16
paytaxtını döyüşsüz ələ keçirdilər. Əhalinin çoxu dağlara çəkil-
dilər. Şirvanşah Fərrux Yasar müəyyən hərbi hazırlıqdan sonra
Gülüstan qalası istiqamətində hərəkət etdi. 1500-cü ilin sonun-
da qızılbaşlar Gülüstan qalası yaxınlığında Cabanı deyilən
yerdə Şirvanşah qoşunları ilə qarşılaşdılar. Qızılbaş qoşununun
sağ cinahında şamlı, sol cinahında isə ustaclı tayfalarının dö-
yüşçüləri dayanmışdılar. İsmayıl isə təkəli, rumlu, zülqədər tay-
falarının üzvlərindən ibarət
hərbi hissə ilə mərkəzdə
dayanmışdı.
Döyüşün əvvəllərində Şirvanşah qoşunları üstünlük qa-
zansa da, İsmayılın süvari dəstəsinin zərbəsi ilə qizilbaşlar
üstünlüyü ələ keçirdilər. Şirvan qoşunu məğlub
olaraq qaçmağa
başladı. Fərrux Yasar Buğurd qalasına doğru qaçsa da Gülüs-
tan qalası yaxınlığında qızılbaşlar ona çatdılar. Şahgəldi ağa
onu vurub atdan saldı və başını kəsərək İsmayıla gətirdi. Fərrux
Yasarın döyüşdən sağ çıxmış oğlu İbrahim Xəzər dənizi
sahilində Şirvan qoşunundan sağ çıxmış
hissələri toplamağa
çalışsa da Xadim bəy Xüləfanın onu təqib etdiyini eşitdikdə
gəmilərlə Gilana getdi.
İsmayıl yenidən Şamaxı şəhərinə qayıtdı, şəhər əyanları
onu ehtiramla qarşıladılar. O, qışı keçirmək məqsədi ilə Mu-
ğandakı Mahmudabad şəhərinə yola düşdü.
Dostları ilə paylaş: