu. I Şah İsmayılın qoşunu ilə qarşılaşmaqdan
ehtiyat edən Şeyxşah Buğurd qalasına çəkildi.
Bakı, Şirvan şəhərlərinin qala rəisləri və digər qala rəisləri
hədiyyələrlə İsmayılın yanına gəldilər. Dərbənd hakimləri I Şah
İsmayılın yanına gəlmədiklərinə görə Dərbənd üzərinə yürüş
edildi, qala divarlarına lağımlar atılıb dağıdıldıqda,
onlar
müqaviməti dayandırıb tabe olduqlarını bildirdilər.
Şah İsmayıl ikinci dəfə Şirvanı ələ keçirib Hüseyn bəy
Lələni ora canişin təyin etdi. Şeyxşahın günahları bağışlanaraq
hakimiyyətdə saxlanıldı. Lakin Şeyxşah yenə də Səfəvilərə tabe
olmaqdan boyun qaçıraraq Buğurd qalasına çəkilərək mü-
qavimət göstərirdı. Yalnız 1517-ci
ildə üçüncü yürüşdən sonra
Səfəvilərdən asılılığı qəbul etdi və böyük oğlu Sultan Xəlillə
birlikdə İsmayıla çoxlu hədiyyələr göndərdi. Şah İsmayıl qızı
Pərixan xanımı Sultan Xəlilə ərə verdi. Şeyxşah isə özü 1523-ci
ilin avqustunda Şah İsmayılın Marağadakı düşərgəsinə gəldi və
ona sədaqətlə xidmət edəcəyinə and içdi.
1521-ci ilin sentyabrında Şah İsmayıl Şeyxşahın qızı ilə
evlənmək üçün elçilərini Şamaxıya göndərdi. Şeyxşah elçiləri
böyük hörmətlə qarşıladı, qızını onlarla Təbrizə yola saldı. 5
noyabr 1523-cü ildə Təbrizdə təntənəli
surətdə toy mərasimi
keçirildi. 1524-cü ildə Şah İsmayıl Naxçıvandan Şirvana
gələrkən yolda Şirvanşah II İbrahimin ölüm xəbərini eşitdi. Şah
oradan Şəkiyə gəldi. Şəki ilə Gürcüstan sərhəddi arasında ov
edərək xeyli əyləndikdən sonra Ərdəbilə qayıtdı. Şirvanda ha-
kimiyyətə II İbrahimin
böyük oğlu, Şah İsmayılın qızı Pərixan
xanımın əri II Xəlilullah (1524-1535) gəldi.