İsmayılın Bakını tutması. XV əsrdə Bakı iri sənətkarlıq
və ticarət mərkəzi idi. Xəzər dənizində ən böyük liman şəhəri
olmaqla Şirvanşahların ikinci iqamətgahı idi. Şirvanşahların
xəzinəsinin bir hissəsi burada məşhur Şirvanşahlar sarayında
saxlanılırdı. Bakının bir hissəsi Xəzər dənizi ilə əhatə olunsa da
qalan hissəsi hündür qala divarları ilə əhatə olunmuşdu. Q uru
hissədə qala divarlarının ətrafı dərin xəndəklə əhatə olunmuşdu
ki, təhlükə yarandıqda həmin xəndək su ilə doldurulurdu.
İsmayıl Bakını ələ keçirmək üçün Məhəmməd bəy Ustaclı
və İlyas bəy Xunuşlunun rəhbərliyi ilə qoşun göndərdi. Quru
hissədən Bakının hündür divarlarla əhatə olunduğunu görən
qızılbaş sərkərdələri danışıq yolu ilə şəhərin təslim olunmasına
17
çalışdılar. Bakı qalabəyisi Fərrux Yasarın oğlu Qazi bəy Şirvan
ərazisindəki uca dağlarda növbəti döyüş üçün hazırlıq apar-
dığına görə Bakının müdafiəsində mənbələrdə adı çəkilməyən,
əslində Bakının idarə olunmasını öz əlinə almış arvadı rəhbərlik
edirdi. Cəsur təbiətli bu qadın Qalanın təslim edilməsi haqqında
tələb gətirən elçini edam etdirdi. Hətta onu bu işdən çəkin-
dirməyə çalışan Bakı darğası Əbülfəth bəyi də öldürtdu.
Bakının alınmasına qarşı inadlı müqavimət göstərilməsi
qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur etdi. İsmayıl
vəziyyətin çətinliyini görüb bacarıqlı sərkərdə Xadim bəy Xülə-
fanı Mahmudabaddan Bakı üzərinə göndərməli oldu. Sonra özü
də gəldi. Qızılbaşlar qala bürclərindən birinin altına lağım
atmaqla qalaya yol aça bildilər. Lakin üç gün yenə ciddi
müqavimətlə qarşılaşaraq qalaya daxil ola bilmədilər. Nəhayət
qızılbaşlar qala döyüşçülərinin müqavimətini qıraraq şəhərə
daxil oldular. Şəhərdə qətl və qarətlər törədildi. Bir qrup şəhər
əyanları əllərində Quran İsmayılın hüzuruna gəldikdən sonra
qətl və qarətlər dayandırıldı. Xadim bəy Xüləfa şəhər əyan-
larının müşayiəti ilə Bakıya daxil oldu. İsmayılın əmri ilə Bakı
əhalisindən 1000 tümən qan bahası alındı. Şirvanşahların
zəngin xəzinəsi ələ keçirildi. Xadim bəyin əmri ilə Cüneydin
ölümünün səbəbkarı Şirvanşah I Xəlilullahın sümükləri qəbir-
dən çıxarılıb yandırıldı. Onun sərdabəsi dağıdıldı, sərdabənin
qülləsi altında saxlanılan çoxlu qızıl pul aşkar edildi.
Bakı ələ keçirildikdən sonra İsmayıl Gülüstan, Buğurt və
Surxab qalalarında müqavimət göstərən Şirvan qoşunları
üzərinə hərəkət etdi. Möhkəm qala divarlarına və çoxlu ərzaq
ehtiyatına arxayın olan qala müdafiəçiləri inadlı müqavimət
göstərirdilər. Bu zaman Təbrizdən Musa Xəlifinin göndərdiyi
çapar Ağqoyunlu Əlvənd Mirzənin böyük qoşunla Təbrizdən
Şirvan istiqamətinə gəlməsi xəbərni çatdırdı. İsmayıl divan
vəziri təyin etdiyi Ə mir Zəkəriyyə Köcəcinin məsləhəti ilə Gü-
lüstan qalasının mühasirəsindən əl çəkərərək Ə lvənd Mirzəni
məğlub edib Təbrizi ələ keçirmək məqsədi ilə güneyə yollandı.