Nizami SÜleymanov


§ 4. 4. I Şah Abbasın dövründə işğal olunmuş



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə26/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
DERSL-K-1501-1736

§ 4. 4. I Şah Abbasın dövründə işğal olunmuş
Azərbaycan torpaqlarının azad edilməsi 
XVI əsrin 80-ci illərində osmanlılar tərəfindən Azər-
baycanın işğal edilməsi əhalinin vəziyyətini daha da ağırlaş-
dırdı. Təbriz, Şirvan, Qarabağ və Gəncədə əhalinin osmanlılara 
qarşı mübarizəsi davam etsə də şəhərlərini və ərazilərini qoru-
maqda axıra qədər davam gətirə bilmirdilər. Onların bir hissəsi 
doğma yerlərini tərk edib ölkənin başqa yerlərinə getmək 
məcburiyyətində qalırdılar. 1588-ci ildə Gəncə və Qarabağdan 
sıxışdırılan qacar və digər qızılbaş tayfaları öz ərazilərini qay-
tarmaq uğrunda gərgin mübarizə aparırdılar. Səfəvi-Osmanlı 
sülh danışıqlarının aparıldığı dövrdə onlar Gəncə və Qarabağı 
mühasirədə saxlayaraq mübarizəni davam etdirirdilər. Osman-
lıların I Şah Abbasa dəfələrlə təkid etməsindən sonra şahın Mə-
həmməd xan Ziyad oğlu Qacara müraciəti ilə Qacarlar Qara-
bağın mühasirəsini dayandırdılar. Beləliklə, əhalinin vəziy-
yətinin getdikcə pisləşməsi, özbaşınalığın artması, dağıntılar, 


83 
iqtisadi böhran Aərbaycanda əhalinin osmanlı işğalına qarşı 
mübarizəsini daha da artırırdı. 
Cəlalilə r hərəkatı. Tarixdə “Cəlalilər hərəkatı” kimi 
tanınmış, XVII əsrin 20-ci illərinə qədər fasilələrlə davam etmiş 
kütləvi üsyanların kökləri XVI əsrin əvvəllərinə gedib çıxır. Bu 
üsyanın ilk əlamətləri hələ II Bəyazidin dövründə Həmid və 
Təklə bölgələrində başlamışdı. Şeyx Cəlal “Mehdilik” adı 
altında Toqat ətrafında üsyan qaldırdıqdan sonra üsyançılar 
cəlalilər adlanmağa başladılar. 1519-cu ildə Şeyx Cəlalın 
başçılığı ilə başlanmış üsyan Osmanlı imperiyasını sarsıtsa da 
Sultan I Səlim tərəfindən yatırıldı. Şeyx Cəlal ələ keçirilərək 
edam edildi. Şeyx Cəlal üsyanı yatırıldıqdan sonra bu üsyan 
haqqında xalq kütlələri arasında əfsanələr yaradıldı və bundan 
sonra “Cəlal” adı hakimiyyətdən narazı olan bütün şəxslərə, 
üsyan iştirakçılarına aid edildi. 1526-1529-cu illərdə Kilikiya-
Toqat ərazilərində üsyanlar baş verdi. 
1529-cu ildə Adanada baş verən üsyan da yatırıldı.
Osmanlı imperiyasında XVI əsrin birinci yarısında baş verən 
üsyanlarda müxtəlif sosial təbəqələr və kütlələr iştirak etmişdir.
1558-ci ildə Sultan Süleymanın oğlanları — Şahzadə 
Səlimlə Şahzadə Bəyazid arasında taxt-tac uğrunda mübari-
zədən narazı olan torpaq sahibləri hakimiyyətə Bəyazidi gətir-
mək üçün sultanın müdafiə etdiyi Şahzadə Səlimə qarşı müba-
rizəyə qoşuldular.
1559-cu ildə Bəyazid məğlub olduqdan sonra onların 
əksəriyyəti narazı tələbə qüvvələri ilə birləşərək hakimiyyətə 
qarşı açıq fəaliyyətə keçdilər. 1564-cü ildə tələbə iğtişaşlarının 
yeni mərhələsi başlamış və bu narazılıq geniş ərazilərə yayı-
laraq XVI əsrin ikinci yarısı boyu davam etmişdir.
XVI əsrin sonlarında Osmanlı imperiyasının Avropa döv-
lətləri və səfəvilərlə uzun sürən müharibələri xalqın vəziyyətini
xeyli ağırlaşdırmış, iqtisadi böhrana yol açmış, bazarlarda 
qiymətlərin artmasına, vergilərin ağırlaşmasına, məmurların 
özbaşınalığına səbəb olmuşdu. Cəmiyyətdə baş verən ictimai-


84 
iqtisadi vəziyyət Cəlalilər hərəkatının genişlənməsinə şərait 
yaratmışdır. Belə bir vəziyyətdə Cəlalilər hərəkatına nəinki 
zəhmətkeş kütlələrin nümayəndələri, həmçinin hakimiyyətdən 
narazı torpaq sahibləri, sipahilər və hətta bəzən əyalət başçıları 
da qoşuldular. Ona görə də “Cəlalilər hərəkatı” sarayda, 
hökumət dairələrində və əhali arasında baş vermiş böhrana və 
özbaşınılığa qarşı çevrilmiş bir hərəkat olmuşdusa da, digər 
tərəfdən bu hərəkata qarətçilik və özbaşınalıqla məşğul olan 
qüvvələr də qoşulmuşdular.
XVII əsrin əvvəllərində I Şah Abbasın osmanlılara qarşı 
hərbi əməliyyatlara yenidən başlaması hərəkatın Azərbaycanda 
da geniş yayılmasına şərait yaratdı. Osmanlılara qarşı müha-
ribənin gedişində I Şah Abbas Cəlalilər hərəkatının iştirakçısı 
olan ayrı-ayrı dəstə başçılarını rəsmi qaydada səfəvi qızılbaş 
ordusunun tərkibinə daxil etdiyi üçün Azərbaycan torpaqlarının 
osmanlı işğalından azad edilməsində ayrı-ayrı Cəlali dəstələri 
iştirak etdilər. 
Cəlalilər hərəkatı İstanbulun ətraflarından İrəvan şəhərinə, 
Bağdaddan Dərbəndə, Aralıq dənizindən Qara dənizə qədər 
ərazilərə yayılmışdı. Urfalı Qara Yazıçı (Əbdülhəlim), qardaşı 
Dəli Həsən, amasiyalı Dəli Zülfüqar, malatyalı Qaraqaş 
Əhməd, ankaralı Qələndəroğlu Mehmet, Gavur Murad, Təkəli 
Mehmet, toqatlı Ağactanpiri, sivaşlı Səid, adanalı Sevindik, 
bağdadlı Uzun Xəlil, Qalındodaq Mahmud, İrəvan, Naxçıvan 
və Salmas-Xoy bölgələrində Kənəkirli Məhəmməd, Koroğlu, 
Giziroğlu Mustafa bəy və s. kimi cəlali rəhbərləri daha çox 
məşhur idilər. 
1590-cı ildə Osmanlı-Səfəvi sülh müqaviləsindən sonra 
Osmanlı imperiyasının tərkibinə qatılmış Azərbaycan torpaq-
larında işğalçı hakimiyyət orqanlarına qarşı üsyanlar “Cəlalilər 
hərəkatı” adı ilə tanınırdılar. 1591-ci ildə Təbriz şəhərində 
əhalinin Osmanlı hakimiyyətinə qarşı baş vermiş üsyanı da 
Cəlalilər hərəkatının təzahürü idi. 


85 
I Şah Abbas cəlalilərin qüvvəsindən həm itaətdən boyun 
qaçıran kürd əmirlərinə, həm də osmanlılara qarşı müharibədə 
istifadə etmək istəyirdi. O bu məqsədlə cəlalilərin yanına 
Hətəm bəy Ordubadini göndərdi. Hətəm bəy Ordubadi Təbrizə 
gələrək cəlali başçıları ilə görüşdü. Görüşdən məqsəd 10 min 
cəlalinin ehtiyaclarını təmin edib qeydiyyatlarını aparmaqla 
yerləşdirmək və cəlali dəstələrinin hər birini nəzarətdə saxla-
maq idi. Cəlalilərin bir hissəsi İsfahana gəldikdə I Şah Abbas 
onları qəbul etmişdi. Şah sarayının planlarına əsasən cəlalilər 
Həsən Ustaclı başda olmaqla səfəvi qoşunları ilə birləşərək 
Marağadan hərbi yürüşə başlayıb Kürdüstanı ələ keçirməli və 
osmanlıların nəzarətində olan ərazilərə daxil olaraq Diyarbəkiri 
tutmalı idilər.
I Şah Abbas eyni zamanda cəlalilərə etibar etmir, onları 
nəzarətdə saxlayırdı. Təsadüfi deyil ki, ili ilədək I Şah Abbasa 
xidmət edən Anadolu cəlaliləri hökmdarın münasibətlərindən 
narazı qalaraq 1610-cu ilin ortalarında Osmanlı dövlətinə 
qayıtdılar.
Cəlalilər hərəkatının rəhbərləri arasında Koroğlu xüsusilə 
seçilirdi. Mənbələrdə Koroğlunun Bolu sancağına bağlı Gerede 
mahalının Sayik kəndindən olduğu bildirilir. 1578-ci ildə 
Səfəvi dövlətinə qarşı müharibə davam etdiyi şəraitdə Koroğlu 
fəaliyyətini genişləndirmiş, osmanlı ordusu səfəvilərlə müha-
ribəyə cəlb olunduğu üçün onun ələ keçirilməsi uğursuz 
olmuşdur. Lakin o müxtəlif istiqamətlərdən sıxışdırıldığına 
görə Bolu ətrafından çəkilərək Sivaş-Toqat karvan yolu üzə-
rində yerləşən Çənlibelə gəlmişdi. Çənlibel Koroğlunun əsas 
istinadgahı olmuşdur. Şərqi Anadolu və Azərbaycanın qərb 
bölgəsində Çənlibel adlı qalalar var. Koroğlu Çənlibeldə də 
sıxışdırıldığı zaman Azərbaycana gələrək I Şah Abbasın xid-
mətinə girmiş və qızılbaş əsgərləri ilə birlikdə osmanlılara qarşı 
döyüşlərdə iştirak etmişdir. Lakin digər cəlali rəhbərləri kimi
Koroğlunun da münasibətləri sabit olmamışdır. Səfəvi-Osmanlı 
müharibəsinin başa çatması, Azərbaycan torpaqlarının işğaldan 


86 
azad edilməsindən sonra cəlalilər hərəkatının digər hissələri 
kimi Koroğlunun da fəaliyyəti I Şah Abbası narahat edirdi.
Digər cəlali dəstələri kimi Koroğlunun rəhbərlik etdiyi hərəkat 
məğlubiyyətə uğrasa da yadelli işğalçılara, feodal zülmünə və 
hər cür ədalətsizliyə qarşı mübarizliyi Koroğluya xalq kütlələri 
arasında sonsuz hörmət və sevgi qazandırmışdı. 
Cəlalilər hərəkatının son mərhələsi (1626-1629) Abaza 
paşanın adı ilə bağlı olmuşdur. “Abaza paşa” kimi tanınmış 
Ərzurum bəylərbəyi Məhəmməd paşa Sultan Osmanın qardaşı 
Sultam Muradı səltənət taxtına gətirmək və yeniçərilərdən 
intiqam almaq üçün Şərqi Anadoludakı cəlali dəstələrini də öz 
ətrafında birləşdirib mübarizəyə başladı. Abaza paşa ilə I Şah 
Abbasın münasibətlərinə gəlincə, Abaza paşa iki dəfə şah ilə 
münasibətlər yaratmağa təşəbbüs göstərsə də, I Şah Abbas ona 
etibar etmədiyinə görə uğursuz olmuşdu . 
Məlum olduğu kimi Osmanlı Sultanının qoşunları tərə-
findən məğlub edilən cəlalilərin bir hissəsi Səfəvi hökmdarı
I Şah Abbasın himayəsinə sığınmışdı. Belə bir şəraitdə Azər-
baycan xalqının azadlıq mübarizəsi Osmanlı imperiyası daxi-
lində baş verən xalq hərəkatı ulə üzvi şəkildə birləşirdi. Hərəkat 
daxilində müxtəlif zümrələr iştirak etdiyinə görə onların öz 
daxilində müxtəlif ixtilaflar baş verirdi və bu ixtilaflardan həm 
Osmanlı sarayı, həm də Səfəvi hökmdarı istifadə etməyə çalı-
şırdılar. Hadisələrin təhlili göstərir ki, Şərqi Anadolunun tarixi 
Azərbaycan torpaqları olması Azərbaycanı cəlalilər hərəkatının 
əsas mərkəzi hesab etməyə əsas verir.
Azərbaycan Səfəvi dövlətində I Şah Abbasın mərkəzi 
hakimiyyəti möhkəmləndirməsi və işğal altında qalmış torpaq-
ları azad etməsindən sonra Azərbaycanda cəlalilərin geniş 
fəaliyyət göstərməsi üçün heç bir zəmin olmadığına görə 
onların fəaliyyəti başa çatmışdır. 
I Şah Abbas daxili çəkişmələrə son qoyub dövlət haki-
miyyətini möhkəmləndirdikdən sonra, əvvəlcə Xorasanın özbək 
xanlarından geri qaytarılmasını qərara aldı. Ona görə ki, 


87 
Xorasanda Abdullah xan tərəfindən tutulan torpaqların geri 
qaytarılması və burada dövlətin sərhədlərinin qəti möhkəm-
ləndirilməsi üçün əlverişli vəziyyət yaranmışdı. Belə ki, Xo-
rasanda, Mavərəünnəhrdə, Xarəzmdə özbək tayfa başçıları 
arasında çəkişmələrin genişlənməsi, bu zaman Abdullah xanın 
və onun vəliəhdi Əbdülmömin xanın ölümündən bacarıqla 
istifadə edən I Şah Abbas 1598-ci ildə Herat savaşında Div Mə-
həmməd xanı məğlub etdi. Bu savaşda 4000 nəfərdən çox 
özbək döyüşçüsü və Div Məhəmməd xan da öldürüldü. 
Nəticədə Nişapur, Məşhəd, Herat, Mərv daxil olmaqla, bütün 
Xorasan özbəklərdən geri alındı. Səfəvi imperatorluğunun 
sərhədləri yenə Ceyhun çayına çatdı. Beləliklə, I Şah Abbas 
dövlətin şərq sərhədlərinin təhlükəsizliyini gücləndirib, Osman-
lı dövlətinə qarşı müharibədə itirilmiş torpaqları geri almaq 
üçün ciddi şəkildə hazırlaşmaq imkanı əldə edir. 
I Şah Abbas ciddi hərbi hazırlıqdan sonra Osmanlılar 
tərəfindən tutulmuş torpaqları geri qaytarmaq üçün 14 sentyabr 
1603-cü ildə Təbrizə doğru hərəkət etdi. Yolda Əmirgünə xan 
Qacarın Qəzvin və Zülfüqar xan Qaramanlının Ərdəbil alayları 
da onunla birləşdilər. Onlar on dörd günə Təbriz qala qapılarına 
çatdılar. Qızılbaş ordusunun yaxınlaşdığını görən Təbriz və 
onun ətraf əhalisi osmanlılara qarşı çıxışlara başladılar. 21 
oktyabr 1603-cü ildə I Şah Abbas Təbrizi tutdu. Təbriz tutul-
duqdan sonra qərbə doğru hərəkət edən I Şah Abbas Ə li Pa-
şanın başçılıq etdiyi Təbriz qarnizonunu dağıtdı. Əli Paşa əsir 
götürüldü. 
Təbriz qaytarıldıqdan sonra Zülfüqar xan Qaramanlı 
Azərbaycana bəylərbəyi təyin olundu. Amma bir qədər sonra 
şah onun yerinə türkman tayfalarının başçısı Pirbudaq xan 
Pornaqı təyin etdi.  
Qızılbaşlar tərəfindən Culfa və Naxçıvan döyüşsüz tu-
tuldu. Şəhərdəki Osmanlı qarnizonu müqavimət göstərməyib 
təslim oldu. Maku hakimi Mustafa bəy şahın düşərgəsinə gəlib 
ona xidmət edəcəyini bildirdi. Q ızılbaş ordusunun gəlişindən 


88 
xəbər tutan Ordubad əhalisi Osmanlılara qarşı üsyan qaldırdı. 
Ona görə də şəhər osmanlılar tərəfindən dağıdıldl. Ordubad 
əhalinin köməyi ilə ələ keçirildi. Ordubadın əhalisinə və 
iqtisadiyyatına ciddi zərər dəydiyi üçün baş vəzir Hətəm bəy 
Ordubadinin təklifi ilə ordubadlıların dövlət vergilərindən azad 
edilməsi haqqında şah fərman verdi. 
I Şah Abbas Culfa və Naxçıvan ələ keçiriləndən sonra 
İrəvan qalasını tutmaq haqqında göstəriş verdi. Qızılbaşlar 
İrəvanda osmanlıların çox böyük müqaviməti ilə qarşılaş-dılar. 
Mühasirə 1603-cü il oktyabrın 18-dən 1604-cü iyun ayının 8-
nə qədər davam etdi. İrəvan qalasının alınmasında Culfa və 
Naxçıvan əhalisinin gücündən də istifadə olundu. Çox çə-
tinliklə İrəvan qalası ələ keçirildi. Osmanlı sərkərdələri Şərif 
paşa və Xızır paşa əsir alındı. Şah onların hər ikisini sərbəst 
buraxdı. Şərif paşa Osmanlı dövlətinə qayıtmadı, Xızır paşa isə 
öz ölkəsinə qayıtdi. Şah Çuxur-Sədə Əmirgünə xan Qacarı 
hakim təyin etdi. Maqsud Sultan Kəngərli Haxçıvana hakim 
təyin edildi. 
İrəvan qalası alındıqdan sonra Səfəvi ordusu Van üzərinə 
yürüş edərək çoxlu qənimət ələ keçirərək bölgənin əhalisinin 
çoxunu Səfəvi dövlətinin ərazilərinə köçürdü. Cığaloğlu Sinan 
paşanın komandanlığı ilə Osmanlı ordusunun yürüşü ilə 
əlaqədar qızılbaşlar Qars ərazisindən geri çəkildilər. 
I Şah Abbas Sinan paşanın rəhbərliyi ilə Osmanlı ordu-
sunun Azərbaycana yütüşü ilə əlaqədar I Şah Təhmasib döv-
ründə tətbiq olunan “yandırılmış torpaq” taktikasından istifadə 
edərək Naxçıvan, İrəvan, Culfa və Arazın sol sahilindəki digər 
ərazilərdə yaşayan əhalini ölkənin daxili vilayətlərinə köçürdü, 
ərzaq və ələf nə varsa götürüldü, qala isə məhv edilib 
yandırıldı. I Şah Abbasın bu siyasəti həmin ərazilərdə əhalinin 
sayının kəskin azalmasına səbəb oldu. 
I Şah Abbas hərbi-siyasi tədbir kimi görünən bu siyasəti 
ilə həm də İsfahan, Mazandaran və digər bölgələrin məhsuldar 
qüvvələrini inkişaf etdirmək, Osmanlı təhlükəsi ilə əlaqədar 


89 
Avropaya gedən tranzit ticarət yolunun istiqamətini Cənuba — 
Fars körfəzinə keçirməyi nəzərdə tuturdu. 
I Şah Abbasın bu siyasəti öz nəticəsini göstərdi. Sinan 
paşanın rəhbərliyi ilə Osmanlı ordusu İrəvana qədər irəliləsə də 
ərzaq və ələf çatışmamazlığı nəticəsində geri dönüb qışlamaq 
üçün Vana qayıtmağa məcbur oldu. 
Allahverdi xanın başçılığı ilə Vana göndərilən qızılbaş 
ordusu osmanlıları məğlubiyyətə uğratdı. Sinan paşa Ərzuruma 
doğru geri çəkildi. 
1605-ci ilin may ayında Sinan paşanın böyük ordu ilə 
gəldiyini eşidən Şah Səlbasdan Təbrizə qədər olan ərazidə 
əhalini köçürüb, ərzaq ehtiyatını məhv etdi. Osmanlı ordusu ilə 
qızılbaşlar arasında Təbrizin 6 fərsəxliyində – Sufiyanda 1605-
ci il noyabrın 7-də baş vermiş döyüşdə Sinan paşanın ordusu 
ağır məğlubiyyətə uğradı. 
I Şah Abbas Sinan paşanı məğlubiyyətə uğradandan sonra 
1605-1606-ci ilin qışında Qarabağa daxil oldu. Gəncə müha-
sirəyə alındı. Gəncədə yerləşən Osmanlı qarnizonu təslim 
olmadı. Mühasirə 4 ay davam etdi. 1606-ci il iyunun 5-də Gən-
cə osmanlılardan azad edildi. Qarabağ hakimi vəzifəsinə 
Məhəmməd Ziyadoğlu Qacar təyin edildi. 
Gəncə alındıqdan sonra Lori, Tiflis və Dmanis qala- ların-
da yerləşən Osmanlı qarnizonları müqavimət göstər- mədən 
təslim oldular. I Şah Abbas Dərbəndi və Şamaxını tutmaqla 
Qafqazda möhkəmlənmək istəyirdi. Kəffədən Şəmsəddin pa-
şanın başçılığı ilə Şamaxıya əlavə qüvvələrin gəlməsi Şamaxıda 
Osmanlı qarnizonunun mövqeyini möhkəmləndirdi. Osmanlı 
ordusunun Qafqaza 
və Krım 
xanının qoşunla şimal 
istiqamətindən Şirvan ərazisinə gələcəyi haqqında xəbərlər os-
manlı qarnizonunu ruhlandırdı və onlar Şamaxıdan çıxmadılar. 
Osmanlının Şirvan hakimi Əhməd paşa I Şah Abbasın təslim 
olmaq haqqında təklifini qəbul etmədi. Səfəvi ordusu 1607-ci il 
yanvarın 9-da Şamaxıya çatdı. Ərzaq çatışmamazlığı və güclü 
yağışlar nəticəsində hücum əməliyyatı üç ay gecikdi. 


90 
Səfəvilərin Şamaxıya çatması xəbəri Bakıda Osman- lılara 
qarşı üsyan başlamasına səbəb oldu. 1607-ci ilin yanvarında 
başlanan üsyana şəhər əyanları rəhbərlik edirdilər. Üsyançılar 
Osmanlı qarnizonunu məğlub edərək şəhəri ələ keçirdilər. 
Dərbənddə də Osmanlılara qarşı üsyan başladı. 1607-ci ilin 
fevral- mart aylarını əhatə edən üsyan nəticəsində Osmanlı 
qarnizonu I Şah Abbasın təslim olma tələbini qəbul etdi. 1607-
ci il martın əvvəllərində yerli əhalinin və şah qoşununun birgə 
səyi nəticəsində Dərbənddə osmanlı hakimiyyətinə son qoyul-
du. Dərbəndin əhalisi şah fərmanı ilə dövlət verğilərindən azad 
edildi. Çıraq Sultan Ustaclı Dərbəndin hakimi təyin edildi. 
Şamaxının mühasirəsi davam edirdi. Nəhayət Zülfüqar 
xanın qoşunu qala bürcünü dağıdandan sonra şəhərə daxil ola 
bildilər. Bir həftə davam edən qanlı vuruşma nəticəsində os-
manlı qarnizonu məğlub edildi. 1607-ci il iyunun 27-də təslim 
oldular. Zülfüqar xan Qaramanlı Şirvanın hakimi təyin edildi. 
I Şah Abbas Ərdəbildən Təbrizə qayıtdı. O, osmanlılarla 
sülh bağlanılmasına çalışdı. Səfəvi ordusu dörd il davam edən 
hərbi 
əməliyyat nəticəsində Azərbaycanın Osmanlılar 
tərəfindən tutulmuş bütün torpaqlarını azad etmişdi. Şah əldə 
olunan qələbəni qoruyub saxlamaq üçün 1555-ci il Amasiya 
sülh müqaviləsinin şərtləri daxilində Osmanlı dövlətinə barış 
təklif edirdi. Osmanlı dövləti isə Azərbaycan torpaqlarının 
itirilməsi ilə razılaşmır, 1590-cı ildə bağlanmış İstanbul sül-
hünün şərtlərini bərpa etmək istəyirdi. Ona görə də hərbi 
əməliyyatlar 1610-cu ilin aprel ayında baş vəzir Murad paşanın 
Azərbaycana hücumu ilə yenidən başladı. Osmanlı ordusu 
Təbrizə qədər irəliləyərək Təbriz şəhərini ələ keçirdilər. Lakin, 
5 gündən sonra Murad paşa Səfəvilərin hücumundan ehtiyat 
edərək Vana doğru geri çəkildi. Murad paşa I Şah Abbasa III 
Murad dövrü sərhədlərinin bərpası şərti ilə sülh təklif etsə də 
Səfəvi elçisi Sultan Süleyman Qanuni dövründə bağlanmış 
Amasiya sülhünün şərtlərinin əsas götürülməsini istədi. 1610-
cu il noyabrın 16-da Təbrizin şimalında Acı çayın sahilində 


91 
Osmanlı və Səfəvi ordusu 5 gün qarşı-qarşıya dayanaraq 
gözləmə mövqeyi tutduqdan sonra Osmanlılar geri çəkildilər. 
Murad paşa sülh bağlamaq üçün vasitəçi olacağını bildirdi. Hər 
iki tərəf ilk addım kimi əsirləri azad etdilər. 
1611-ci ilin avqust ayında Murad paşanın ölümü sülh 
müqaviləsi bağlanmasını təxirə saldı. Baş vəzir təyin olunan 
Nasuh paşa I Şah Abbasın sülh təşəbbüsünü müsbət qarşıladı. 
Aparılan danışıqlar nəticəsində Sərab şəhərində 1555-ci il 
sülhünün bərpa edilməsi qərara alındı. Lakin Osmanlı tərəfi bir 
sıra yeni şərtlər irəli sürdü. 1612-ci il sentyabrın 27-də 
İstanbula gələn Səfəvi elçisi oktyabrın 17-də I Sultan Əhməd 
tərəfindən qəbul edildi. 1612-ci il noyabrın 20-də İstanbulda 
Səfəvi-Osmanlı sülhü bağlandı. Sülh müqaviləsinə görə 1555-
ci il Amasiya sülhünün müəyyən etdiyi sərhədlər qəbul edildi. 
Osmanlı dövlətinin irəli sürdüyü şərtlər əsasında I Şah 
Abbas hər il 200 tay ipək xərac verməyi; rusların Terek çayı 
sahilində tikdikləri qalanı dağıtmaq və onları uzaqlaşdırmaq 
üçün osmanlılar tərəfindən təşkil olunan yürüşə mane olma-
yacağını öhdəsinə götürdü. Bundan başqa Səfəvilər söz verir-
dilər ki, İraq sərhəddində osmanlılara qarşı qiyam qaldıran 
bəylərə yardım etməyəcək, Dağıstan Şamxalı başda olmaqla 
buradakı Osmanlı hakimiyyəti tanınacaq. Həmçinin müqavilədə 
göstərilirdi ki, Səfəvilər dövlətində şiələr sünni böyüklərinə 
küfr etməyəcək, Səfəvi ölkəsindən olan hacılar Həccə Bağdad 
və Bəsrə yolu ilə deyil, Hələb-Şam yolu ilə qedib gələcəklər. 
İstanbul sülh müqaviləsində ilk dəfə idi ki, tərəflər 
arasında “Şimali Qafqaz məsələsi” öz əksini tapmışdı. Həmçi-
nin 1555-ci il sülhünə görə şərqi Mesxeti və Axalsık Səfəvi 
dövlətində qalsa da İstanbul sülhü bağlanan zaman Osmanlı 
dövlətinin nəzarətində qalmışdı. Bu müqaviləyə görə Şəhrizor, 
Kürdüstanın bir hissəsi, Bağdad əyalətinin müəyyən hissəsi də 
Osmanlı dövlətinə verildi. Ona görə də I şah Abbas 1555-ci il 
Amasya sülh müqaviləsini tam bərpa etmədiyi üçün sülhün 
şərtlərindən tam razı deyildi. 


92 
I Şah Abbas 1613-cü ilin oktyabr ayında Azərbaycanın 
şimal vilayətlərinə və Gürcüstana yürüş etdi. Səfəvi dövlətinin 
Cənubi Qafqazda möhkəmlənməsi Osmanlı sarayında nara-
hatlıq yaratdı. I Şah Abbasın İstabul müqaviləsindəki öhdəliyə 
görə osmanlılara verməli olduğu 200 tay ipəyi göndərməməsi 
də Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirdi. Şah tərə-
findən Səfəvi dövləti ilə danışıqlara gələn Osmanlı elçisinin iki 
ilə yaxın saxlanılması və geri qayıtmağına icazə verilməməsi də 
osmanlılarla münasibətə mənfi təsir göstərdi. 
I Şah Abbas sülhün pozulmasının qarşısını almaq üçün 
hədiyyələrlə öz elçisini I Sultan Əhmədin yanına göndərdi. 
Lakin Osmanlı sultanı müharibəyə başlamaq haqqında qərar 
verdi. I Şah Abbas Qasım xanla 200 tay ipəyi Osmanlı sarayına 
göndərsə də sultan qərarını dəyişmədi. Növbəti dəfə göndərilən 
Səfəvi elçisi həbs edilib zindana salındı. Beləliklə, 1616-cı ilin 
aprelində baş vəzir Qara Mehmet paşanın rəhbəriyi ilə Osmanlı 
ordusu Ərzurumdan yürüşə başladı. 1616-ci ilin avqust ayında 
İrəvan qalası yüz minlik Osmanlı ordusu ilə mühasirəyə alındı. 
I Şah Abbas osmanlılarla həlledici döyüşə girmədi. Osmanlı 
ordusuna ərzaq gətirilməsinə mane olmağı, geriyə yolunu 
bağlamağı, mühasirəyə alaraq qəfil hücumlarla zərbə vurmağı 
qərara aldı. Mühasirənin uzanması, Osmanlı ordusunun ərzaq 
və sursat sarıdan çətinlik çəkməsi, qışın sərt keçməsi Mehmet 
paşanı I Şah Abbasın yanına elçi göndərməyə məcbur etdi. 
Noyabrın 5-də mühasirə dayandırıldı, osmanlılar geri çəki-
lərkən çoxlu itki verdilər. 
1617-ci il iyunun 15-də baş vəzir Xəlil Paşanın başçılğı 
ilə yeni yürüş başlandı. “Ərdəbil-Səfəri” adı ilə tarixə düşən bu 
yürüşdə Krım xanı Cani bəy Gəray 15 minlik ordusu ilə şimali 
Qafqazdan Azərbaycana soxuldu, Gəncə, Naxçıvan və Culfanı 
talayaraq Xəlil paşanın qüvvələri iə birləşdi. I Şah Abbas 
Təbriz və Ərdəbil şəhərlərindən əhalini çıxartdı, ərzaq ehti-
yatarını daşıtdı. Səfəvilərlə osmanlılar arasında döyüş 1618-ci il 
sentyabr ayının 10-da Sərab vilayətində baş verdi. Osmanlılar 


93 
15 min əsgər itki verərək ağır məğlubuyyətə uğradılar. Döyüşdə 
üç Osmanlı bəylərbəyi öldürüldü, ikisi isə əsir götürüldü. Sərab 
yaxınlığındakı məğlubiyyətdən sonra Xəlil paşa sülh 
danışıqlarına başlamağa razılıq verdi. 1618-ci il sentyabrın 26-
da Xəlil paşa ilə I Şah Abbas arasında Mərənddə sülh 
müqaviləsi imzalandı. Mərənd sülhünün İstanbul sülhündən 
əsas fərqi Səfəvilərin ildə verəcəyi 200 tay ipək bacın 100 taya 
endirilməsi idi.

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin