Nizami SÜleymanov


Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə8/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
DERSL-K-1501-1736

Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə. İsmayıl 
Şamaxıda və Bakıda ələ keçirdiyi xəzinənin bir hissəsini döyüş-
çüləri arasında bölüşdürdü. Onun qələbəsi və qənimətin bir 
hissəsinin döyüşçülər arasında paylanması xəbəri geniş yayıldı, 
tərəfdarlarının sayını daha da artırdı. Naməlum Venesiya taci-
rinin verdiyi məlumata əsasən İberiyadan 9 min süvari Şama-
xıda İsmayıla kömək etmək üçün gəldilər. İsmayıl onlara 
hədiyyələr bağışladı və Təbriz ələ keçirilərsə Ağqoyunlulara 
ödədikləri xəracdan azad edəcəyini bildirdi. Tacirin verdiyi 
məlumata görə İsmayılın 15-16 min nəfərlik ordusu var idi. 30 
min nəfərlik qoşunla Naxçıvana gəlmiş Ə lvənd Mirzə öz elçi-
lərini Gəncə, Qarabağ və Qaradağa göndərərək yerli hakimləri 
qızılbaşlara qarşı qaldırmaqğa çalışırdı. 
İsmayıl Qarapiri bəy Qacarı və İlyas bəy Halvaçıoğlunu 
qoşun hissəsinin başçısı təyin edərək Naxçıvan istiqamətində 
hərəkət etməyi əmr etdi. Özü isə qoşunun qalan hissəsi ilə irə-
lilədi. İlyas bəy Əlvənd Mirzənin qızılbaşların qarşısını almaq 
üçün göndərdiyi qoşun hissəsini məğlub etdi və Osman bəy 
Mosullunu əsir götürdü. 
Əlvənd Mirzə İsmayıla məktub göndərərək Şirvana qayıt-
masını və həmin vilayətin idarəsi ilə kifayətlənməsini təklif 
etdi. İsmayıldan rədd cavabı aldıqdan sonra Naxçıvandan Şə-
rura çəkilərək döyüşə hazırlaşmağa başladı. İsmayıl Arazın cə-
nub sahili boyunca irəliləyərək Naxçıvan ərazisində çayı keçə-
rək Ağqoyunlu qoşunlarının qarşısını k əsdi. İsmayıl mərkəzdə 
mövqe tutaraq cağ və sol cinahlarda əmirlərini yerləşdirdi. 
Əlvənd Mirzə də mərkəzdə dayanaraq cinahlara sərkədələrini 
təyin etdi. 1501-ci ilin ortalarında Şərur düzündə tərəflər 
arasında döyüş baş verdi.
İsmayıl bu döyüşdə sərkərdəlik məharəti və döyüş hünəri 
göstərdi. Ağqoyunlu sərkərdələri Kərçiqay bəy, Lətif bəy, Sidi 
Qazi bəy, Musa bəy və Qaraca Mahmud bəyin öldürülməsi 
Ağqoyunlu əsgərləri içərisində vahimə yaratdı və qaçmağa baş-


19 
ladılar. Əlvənd Mirzə Ərzincana qaça bildi. Q ızılbaşlar böyük 
qənimət əldə etdilər. 
1501-ci ilin payızında İsmayıl döyüşsüz Təbrizə daxil 
oldu. Öz adına xütbə oxudaraq sikkə kəsdirdi. Beləliklə Azər-
baycan Səfəvilər dövlətinin əsasını qoyaraq özünü şah elan etdi.
Səfəvi dövlətinin ərazisi Şirvan, Qarabağ, Naxçıvan, 
Muğan və Qızılüzən çayına qədər Cənubi Azərbaycanın torpaq-
larını əhatə etdi. Beləliklə, İsmayıl Şirvanşahların və Ağ-
qoyunluların Azərbaycan ərazisindəki hakimiyyətlərinə son 
qoyaraq güclü mərkəzi hakimiyyətə malik bir dövlət yaratdı. 
Azərbaycan Səfəvi dövlətinin etnik və mədəni birliyə ma-
lik çoxluğunu və hərbi-siyasi əsasını Azərbaycan türkləri təşkil 
edirdi. Mühüm dövlət vəzifələri, əyalət hakimləri Azərbaycan 
əyanları idi. XVI əsrin ortalarında yüksək vəzifəli 74 əmirdən 
64-ü Azərbaycan türkü idi. Sarayda, orduda əsas danışıq dili 
Azərbaycan dili idi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin