Nizami SÜleymanov


§ 1.2. Səfəvilərin Ərdəbil hakimliyi



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə4/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   55
DERSL-K-1501-1736

 
§ 1.2. Səfəvilərin Ərdəbil hakimliyi 
XIII əsrin ortalarından sonra monqolların istila etdikləri 
ərazilərdə müxtəlif dini təriqətlər yaranırdı. Belə təriqətlərdən 
biri əhalinin zəhmətkeş təbəqəsi, sənətkarlar və kəndlilər ara-
sında yayılmış sufi
1
–dərviş təriqəti idi. Bu təriqətin mərkəzi 
1
Sufilik- təsəvvür, sirranlamlı dini-fəlsəfi təlim



Ərdəbil şəhəri idi. Bu dini-fəlsəfi təlimin əsası Şeyx Səfiəddin 
İshaq əl-Musəvi-əl-Ərdəbili (1252-1334) tərəfindən qoyulmuş-
du. Onun dövründə Kiçik Asiyanın türk tayfaları ilə əlaqələr 
yaranmışdı. XIV əsrin ikinci yarısında bu təriqətin tərəfdarları 
daha geniş əraziləri əhatə edərək Kiçik Asiyada (Rumda), 
Farsda, İraqda, Gilanda, Talışda yayılmışdılar. XV əsrdə Səfə-
vilərin K içik Asiya və Şimali Suriyada yaşayan tayfalarla əla-
qələri daha da möhkəmlənirdi. Bu dövrdən, yəni XV əsrin 
ikinci yarısından Ərdəbil hakimliyi daha da möhkəmlənərək 
dünyəvi və ruhani işləri ələ aldı. Səfəvilər şiəliyi həmin 
ərazilərdə yayır və onu ideoloji təbliğat vasitəsinə çevirirdilər. 
Səfəvilər sülaləsinin yeddinci şiə imamı Musa Kazımdan 
törəməsi, Həzrət Əlinin və peyğəmbərin qızı Fatimənin nəslin-
dən olması haqqında yaranmış rəvayət bu sülaləyə olan etiqadı 
daha da artırırdı. Sufi-dərviş şeyxlərinin xalq içərisində ya-
yılmış nüfuzu feodal hakimlərinin bu təriqətə qoşulmasına təsir 
göstərirdi. Səfəvilər ölkədə yaranmış sosial vəziyyətin ağırlı-
ğından məharətlə istifadə edərək şəriətdə nəzərdə tutulan ver-
gilərdən başqa alınan vergilərin əleyhinə çıxır və bunun gü-
nahını sünnü hakimiyyətinin mövcudluğunda görürdülər. Onlar 
şəriətdə nəzərdə tutulmayan vergilərin ləğv edilməsini irəli 
sürərək zəhmətkeş kütlənin mənafeyinin müdafiəçisi kimi çıxış 
edirdilər. Səfəvi şeyxləri “açıq bidət”çilikdən məharətlə istifadə 
edir, cəmiyyətin ictimai-siyasi həyatına fəal müdaxilə edir və 
hakimiyyət uğrunda mübarizəni genişləndirirdilər.
Şeyx Səfiəddin Musanın (1334-1392), Şeyx Xacə Əlinin 
(1392-1427), Şeyx İbrahimin (1427-1447), Şeyx Cüneydin 
(1447-1460), Şeyx Heydərin (1460-1488), Şeyx Sultanəlinin 
(1488-1494), Şah İsmayılın (1494-1524) dövründə şiəlik 
təriqətindən məharətlə istifadə edilir və hakimiyyət uğrunda 
mübarizə daha kəskin xarakter alırdı. 
Orta əsrlər dövrünün görkəmli tədqiqatçısı İ.P.Petru-
şevski Səfəvilərin tarixini dörd dövrə bölmüş dür. Onun tərə-
findən göstərilən dördüncü dövr paytaxtın İsfahana köçürül-


10 
məsi ilə əlaqədar dövlətin mahiyyətinin dəyişməsi kimi veril-
miş, həmçinin I Şah Abbasın mərkəzi hakimiyyəti möhkəm-
ləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər düzgün təhlil 
edilməmişdir. Odur ki, Səfəvilərin tarixini üç dövrə bölmək 
daha obyektiv yanaşma olardı. 
XIII əsrin sonlarından 1447-ci ilə qədər olan birinci 
dövrdə Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal 
hərəkatına başçılıq etməyə çalışırdılar. XV əsrin əvvəllərindən 
Səfəvi şeyxi bütün Kiçik Asiya tayfalarına öz nüma yəndələrini 
(xəlifə və pirə) təyin etsə də Səfəvilərin hakimiyyəti Ərdəbil 
mahalından kənara çıxmır. 
1447-1501-ci illəri əhatə edən ikinci dövrdə Səfəvilər 
müstəqil feodal ruhaniləri kimi çıxış edir və Azərbaycanın 
siyasi həyatında mühüm rol oynayır. 
1501-1736–cı illəri əhatə edən üçüncü dövrdə Səfəvilər 
hakimiyyəti yaranır, möhkəmlənir, geniş əraziləri ələ keçirərək 
imperatorluğa çevrilir. Yaxın Şərqin iqtisadi-siyasi həyatında 
mühüm rol oynayırlar. 
Şeyx Cüneydin və Şeyx Heydərin zamanında Səfəvilər 
daha fəal siyasət yeridərək təsir dairələrini genişləndirmişlər. 
XV əsrin ortalarından etibarən Muğanın bir hissəsi, Qarabağ və 
Azərbaycanın Talış dağlarına qədər şərq torpaqları Səfəvilərin 
təsiri altına düşmüşdü. Şeyx Cüneyd və Şeyx Heydər daha çox 
siyasi xadim kimi çıxış edirdilər. Şeyx Heydər Azərbaycanın 
əraziləni birləşdirmək vəzifəsini qarşıya məqsəd qoymuşdu. 
1449-cu ildə Şeyx Cüneyd Qaraqoyunlu hökmdarı Ca-
hanşahın tələbi ilə Ərdəbili tərk edərək Misir, Suriya, Meso-
potamiya ərazilərində bir müddət fəaliyyət göstərmiş və tə-
rəfdarlarının sayını artırmışdı. Diyarbəkirə qayıdan Cüneyd 
Uzun Həsən tərəfindən çox yaxşı qarşılanıb və Qaraqoyunlu 
Cahanşaha qarşı ittifaq yaratmışdı. Şeyx Cüneyd Uzun Həsənlə 
qohumluq əlaqəsi yaradaraq onun bacısı Xədicəbəyimlə 
evlənir və bu nikahın sorağı Kiçik Asiya və Suriyanın 
ərazilərinə yayılaraq onun nüfuzunu daha da artırır. 


11 
Şeyx Cüneyd Ərdəbili tərk etdikdən sonra Ərdəbildə ha-
kimiyyəti Şeyx İbrahimin oğlu Şeyx Cəfər idarə edirdi. 1459-cu 
ildə Şeyx Cüneyd Ərdəbilə qayıtmaq istədikdə Şeyx Cəfər onu 
və müridlərini Ərdəbilə buraxmadı. Belə bir vəziyyətdə Cüneyd 
Dağıstan və Şirvan istiqamətində yürüş etməyi qərara aldı. 
Onun bu yürüşü Qaraqoyunlu Cahanşah və Şirvanşah Xəlilul-
lahın ona qarşı ittifaqına səbəb oldu. 1460-cı ilin mart ayında 
başlanan yürüş Dərbənd yaxınlığında Samur çayı sahilində 
tərəflər arasında döyüşlə nəticələndi. 
Döyüş Qaraqoyunlu ilə Şirvanşah hərbi birləşmələrinin 
qələbəsi ilə nəticələndi. Döyüşdə Şeyx Cüneyd öldürüldü. O, 
indiki Qusar rayonunun Həzrə kəndində dəfn edildi. I Şah Təh-
masibin hakimiyyəti dövründə onun göstərişi ilə Şeyx 
Cüneydin qəbri üzərində məscid-məqbərə tikildi. 
Şeyx Cüneydin ölümündən sonra oğlu Şeyx Heydər 
(1460-1488) atasının siyasətini davam etdirmiş, Ağqoyunlularla 
qohumluq əlaqələrini daha da möhkəmləndirərək dayısı Uzun 
Həsənin qızı Aləmşah bəyimlə evlənmişdir. Qaraqoyunlu 
dövlətinin süqutu və Teymuri Əbu Səidin ölümündən sonra 
Uzun Həsənin köməyi ilə 1470-ci ildə Şeyx Heydər Ərdəbildə 
ordenin irsi taxtında oturmaqla Ərdəbil hakimi olmuşdur. 
Şeyx Heydər qazi, sufi dəstələrini hərbi qaydada qurmuş, 
türkman papaqlarını on iki imamın şərəfinə on iki zolaqlı 
qırmızı çalma ilə əvəz etdirmişdir. Bununla o, qızılbaşlığın 
əsasını qoymuşdur.
Şəhər sənətkarları, oturaq əkinçiləri təmsil edən əxilər və 
qazilər sufi dərviş zümrəsinə qoşularaq təriqət döyüşçülərinə 
çevrilib əsgəri qulluq adamları olurdular. Bu tədbirlər Şeyx 
Heydərin nüfuzunu daha da artırmışdır. 
Şeyx Heydər Ağqoyunlu hökmdarı Yaqub padşahın ra-
zılığı ilə Şirvan və Dağıstan ərazilərinə yürüşlər etmişdir. 1483 
və 1487-ci illərdə etdiyi yürüşlərdə çoxlu qənimət və əsirlərlə 
geri qayıtmışdır. Şeyx Heydərin bu müvəffəqiyyətli yürüşləri 
onu daha da şöhrətləndirmiş və tərəfdarlarını artırmışdır. Onun 


12 
nüfuzunun artmasından ehtiyat edən Ağqoyunlu Yaqub padşah 
1488-ci ildə Şirvan üzərinə etdiyi üçüncü yürüş zamanı
Şirvanşah Fərrux Yasarla ittifaqa girərək Şirvanşahlara kömək 
etmişdir. Ağqoyunlu və Şirvanşahların birləşmiş hərbi qüvvə-
ləri ilə qızılbaşlar arasında 1488-ci il iyun ayının 30-da Şah-
dağın ətəyində Tabasaran yaxınlığında baş vermiş qanlı dö-
yüşdə qızılbaşlar məğlub edilmiş və Şeyx Heydər öldürülmüş-
dür. Şeyx Heydərin üçüncü yürüşündə Rum, Talış, Qaracadağ 
sakinləri ilə birgə şamlı tayfası da iştirak etmişdir. 
Şeyx Heydər Xızı rayonunun Tıxlı kəndində müridləri 
tərəfindən dəfn edilərək yeri gizli saxlanılmışdır. I Şah İsmayıl 
Şirvan ərazisinə yürüşü zamanı atasının məzarını tapmış, 
üzərində türbə tikdirib orada Şıxlar kəndini saldırmış, məqbərə 
ziyarətgaha çevrilmişdir. Şeyx Cüneydin məqbərəsindən fərqli 
olaraq Şeyx Heydərin məqbərəsi dövrümüzə qədər qalmamış, 
sonradan unudulmuşdur. 
Şeyx Cüneydin və Şeyx Heydərin məzarları sonradan 
Ərdəbilə aparılmışdır. 
Şeyx Heydərin ölümündən sonra qızılbaşların qüvvəsi 
xeyli zəifləyir. Yaqub padşah Ərdəbili və səfəvilərə məxsus 
digər əraziləri asanlıqla ələ keçirir. Şeyx Heydərin oğlanları ələ 
keçirilərək Şiraz yaxınlığında İstəxr qalasına salınırlar. Sultan 
Əli, İbrahim və İsmayıl Rüstəm padşah hakimiyyətə gələnə 
qədər İstəxr qalasında saxlanıldılar. 
Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda baş 
verən çəkişmələr zamanı bir sıra əmirlərin tələbi ilə Rüstəm 
Şeyx Heydərin oğlanlarını həbsdən azad etməyə məcbur oldu 
və Sultan Əlini Ərdəbil hakimi təyin etdi.
Rüstəm padşah (1492-1497) Sultan Əlidən hakimiyyət id-
diasında olan, dayısı Şirvanşah Fərrux Yasarın yanına qaçmış 
Baysunqura qarşı istifadə etmək niyyətində idi. Həmin vaxt 
İsfahan hakiminin Rüstəm padşaha qarşı çıxaraq Baysunquru 
müdafiə etməsi Sultan Rüstəmin vəziyyətini daha da ağırlaş-
dırdı. Rüstəm Sultan Sultan Əlini Baysunqura qarşı döyüşə 


13 
göndərdi. Əhər-Şekin yaxınlığında baş vermiş döyüşdə Bay-
sunqurun qüvvəsi məğlubiyyətə uğradı.
Sultan Ə linin bu qələbəsi onun şöhrətini daha da artırdı, 
ölkənin hər tərəfindən onun tərəfdarları Ərdəbilə gəlməyə 
başladılar. Sultan Əlinin nüfuzunun artması və tərəfdarlarının 
fəallaşması Sultan Rüstəmi qorxuya saldı. O, Şeyx Heydərin 
övladlarını Təbrizə gətirərək nəzarət altında saxlamağı qərara 
aldı. Lakin bir qədər sonra şahzadələrə qarşı hazırlanan sui-
qəsdin üstü açıldı. Sultan Ə li qardaşlarını götürərək tərəfdarları 
ilə birlikdə Təbrizi tərk etdi. Ərdəbil istiqamətində hərəkət edən 
Sultan Ə linin arxası ilə ağqoyunlu sərkərdəsi Eybə Sultanın beş 
min nəfərlik hərbi qüvvəsi irəlilədi. Sultan Ə li döyüşün 
qaçılmaz olduğunu görüb Sufi əmirlərinin toplantısında 
İsmayılı təriqət şeyxi vəzifəsinə təyin etdi. 1494-cü ildə Ərdəbil 
yaxınlığında ağqoyunlularla qızılbaşlar arasında baş vermiş 
Şəmsi döyüşündə Sultan Əlinin tərfdarları məğlubiyətə 
uğradılar. Sultan Əli həlak oldu . 
Şəmsi döyüşündən sonra Şeyx Heydərin oğlanları İsmayıl 
və İbrahim sədaqətli sufilər tərəfindən bir müddət Ərdəbildə 
gizlədildilər. İsmayılın Ərdəbildə gizlədilməsində anası Aləm-
şah Bəyim, bibisi Paşa xatunun, Xancan və Uba adlı qadınların 
böyük rolu olmuşdur. 
Eybə Sultan tərəfindən ciddi axtarışlar davam etdiyinə 
görə Ərdəbilin ətrafında Baqrov dağında gizlənmiş sufilərdən 
Rüstəm bəy Qaramanlı öz adamları ilə gecə gizlicə şəhərə gələ-
rək İsmayılı Baqrov dağında yerləşən Kərkan kəndində Fərrux-
zadın evində gizlətdi. Hüseyn bəy Lələ, Xadim bəy Xüləfa
Məhəmmədi bəy Türkman (Şeyx Cüneydin qızı Paşa xatunun 
əri) və başqaları qərara aldılar ki, İsmayılı Rəşt hakimi Əmir 
İshaqın yanına aparsınlar. Rəştdə az müddət qaldıqdan sonra 
onu Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Karkiya 
Mirzə Ə linin sarayına gətirdilər. İsmayılı Rüstəm bəy Qara-
manlı, Məhəmmədi bəy Türkman 80 nəfərlik qızılbaş dəstəsi ilə 
müşayiət edirdilər. 


14 
Lahicanda İsmayıl və qardaşı İbrahim Key Əfridun məq-
bərəsi yanındakı evdə saxlanıldılar. Şəmsəddin Lahıci ərəb və 
fars dillərini öyrətmək və Q uranı oxumaq üçün onların tər-
biyəçisi oldu.
Ağqouynlu Sultan Rüstəm Lahican hakimindən dəfələrlə 
İsmayılı tələb etsə də Karkiya Mirzə Əli üzürlü bəhanələr 
gətirməklə onun tələblərini rədd etdi.

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin