Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə28/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   55
DERSL-K-1501-1736

V FƏSİL 
 
AZƏRBAYCAN XVII ƏSRİN SONU-XVIII ƏSRİN 
BİRİNCİ QƏRİNƏSİNDƏ 
 
§ 5.1. XVII əsrin sonu- XVIII əsrin əvvəllərində Səfəvi 
dövlətində daxili iqtisadi-siyasi vəziyyət 
Şah Abbasın dövründə yaranmış güclü mərkəzləşdirilmiş 
hakimiyyət, ölkənin iqtisadi qüdrəti I Şah Səfəvi (1629 -1642) 
və II Şah Abbas (1642-1666) dövründə zəifləsə də tənəzzül 
mərhələsinə keçməmişdi. Şah Süleymanın dövründə (1666-
1694) dövlətin iqtisadi və siyasi həyatında tənəzzülün əlamət-
ləri görünməyə başlayır və getdikcə dərinləşirdi. Şah Hüseynin 
hakimiyyəti illərində (1694-1622) iqtisadi və siyasi böhran 
daha kəskin xarakter aldı. Kənd təsərrüfatı, sənətkarlıq və daxii 
ticarət ciddi tənəzzülə uğrayaraq dövlətin əsasını sarsıdırdı. 
Əhalinin amansız istismarı, vergilərin artması, feodal özbaşına-
lığı əhalini dilənçi vəziyyətinə salırdı. Ölkə ağır maliyyə 
böhranı keçirirdi.
XVII əsrin ikinci yarısında – 1668-ci il yanvarın 13-də 
Dağıstan və Şamaxıda, 1688\89-cu illərdə yenə Dağıstanda baş 
vermiş zəlzələlər, 1677\78-ci illərdə Dağıstanda baş vermiş 
taun xəstəliyi və bu xəstəliyin Şamaxı və cənub istiqamətində 
Rəştə qədər yayılması da ölkədə iqtisadi və siyasi vəziyyətə 
mənfi təsir göstərirdi. Ərzaq qıtlığı ilə qiymətlərin artması, 
şəriətdə qadağan olunmasına baxmayaraq sələmçiliyin yayıl-
ması əhalinin var-yoxdan çıxmasına səbəb olurdu. Ərzaq məh-
sullarının qiymətlərinin artması yalnız quraqlıqla bağlı deyildi, 
həmçinin iqtisadiyyatda gedən tənəzzüllə əlaqədar idi. Yerli 
feodal hakimlər (mərkəzi hakimiyyətin zəifləməsindən istifadə 
edərək) dövlət tərəfindən müəyyən olunmuş verginin miq-
darından çox toplayaraq çoxlu gəlir əldə edirdilər. Yerli 
feodalların varlanması mərkəzdənqaçma hallarının baş verməsi 


100 
ilə nəticələnirdi. Bununla yanaşı mərkəzi hakimiyyət tərəfindən 
həyata keçirilən gömrük siyasəti nəticəsində ölkəyə gətirilən 
mallara görə bir neçə dəfə gömrük haqqı alınması, şəhərlərə 
satılmaq üçün gətirilən mallardan həm şəhərə daxil olanda, 
həm də bazar meydanında gömrük alınması, gömrük məntəqə-
lərinin sayının çoxaldılması, bu sahədəki nəzarətsizlik tacirlərin 
əksəriyyətini müflisləşdirir və nəticədə ticarətin inkişafına 
mənfi təsir göstərirdi. Bu dövr ölkədə müxtəlif ölçü vahid-
lərinin mövcud olması vahid ölçü sisteminin olmadığını göstə-
rirdi. Ticarət yollarının nəzarətsizliyi, ticarət karvanlarının 
təhlükəsizliyinin təmin olunmaması da daxili və xarici ticarəti 
ləngidirdi. 
Şah boşalmış xəzinəni doldurmaq üçün vergi və mükəllə-
fiyyətləri getdikcə artırırdı. Şah Sultan Hüseynin göstərişi ilə 
1699-1702-ci illərdə əhalinin siyahıya alınması həyata keçirildi. 
Bu zaman əhalinin var-dövləti və əmlakı da siyahıya alınırdı. 
Vergilərin əvvəlki illərlə müqayisədə üç dəfə artıq olmasına 
baxmayaraq əhalidən üç illik vergi yığılmasına başlanıldı. 
1700-1703-cü illərdə Azərbaycanda quraqlığın baş ver-
məsi kəndlilərin vəziyyətini daha da ağırlaşdırdı. İş o yerə 
çatmışdı ki, şah vilayətlərə vergi toplamaq üçün mərkəzdən 
cəza dəstələri göndərirdi. Lakin belə üsulla vergi toplamaq 
kəndlilərin vəziyyətini daha da ağırlaşdırır və təsərrüfatın dağıl-
masına gətirib çıxarırdı. Nəticədə ölkədə iqtisadi böhran daha 
da dərinləşirdi. Şah Hüseynin iradəcə zəif olması, günlərini 
eyş-işrətdə keçirməsi, şah sarayının həddindən artıq israfçılığı, 
yerli hakimlərin özbaşnalığı, vilayətlərdə toplanan vergilərin 
vilayət hakimləri tərəfindən mənimsənilməsi nəinki dövlət 
xəzinəsini var-yoxdan çıxarmışdı, hətta ağır sosial- iqtisadi 
nəticələrə səbəb olmuşdu. Ərzaq məhsullarının qıtlığı və 
bahalığı şəraitində əhali arasında aclıq və xəstəlik geniş 
yayılmışdı. 1716-1718-ci illərdə rus elçisi A. Volinski Səfəvi 
dövlətindəki vəziyyət haqqında yazırdı: “Səfəvilər dövlətinin 
taxıl anbarı olan Azərbaycanda tarlalar yeddi il ərzində 


101 
əkilməmiş qalmış, ölkədə aclıqdır”. Aclıqdan əhali kütləvi 
şəkildə qırılırdı. A.Volinski I Pyotra göndərdiyi məktubda ya-
zırdı:“Biz orada olduğumuz zaman çoxlu dilənçiyə rast gəlirdik 
və onlardan çoxu həyatı unudub çılpaq gəzirdi. Küçələrdə heç 
kəsin diqqətini cəlb etməyən yığın- yığın meyidlər var idi ki, 
onların cəsədini itlər yeyirdi.” 
Şah Hüseynin dövründə hərəmxana xüsusi siyasi qüvvəyə 
malik idi. Hətta, saraydakı “fövqəladə şuraya” şahın anası, baş 
xacələr və şahın ən sevimli hərəmləri daxil idi. Şahzadələrin 
hərəmxana şəraitində yaşaması onların dövlət işlərindən xəbər-
siz və zəif xarakterli böyüməsinə səbəb olurdu. Şah Hüseynin 
sərxoş həyat tərzi keçirməsi, ölkənin idarə edilməsinə laqeyd 
münasibəti getdikcə mərkəzi hakimiyyətin zəifləməsinə, 
iqtisadiyyatın bütün sahələrinin böhran vəziyyətinə düşməsinə, 
yerli hakimlərin özbaşnalığına, əhalinin narazılığının artmasına 
gətirib çıxarırdı. 
XVIII əsrin sonlarında ölkədə iqtisadi və siyasi böhranın 
yaranması nəticəsində İran körfəzinin mühüm liman mən-
təqələri yenidən Qərb dövlətlərinin nəzarəti altına düşmüşdü. 
Okeanlardan keçən beynəlxalq ticarət yolu ticarət gəmiləri 
olmayan Səfəvi dövlətinin üzünə qapanmış, Volqa-Xəzər yolu-
nun əsas hissəsinə Rusiya nəzarət edir, Avropa mallarını ölkəyə 
qərbli tacirlər, Mərkəzi Asiya, Hind, Çin mallarını isə hindli 
tacirlər gətirirdi. Mal ixracı da əcnəbi tacirlərin əlində idi. 
Səfəvi dövlətinə mal idxalı artmış, mal idxalı isə şəhərlərdə 
bəzi istehsal sahələrinin ləğvi və iqtisadi durğunluğa səbəb 
olurdu. 
Ölkədə yaranmış vəziyyət əhalini dözülməz hala salmış-
dı, əyalətlərdə baş verən narazılıq getdikcə artır, mövcud rejimə 
qarşı mübarizəyə çevrilirdi. 
Bu, özünü qeyri-türk tayfalarının fəallaşmasında da gös-
tərirdi. 1698-1699-cu illərdə Bəlic tayfası üsyan qaldıraraq 
Kirmanı ələ keçirdi, Yəzd və Bəndər Abbas istiqamətində 
soyğunçu yürüşlər etdi. Həmin dövrdə Kürdüstanda kürd 


102 
tayfasının narazılıq hərəkatı baş verdi. Bu üsyanlar yatırılsa da 
həyacan davam edirdi. Səfəfvi dövlətinin şimal-qərbində baş 
verən hadisələr, 1706-cı ildə ləzgilərin Gürcüstana qarətedici 
yürüşləri həmin regionda gərginlik yaratdı. 1707-ci ildə Car-
Balakən bölgəsində əhali Ərəş hakimi Ə li Sultanın rəhbərliyi 
ilə Şirvan bəylərbəyliyinin özbaşnalığına qarşı 
üsyan 
qaldırdılar. Carlılar sərhədləri qoruduqlarına görə şah xəzi-
nəsinə verilən vergidən azad idilər. Onlara sərhədləri qoru-
duqlarına görə xəzinədən pul da verilirdi. Şirvan bəylərbəyi 
onlara verilən pulu dayandırdığına görə onlar üsyan qaldırdı. 
1707-ci ildə üsyan yatırılsa da 1711-ci ildə yenidən başladı. Bu 
üsyan daha geniş ərazini əhatə etdi. Şirvan, Şəki, Gəncə 
bölgəsinin kəndliləri üsyana qalxdılar. Onlar yerli hakimlərin 
malikanələrinə hücum edərək dağıdır və qarət edirdilər. Yerli 
hakimlərin birləşmiş qüvvələri üsyanı yatıra bilmirdilər. Şəki 
mahalında üsyançılarla Şirvan bəylərbəyinin hərbi hissələri 
arasında qanlı döyüş baş verdi. Döyüşdə Şirvan hakimi Kiçik 
xan üsyançılar tərəfindən öldürüldü. Uğurlu xan Gəncə qalasına 
qaçaraq xilas ola bildi. Üsyan şah qoşunları tərəfindən 
çətinliklə yatırıldı. 
1707-ci ildə İsfahanda şəhər əhalisinin narazılığı baş 
qaldırır. Şəhər əhalisi Şah Meydanına toplaşaraq Şah Hüseynin 
hakimiyyətdən getməsini, onun yerinə qardaşı Abbas Mirzənin 
taxta çıxarılmasıını tələb edirdilər. Həyəcan şah qoşunları tərə-
findən yatırılır. 
1709-cu ildə Təbrizdə şəhər əhalisinin, 1715-ci ildə kürd-
lərin, 1717-ci ildə Muğanda şahsevənlərin, 1720-ci ildə lurların, 
1721-ci ildə bəlucların, 1722-ci ildə Sünik ermənilərinin, 1722-
ci ildə Şərqi Gürcüstanda gürcülərin üsyanları baş verdi. 
1709-cu ildə Qəndəharda Mir Veysin başçılığı ilə əfqan 
tayfasının üsyanı baş verdi. Üsyançılar Qəndəharı ələ keçirdi-
lər. Şah bir neçə dəfə üsyanı yatırmaq üçün qoşun gönd ərsə də 
məğlubiyyətə uğradı, 1715-ci ildə Mir Veysin ölümündən sonra 
Qəndəharda hakimiyyətə qardaşı Əbdül-əziz gəlsə də tezliklə 


103 
hakimiyyəti Mir Veysin oğlu Mahmud ələ keçirdi. 1719-cu ildə 
Qəndəhara göndərilən şah qoşunlarını məğlub etməklə 
Mahmud hakimiyyətini daha da möhkəmləndirərək ətraf 
əraziləri ələ keçirdi. 
Səfəvi dövlətinin ucqar ərazilərində vergilərin ağırlığı, 
məmurların özbaşnalığının artması əhalinin narazılığını artır-
maqla ölkəni daha böhranlı vəziyyətə salırdı. Şah Hüseynin 
bacarıqsızlığı, dövləti idarə edə bilməməsi, onun göstərişlərinin 
çox vaxt yerinə yetirilməməsi, orduda acınacaqlı vəziyyət 
Səfəvi səltənətini məhv olmaq həddinə çatdırmışdı. Rusiya 
elçisi Volinski öz raportlarında göstərirdi ki, “əgər yaxın 
vaxtlarda zəif və bacarıqsız şah, üstün rəhbərlik xüsusiyyətinə 
malik başqa birisi ilə əvəz olunmazsa, Səfəvi monarxiyası 
labüd olaraq süqut edəcək.” 
Qəndəharda Mahmudun daha da möhkəmlənərək, yeni 
ərazilər ələ keçirdiyi bir şəraitdə ölkənin şimalında ləzgilərin 
üsyanı baş verdi. Üsyançılar Şamaxı şəhərinə yürüş etdilər. 
Hacı Davudun rəhbərlik etdiyi Şirvanın sünni əhalisi ləzgilərlə 
birləşdilər. Bu hərəkatda Qaytaq və Qaraqaytaq usmisi Ə hməd 
xan, Qazıqumuk hakimi Çolaq Surxay xan da işirak edirdilər. 
Üsyançılar 1721-ci il avqustun 15-də Şamaxını mühasirəyə 
aldılar. Sentyabrın 9-da Şamaxı ələ keçirildi. Şamaxı şəhərində 
qırğın və talanlar baş verdi. 
Səfəvi dövlətinin İran körfəzi və digər bölgələrində də 
siyasi vəziyyət yaxşı deyildi. 1721-ci ilin payızında Mahmudun 
başçılığı ilə əfqanlar Kirman şəhərini mühasirəyə aldılar. 
Çətinliklə də olsa onlar Kirmanı ələ keçirdilər. 1722-ci ilin 
fevralında əfqanlar Yəzdi tuta bilməsələr də İsfahan üzərinə 
yürüşə başladılar. 1722-ci il martın 8-də Gülnabad kəndində 
şah qoşunları ilə əfqanlar arasında döyüş baş verdi. Şah 
qoşunları məğlub olaraq darmadağın edildilər. İsfahan əfqanlar 
tərəfindən mühasirəyə alındı. Mahmud öz nümayəndələrini 
göndərərək şahın qızı ilə evlənməyi, Qəndəhar, Sultan, Kırman 
və Xorasanın hakimi kimi tanınacağı halda İsfahanın müha-


104 
sirəsindən əl çəkərək Qəndəhara çəkiləcəyini təklif etdi. Lakin 
onun təklifi rədd edildi. 
İsfahan 6 ay əfqanlar tərəfindən mühasirədə saxlanıldı. 
Qaynaqların verdiyi məlumata görə həmin dövrdə 20 min adam 
əfqanlar tərəfindən, bundan 4 dəfə çox adam isə xəstəlik və 
aclıqdan məhv olmuşdu. Vəziyyətin ağırlığını görüb Şah Hü-
seyn 1722-ci il oktyabrın 23-də paytaxtdan Fərəhabada (Ma-
zandarandadır) yola düşür. O, Fərəhabadda Mahmudun düşər-
gəsinə gələrək şahlıq nişanəsini öz əli ilə onun başına qoyub və 
möhtəşəm Səfəvi sülaləsini şərəfsizcəsinə alçaltdı. Keçmiş şah 
Hüseyn həbs edildi. 1722-ci il noyabrın 10-da Təhmasib 
atasının Mahmudun xeyrinə şahlıqdan imtina etməsini eşidib 
özünü Qəzvində şah elan etdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin