Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə3/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   55
DERSL-K-1501-1736

I FƏSİL 
 
AZƏRBAYCAN SƏFƏVİ
DÖVLƏTİNİN YARANMASI 
 
§1.1. Səfəvi dövlətinin yaranmasının
ictimai-iqtisadi və ideoloji amilləri 
 
XV əsrin sonunda Azərbaycan ərazisində Ağqoyunlular 
və Şirvanşahlar dövlətləri mövcud idi. Səfəviyyə təriqətinin 
davamçıları olan feodal nümayəndələri Ərdəbil şəhəri və ətraf 
əraziləri müstəqil idarə etsələr də Ağqoyunlulardan asılı idilər.
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu dövləti 
Azərbaycandan başqa İraq- i Ərəb, Şərqi Anadolu, Qərbi İranı 
(İraq-i Əcəm, Xuzistan, Fars və Kirman) özündə birləşdirən 
qüdrətli bir dövlətə çevrilsə də, onun ölümündən sonra (5 
yanvar 1478) varisləri arasında hakimiyyət uğrunda çəkişmələr 
mərkəzi hakimiyyəti zəiflətmiş, feodal ara müharibələrinin 
başlanmasına səbəb olmuşdu. 
Uzun Həsənin ölümündən sonra hakimiyyətə gələn böyük 
oğlu Sultan Xəlilin sülalə üzvləri arasındakı çəkişmələr nəticə-
sində hakimiyyəti 6 ay çəkmiş və qardaşı Yaqub tərəfindən ha-
kimiyyətdən salınaraq öldürülmüşdür. Hakimiyyətə gələn 
Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu 
dövləti zəifləmişdi. Az müddət ərzində Baysunqur (1490-
1492), Rüstəm (1492-1497), Gödək Əhməd (1497), Sultan 
Murad (1497-1500), Əlvənd (1498-1500), Məhəmmədi (1498-
1499) hakimiyyətdə olmuşlar. 
Məhəmmədinin Sultan Murad tərəfindən öldürülməsin-
dən sonra Əlvəndlə Murad arasında hakimiyyət uğrunda mü-
barizə 1500-ci ildə Əbhər barışığı ilə nəticələndi. Tərəflər ara-
sında bağlanan sülh müqaviləsinə əsasən Qızılüzən çayı sərhəd 
olmaqla Azərbaycanın cənub hissəsi, Qarabağ, indiki Ermənis-
tan ərazisi Əlvəndin, İraq-i Ərəb, İraq- i Əcəm, Fars və Kirman 



Muradın hakimiyyəti altına keçdi. Azərbaycanın Şirvan bölgəsi 
isə Dərbəndi sülaləsinin hakimiyyəti altında idi. 
XV yüzilliyin sonunda feodal ara müharibələrinin artması 
ölkədaxili təsərrüfat əlaqələrinin inkişafına mane olur, məh-
suldar qüvvələrin inkişafını ləngidir, kənd təsərrüfatı və sə-
nətkarlığın tənəzzülə uğramasına, ticarət əlaqələrinin pozul-
masına səbəb olurdu. 
Azərbaycan dövlətində tez-tez baş verən ara müharibələri, 
hərbi-köçəri əyanların özbaşınalığı oturaq əhali ilə hərbi-köçəri 
əyanlar arasında ziddiyyəti daha da artırır, təsərrüfat da-
ğınıqlığına gətirib çıxarırdı. Nəticədə şəhər və kənd əhalisinin 
vəziyyəti ağırlaşırdı. Belə bir şəraitdə Azərbaycanın siyasi cə-
hətdən birləşmək zərurəti daha da artır, ara müharibələrinə, hər-
bi-köçəri əyanların özbaşınalığına son qoymaq və mərkəzləş-
miş dövlət yaratmaq uğrunda xalq kütlələrinin hərəkatı 
genişlənirdi. 
Ölkədəki feodal pərakəndəliyi ticarətin inkişafını lən-
gidirdi. Tacirlər hər bir feodal hakiminin ərazisindən keçərkən 
gömrük ödəməyə məcbur olur, karvan yollarının təhlükəsizliyi 
qayğısına qalınmadığına görə ticarət karvanları qarət edilirdi. 
Ölkədəki mövcud durumdan narazı olan tacirlər daxili və xarici 
ticarətin inkişaf etdirilməsi üçün mərkəzləşmiş dövlətin yara-
dılmasını dəstəkləyirdilər. 
Orta və xırda feodallar da mərkəzləşmiş dövlətin ya-
randılması tərəfdarı idilər. Onlar iri feodalların özbaşınalığın-
dan əziyyət çəkir və qüvvətli dövlətin yaranmasına ehtiyac hiss 
edirdilər.
Bir çox ictimai təbəqələr ölkəni böhran vəziyyətindən 
çıxarmaq, vergi sistemində qayda yaratmaq, feodal ara mühari-
bələrinə son qoymaq üçün yeni, vahid dövlət yaratmaq ideya-
sına tərəfdar idilər. 
Ağqoyunlu dövlətində soyurqal torpaq sahibliyi forma-
sının genişlənməsi mərkəzi hakimiyyətin zəifləməsinə, dövlət 
xəzinəsinə daxil olan gəlirlərin azalmasına səbəb olurdu, çünki 



soyurqal sahibləri vergidən azad olub inzibati- məhkəmə im-
tiyazına malik idilər. Torpaqların iri feodalların əlində mər-
kəzləşməsi separatizmi daha da gücləndirirdi. 
Göründüyü kimi mərkəzləşmiş dövlətin yaradılması əha-
linin geniş təbəqələrinin mənafeyinə uyğun gəlirdi. 
Mərkəzləşmiş dövlətin yaradılması xarici təhlükədən 
müdafiə baxımından zəruri idi. Feodal pərakəndəliyi və özbaşı-
nalığı mərkəzi hakimiyyəti zəiflətdiyinə, dövlətin hərbi gücünə 
mənfi təsir göstərdiyinə görə dövlətin xarici müdaxiləyə qarşı 
müqaviməti zəifləyirdi. 
XV yüzilliyin son illərində Bayandur şahzadələri ara-
sındakı çəkişmələrdən, savaşlardan əziyyət çəkən və nəticədə 
mərkəzləşmiş dövlətə ehtiyac hiss edən Azərbaycan xalqının 
Səfəviyyə cəmiyyətinin irsi şeyxi olan İsmayıla rəğbəti gündən-
günə artırdı. Azərbaycanın ayrı-ayrı hakimlər arasında 
bölünməsi, vilayətlər arasında təsərrüfat əlaqələrinin zəifləməsi, 
məhsuldar qüvvələrin inkişafının ləngiməsi ilə əlaqədar olaraq
artıq xalqın qüvvətli dövlət hakimiyyətinə ehtiyac hissi artırdı. 
Belə bir vaxtda İsmayılın bayrağı altında Azərbaycanı yenidən 
birləşdirmək uğrunda böyük bir siyasi hərəkat başlandı. 
XV yüzilliyin sonlarında pərakəndəliklə səciyyəvi olan 
ara müharibələrinin ölkə miqyasında iqtisadi həyata vurduğu 
dağıdıcı zərbələrdən bütün xalq kütləsi, xüsusilə mülk sahibləri, 
rəiyyət, sənətkarlar, tacirlər əziyyət çəkmiş, müflisləşmiş və elə 
buna görə də onların çoxu mərkəzləşmiş dövlət yaratmaq 
uğrunda mübarizədə Səfəviyyə hərəkatına qoşulurdular. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin