20
hərəkət etdiyi haqda məlumat aldıqda 1502-ci ilin avqustunda
Təbrizə qayıtdı. Şah İsmayılın gəldiyindən xəbər tutan Ə lvənd
Mirzə Ucandan Bağdada qaçdı. Beləliklə Əlvənd Mirzə
tərəfindən yaranan təhlükə aradan qaldırıldı.
Şah İsmayıl Murad Mirzə
ilə müharibə etmək fikrində
deyildi. Ona görə də 1503-cü ilin yazında müridi Qənbər ağanı
Murad Mirzənin yanına göndərib, ağqoyunlularla qohumluq
əlaqələrini xatırladaraq itaət etməsini, əvəzində İraq-i Əcəmin
bir hissəsini ona təklif etdi. Murad Mirzə bu təklifi qəbul
etmədi.
1503-cü ilin yayında Şah İsmayıl Qızılüzən çayını ke-
çərək Həmədan yaxınlığında Almaqulağı deyilən yerdə 12
minlik ordusu ilə düşərgə saldı. Sultan Muradın 70
minlik or-
dusu ilə qarşı-qarşıya durdu. 1503-cü il iyun ayının 21-də səhər
tezdən Murad 10 min nəfərlik döyüşçüsü ilə Səfəvilərin ordusu
üzərinə hücuma keçdi. Az müddət ərzində onun ordusu dar-
madağın edildi. O, ordunun sağ və sol cinah hissəsini döyüş
meydanına gətirdı. Şah İsmayıl da ordusunun cinah hissələrinə
döyüşə başlamağı əmr etdi. Müharibə günün yarısına kimi
davam etdi. Sultan Murad məğlubiyyətə uğrayaraq sağ qalmış
döyüşçüləri ilə qaçdı. Qızılbaşlar Şiraz istiqamətində hərəkət
edərək Şirazı ələ keçirdilər.
Murad Mirzənin məğlubiyyəti ilə Fars və İraq-i Əcəmin
böyük bir hissəsi ələ keçirildi və
Ağqoyunlu səltənətinə son
qoyuldu. 1503-cü ildə qızılbaşlar İsfahan, Kaşan və Qum şəhər-
lərini də ələ keçirdilər. 1504-cü ildə Yəzd şəhəri də tutuldu.
1506-1508-ci illərdə qızılbaşlar Bağdad da daxil olmaqla
Diyarbəkir, Xilat, Bidlis, Ərciş və Ərəb İraqını işğal etdilər.
1508-ci ildə Xorasan istisna olmaqla bütün İran torpaqları
Səfəvilərin hakimiyyəti altına keçdi.
I Şah İsmayıl özünü babası Uzun Həsənin varisi hesab
edir və Ağqoyunlu dövlətinə aid olan əraziləri geri qaytarmağa
çalışırdı. Diyarbəkir bölgəsini də ələ keçirməyə çalışırdı. İsma-
yıl Məhəmməd xan Ustaclını Diyarbəkir hakimi təyin etmişdi.
21
Anadolu xanlarından olan Məhəmməd Ustaclı yeddi qardaş
olub İsmayıla sədaqətli idilər. İsmayıl ikinci bacısını ona ərə
vermişdi. Hesnkif hakimi Sultan Xəlil könüllü olaraq İsmayılın
yanına gəlib, qızılbaş papağı geyinib ona tabe olacağına and
içmişdi. İsmayıl onun əmirliyini təsdiq edib bacılarından birini
ona ərə vermişdi. Lakin Xəlil İsmayıla
tabe olmaqdan boyun
qaçırır, bütün Diyarbəkir bölgəsini özünə tabe etməyə çalışırdı.
Osmanlı torpaqları və Misir arasındakı sərhəd zonasında
yerləşən Zülqədər oğulları bəyliyi (1339-1521) ilə Səfəvilər
arasında münasibətlər kəskinləşirdi. Zülqədər oğlu Əlaüddövlə
dəfələrlə Diyarbəkirə yürüşlər təşkil edib Urfa şəhəri və ətraf
ərazilərdə qarətlər törədirdilər. Onlar Xarput şəhərini də ələ
keçirmişdilər. Əlaüddövlə bəy Əlvənd Mirzənin ölümündən
(1505) sonra ona sığınmış Ağqoyunlu
şahzadələrini Diyar-
bəkirə yürüşə təhrik və kömək edərək Amid, Mardin və bir sıra
yerləri ələ keçirmişdi. Çox keçmədən Ə mir bəy (Ə lvənd Mir-
zənin bəylərbəyi) onları məğlubiyyətə uğradaraq həmin əra-
zilərdə öz mövqeyini möhkəmlətmişdi. Ə mir bəy İ Şah İsma-
yılın hakimiyyətini qəbul etmişdi.
I Şah İsmayıl Əlaüddövlənin Diyarbəkirdə marağına
birdəfəlik son qoymaq üçün Ərzincana gedərək hazırlıq işləri-
nə başlayır.
İsmayıl Ərzincanda olarkən Qulu bəyi Osmanlı sarayına,
Zəkəriyyə bəyi isə Misir Məmlükünün yanına göndərdi ki,
onların ərazisini tutmaq fikrində deyil. O, Osmanlı Sultanından
Əlaüddövlə ilə döyüşmək üçün onun ərazisindən keçməyə icazə
istədi. İsmayıl Osmanlı ərazisindən keçərək Qeysəriyyə yolu ilə
hərəkət etdi. Əlaüddövlə kömək üçün Osmanlı Sultanına və
Misir Məmlüklərinə müraciət etdi. Xarput ələ keçirildi.
Ə mir
bəy ətrafı ilə İsmayılın hüzuruna gələrək itaət etdi. Mosullular
İsmayılın tərəfinə keçərək qızılbaşlığı qəbul etdilər. Diyarbəkir
bölgəsi tam İsmayılın idarəsi altına keçdi. Elbistan qarət və
talan edildi. Qızılbaşlar Ə laüddövlənin paytaxtı Mərəşə doğru
irəlilədilər. Əlaüddövlə hündür dağlara çəkilmişdi. Oraya gedib
22
çatmaq üçün dar keçidlər çətinlik törədirdi. İsmayıl
Səfəvi
ordusuna hücum edən Əlaüddövlənin oğlanlarını ələ keçirib
öldürtdürdü. Ustaclı Məhəmməd Əlaüddövlənin ordusunu bir
neçə dəfə məğlub etməklə böyük rəşadət və hünər göstərdi. I
Şah İsmayıl Elbistana qədər gəlsə də ərzaq çətinliyi, qar, yağış
yağması və soyuqların düşməsi ilə əlaqədar olaraq oranı tərk
etdi.
Dostları ilə paylaş: