23
çıxarmaq üçün hiyləyə əl atdı. Ordunu qalanın mühasirəsindən
çəkərək, şəhərin 3 fərsəxliyində (10 km) yerləşdirdi. Əmir xan
Mosullunu isə bir dəstə ilə qalanın ətrafında olmağı, Şeybani
xan qaladan çıxarkən “qaçmağa üz qoymağı” tapşırdı. Şeybani
xan I Şah İsmayılın Azərbaycana
doğru geri çəkildiyini zənn
edərək qaladan çıxdı və Mosullunun 300 nəfərlik dəstəsini
təqib etməyə başladı. Bu zaman I Şah İsmayılın göndərdiyi elçi
gətirdiyi məktubu Şeybani xana çatdırdı. Məktubda I Şah
İsmayıl geri çəkilmək məcburiyyətində qaldığını, qışı Xora-
sanda qalaraq yazda özbəklər üzərinə yenidən yürüş edəcəyini
bildirirdi. Məktubu oxuduqda Şeybani xan qızılbaşların həqi-
qətən geri çəkilməsinə inandı və
onlar üzərinə hücum etmək
qərarına gəldi.
1510-cu il dekabrın 1-də Şeybani xan İsmayılın əsas qo-
şunu ilə qarşılaşdı. Sayca çox olan qızılbaşlar Şeybani qo-
şununu darmadağın etdilər. Məhəmməd Şeybani xan öldürüldü.
Mərv qələbəsi nəticəsində Amudəryaya qədər bütün Xorasan
Səfəvilərin hakimiyyəti altına keçdi. Herat, Mərv və Bəlx
şəhərləri daxil olmaqla Xorasan Azərbaycan
Səfəvi dövlətinin
tərkibinə qatıldı. I Şah İsmayıl ələ keçirdiyi bu ölkələrdə siyasi
birlik yaratmaqla, böyük bir imperatorluq yaratmağa nail oldu.
İmperatorluq Fəratdan Qəndahara, Qafqazdan Hind okeanına
qədər 2.800.000 km
2
–dən ibarət geniş bir ərazini əhatə edirdi.
Dostları ilə paylaş: