15
gölünün cənub sahillərindən keçərək getdilər. Ərəşli və zül-
qədər tayfaları da qızılbaşlara qoşuldular. Qızılbaşlar tezliklə
oradan Çuxursədə (İrəvan) gəldilər. Çuxursədi keçdikdən sonra
Anadolu qızılbaşlarına rəhbərlik edən Qaraca İlyas öz dəstəsi
ilə onlara qoşuldu.
İsmayıl Kiçik Asiyaya doğru hərəkət edərək ustaclı tay-
fasının yaşadığı Mingöl (Arazın mənbəyində) yaylağından və
Tərcan ərazisindən keçərək Ərzincana çatdı. Ərzincanda İsma-
yılın ətrafında şamlı, rumlu, ustaclı, təkəli, zülqədər, əfşar, qa-
car, varsaq tayfalarından, həmçinin “Qaradağ” sufilərindən
ibarət 7000 qazi toplanmışdı.
Dostları ilə paylaş: