46
Qızılbaşların öndə olan hissələri isə osmanlılarla qarşılaşdılar.
Türk qoşunları çoxlu sayda itki verərək geri çəkildilər.
I Şah Təhmasib Bəhram Mirzənin başçılığı ilə qızılbaş
ordusunun bir hissəsini İbrahim paşanı təqib etmək üçün
göndərdi, özü isə Van qalasına doğru hərəkət etdi.
Vostan yaxınlığında Diyarbəkirin
hakimi Məhəmməd
paşa və Üləmanın hərbi hissələri ilə türkman və zülqədər tay-
fasından olan qorçilər arasında döyüş baş verdi. Osmanlı or-
dusu məğlubiyyətə uğradı, bir neçə osmanlı əmiri əsir alındı.
Qızılbaşlar çoxlu qənimət əldə etdilər və osmanlıları Bidlisə
qədər təqib etdilər. Bəhram Mirzə Ərciş yaxınlığında osmanlı
qüvvələrini məğlubiyyətə uğratdı. Osmanlılar Ərciş qalasına
çəkildilər. Sultan qala müdafiəçilərinə Sinan paşanın başçılığı
ilə qoşun göndərdi. Sinan paşa Budaq xan Qacarın dəstəsi tərə-
findən darmadağın edildi. Sinan paşa
və bir neçə türk sərkər-
dəsi öldürüldü. Mühasirədə qalanlara kömək məqsədi ilə İbra-
him paşanın göndərdiyi hərbi hissəni qızılbaşlar məğlub etdilər.
İbrahim paşa qalada qalanlarla birlikdə geri çəkilməyə məcbur
oldu. Van və Ərciş əraziləri qızılbaşlar tərəfindən tutuldu.
Dostları ilə paylaş: