§ 4.3. I Şah Abbasın islahatları
I Şah Abbasın hakimiyyətə gəlməsi, osmanlılarla 1590-
cı il barışığı. Xarici yürüşlərin, daxili çəkişmələrin Azərbaycan
Səfəvi dövlətini sarsıtdığı bir vaxtda Abbas Mirzə Mürşüdqulu
xan başda olmaqla, türk-qızılbaş əmirlərinin köməyi sayəsində
şahlıq taxtına oturdu (1587). I Şah Abbasın hakimiyyətinin ilk
günlərində dövlətin həm daxili, həm də xarici vəziyyəti çox
ağır idi. Hələ 1568-ci ildə I Şah Təhmasib Gilanda Biye Pişi
Əmir Dibacın oğlu Cəmşid xana qaytarmaq istədikdə Biye Piş
hakimi Əhməd xan şaha qarşı çıxmışdı. I Şah Təhmasib Ə hməd
xanı məğlub etmiş və onun özünü də ələ keçirib İstəxr
həbsxanasına saldırmışdır. Şah oğlu Mahmud Mirzəni Gilana
yerli hakim təyin edib, bu vilayəti isə türk əmirləri arasında
ulkalara bölmüşdü. Şah Məhəmməd Xudabəndə dövründə
həbsdən azad edilən Ə hməd xan 1590-cı ildə Səfəvi dövlətinin
daxili və xarici durumundan istifadə edərək, açıq şəkildə
şahlıqdan ayrıldığını elan etmiş, Osmanlı Sultanı ilə danışıqlara
başlamışdı. Gilan, Luristan, Mazandaran, Astrabad, Kaşanda
baş qaldırmış separatizm də mərkəzləşmə siyasətinin qarşısında
ciddi çətinliklər yaradırdı. Elə buna görə də I Şah Abbas bu
bölgələrə qoşun yeridib məhəlli əmirliklərini, yerli sülalələri
devirib Gilan (1592) və Mazandaranı (1596) xassə əmlakına
çevirdi. Şah separatizmin qarşısmı aldıqdan sonra gələcək
mərkəzdənqaçma hərəkatlarının qarşısını almaq üçün Gilan,
Luristan, Mazandaran, Astrabad, Kaşanın məhəlli əsilzadələ-
rinə hakimiyyətdə yer versə də, bu vilayətlərin hamısına yeni
hakimlər türk-qızılbaş əmirləri arasından təyin olundular.
Mürşüdqulu xan Ustaclı və Əliqulu xan Şamlının Abbas
Mirzə ilə Xorasandan Qəzvinə getməsindən Özbək Abdullah
xan istifadə edib, 1587-ci ildə Heratı, ardınca da Məşhədi
tutmuşdu. Bu xəbəri alan I Şah Abbas Xorasana hərəkət edir.
Bundan istifadə edən Fərhad Paşa Gəncəni (1588), Bağdaddakı
Osmanlı valisi Cığılzadə Sinan Paşa isə Nihavəndi (1588) ələ
78
keçirir. Səfəvi dövlətini şərqdən Özbək, qərbdən isə Osmanlı
ordusu sıxışdırırdı. Daxildə isə əmirlər arasında çəkişmələr hələ
də gedirdi. I Şah Abbas ölkə daxilindəki dartışmaları aradan
qaldırmaq üçün Osmanlı hökuməti ilə barışmağa məcbur oldu.
Eyni zamanda Osmanlı dövləti üçün də müharibəni davam
etdirməyin bir çox çətinlikləri var idi. Bir tərəfdən uzun sürən
müharibələr Osmanlı dövlətində maliyyə çətinlikləri yaratmışdı
və digər tərəfdən tutulan torpaqları əldə saxlamaq üçün çoxlu
güc tələb olunurdu. Hər iki tərəfın barışığa çox ehtiyacı var idi.
İlk addımı I Şah Abbas atdı. O, 1590-cı ildə Həmzə Mirzənin
oğlu Heydər Mirzəni İstanbula göndərdi. 1590-cı ildə tərəflər
arasında müqavilə imzalandı. Barışığa əsasən məzhəb ayrılığına
görə insanlar incidilməməli, Peyğəmbərin xələflərinə qarşı hər
cür pis hərəkətə yol verilməməli, 22 mart 1590-cı ilə qədər hər
iki tərəfın əllərindəki torpaqlar özlərində qalmalı, sülh əhdna-
məsinə ciddi əməl olunmalı idi. Belə ki, Təbriz, Qərbi Azərbay-
canın bir sıra bölgələri, Çuxur-Səd, Şirvan, Gürcüstan, Qarabağ
və Luristan, Nihavənd, Şəhrizor Osmanlı dövlətinə verildi.
I Şah Abbas dövlətə qarşı baş qaldıran əmirləri sa-
kitləşdirib, Osmanlı dövləti ilə barışıb, özbəkləri Xorasandan
uzaqlaşdırdıqdan sonra ölkəni sabitliyə qovuşdurdu. Dövlətin
mərkəzini 1598-ci ildə Qəzvindən daha qorxusuz yer olan
İsfahana köçürdü. Yeni paytaxtın və onun ətraf bölgələrinin
əhalisinin xeyli hissəsini hələ vaxtı ilə I Şah İsmayıl tərəfındən
burada dayaq yaratmaq məqsədi ilə köçürülüb yerləşdirilmiş
Təklə türkləri təşkil edirdi. I Şah Abbas da bura Təbrizdən xeyli
əhali gətirib, onlara Zayəndərud çayının sahilində Təbrizabad
(Abbasabad) adlı məhəllə saldırıb, orada məskunlaşdırdı. O
cümlədən, I Şah Abbas zamanı Təbrizdən İsfahana 200 sənət-
kar ailəsi də köçürülmüşdü. Beləliklə, dövlətin yeni mərkəzində
türk-qızılbaşlardan özünə güclü dayaq yaradan I Şah Abbas
Avropa və Şərq ölkələri ilə əlaqələri artırmaqla, daxildə iqtisadi
islahatlar keçirib, ölkədəki geriliyi yavaş-yavaş aradan qaldırdı.
O, məmləkətlə yanaşı, onun ordusunu da möhkəmləndirməyə
79
başladı. I Şah Abbas Səfəvi imperatorluğunu möh-
kəmləndirməklə osmanlılar tərəfindən tutulan torpaqları geri
qaytarmaq flkrində idi. O, eyni zamanda Bəsrə körfəzindən
yavaş-yavaş ölkənin içərilərinə doğru irəliləyən Qərb dövlət-
lərinin işğalçılıq siyasətinin mahiyyətini başa düşür, Səfəvi
imperatorluğunu onlara qarşı dura biləcək bir duruma gətir-
məyə çalışırdı.
Dövləti möhkəmləndirmək üçün imperiya ərazisindəki
mərkəzdənqaçma hərəkatlarının qarşısını almaqla paralel,
əmirlər arasında davam edən çəkişmələr də aradan qaldırılmalı
idi. I Şah Abbas hakimiyyətə gəldiyi gündən idarəçiliyə yeni
əmirlər gətirdi. Ancaq onlar da özlərindən əvvəlkilərin yolu ilə
getməyə başladılar. Elə buna görə də, onların da çoxu haki-
miyyətdən uzaqlaşdırıldı. I Şah Abbas hakimiyyətə keçməsində
Mürşüdqulu xana borclu idi. Ancaq 1589-cu ildə onun göstərişi
ilə Mürşüdqulu xan öldürüldü. I Şah Abbas nüfuzlu əmirləri
aradan götürməklə həm ara çəkişmələrini azaltdı və həm də
hakimiyyətini möhkəmləndirdi. Onların yerinə isə daha gənc və
az tanınan əmirləri gətirdi. Şah bu gənc əmirlərdə qüsur
gördükdə onları da aradan götürdürdü. Ancaq I Şah Abbas
həyata keçirdiyi bu cəza tədbirləri ilə hakimiyyətinin möhkəm-
ləndirilməsinə tam müvəffəq ola bilmədi. Ona görə ki, bu za-
man Gilanda, Astrabad, Kaşan, Luristanda baş qaldırmış sepa-
ratizm dövlətin möhkəmləndirilməsi qarşısında ciddi çətinliklər
yaradırdı. Elə buna görə də, I Şah Abbas əhalisinin çoxu türk
olmayan bu vilayətlərdə məhəlli sülalələri və bir çox senyor
mülklərində hakimlərin irsi hüquqlarını ləğv etdi. Hakimiyyətə
imperatorluğun tərkibindəki başqa xalqların əsilzadələri, eyni
zamanda kiçik yaşından saraya gətirilib burada böyüdülən
çərkəz, gürcü qulamları da cəlb olundu. Onların idarəçiliyə
gətirilməsi qızılbaşların hakimiyyətdəki mövqeyini azaltmaq
məqsədini güdmürdü. Şah Abbas bununla imperatorluğun
tərkibindəki başqa xalqların mərkəzdənqaçma meyllərinin qar-
şısını alırdı. Yeni əsilzadələrin hakimiyyətə gətirilməsi dövlətin
80
milli mahiyyətini dəyişə bilməzdi. Ona görə ki, I Şah Abbas öz
daxili siyasətində dövlətin milli mahiyyətini dəyişmək fıkrində
olmamış və əslində onun möhkəmləndirilməsi tədbirlərini
həyata keçirmişdir. Bu dövləti quran da, yaşadan da türklər idi.
Beləki, 1628-ci ildə dövlət quruluşunda müxtəlif vəzifələrdə
olan 92 əmirdən 54 nəfəri türk, 15 nəfəri türklüyü qəbul etmiş
və türk dilindən savayı ayrı dil bilməyən qulam və qalanı isə
qeyri-türklərdən ibarət olmuşdur.
I Şah Abbas hərbi islahatında Osmanlı dövlətinin yeniçəri
hərbi institutunu örnək kimi qəbul edərək, qulam, tüfəngçi
nizami alaylarını yaratmış və bir qədər sonra isə topçu takımını
da təşkil edib, əsgəri təşkilatı təkmilləşdirərək, dövləti hərbi-
siyasi baxımdan gücləndirməyə müvəffəq olmuşdur. I Şah
Abbasın hərbi islahatları nəticəsində aşağıdakı qoşun növləri
yarandı:
1. Qızılbaşlar (Qorçilər) XVII əsr boyu Səfəvi ordusunda
üstünlük təşkil etmişlər. I Şah Abbas ordunun bu növünü
aradan götürüb onların yerində qulamları yerləşdirmək istəsə də
buna nail ola bilməmişdir. Q ızılbaşlar türk tayfalarından təşkil
olunurdu. Bu hərbi hissəyə hər tayfanın içərisindən başçı
seçilirdi.
2. Qulamlar öz valideynləri və dini ilə əlaqəsini itir- miş
şah sarayında tərbiyə almış gürcü, çərkəz mənşəli gənclərdən
təşkil olunmuşdu. Osmanlı yeniçərilərinə bənzər nizami hərbi
hissə idi. Qulamların başında qullarağası dururdu.
3. Tüfəngçilər. Bu qoşun növünə müxtəlif vilayət-lərdən
çağrılan əhalinin aşağı təbəqəsi cəlb olunurdu. Tüfəngçilər şaha
məxsus qoşun növü idi. Tüfəngçilərə digər xalqların nümayən-
dələri cəlb olunsa da əsas hissəsini azərbaycan türkləri təşkil
edirdi.
4. Topçular. Səfəvi ordusunda topdan əsasən düşmənin
möhkəmləndirilmiş mövqeyinə zərbə vurmaq və qala mühasi-
rəsi zamanı istifadə edilirdi.
81
I Şah Abbasın dövründə daimi nizami hissələr yaradıldı,
odlu silahdan geniş istifadə edildi.
Beləliklə, I Şah Abbas islahatlaı və daxili siyasətindəki
uğurları sayəsində bir tərəfdən bürokratik dövlət aparatını
genişləndirmiş, digər tərəfdən mərkəzi hakimiyyəti möhkəm-
ləndirməyə müvəffəq olmuş və onun türk əmirlərindən ibarət
olan mərkəzi və yerli idarələrə qeyri-türk elementlərini də
qismən cəlb etməsi dövlətin cənub, cənub-şərq bölgələrindəki
mərkəzdənqaçma hərəkatlarının qarşısının alınması işinə
xidmət etmişdir. Ö lkə miqyasında mərkəzdənqaçma hallarının,
əmirlər arasındakı çəkişmələrin qismən aradan qaldırılması iqti-
sadiyyatın təkamülünə, məhsuldar qüvvələrin inkişafına müsbət
təsirlər göstərmişdir. Daxili və xarici ticarətin inkişafında şahın
karvan yollarını abadlaşdırması, yolboyu karvansaralar inşa
etdirməsi, yollardakı təhlükəsizlik tədbirləri də az rol oynama-
mışdır.
I Şah Abbasın vergi islahatı, yəni ayrı-ayrı bölgələr,
şəhərlər üzrə vergilərin azaldılması, yaxud müəyyən müddət
ərzində ləğvi ölkənin iqtisadi həyatındakı geriliyin aradan
qaldırılması və dövlət büdcəsinin gəlir qaynaqlarının bərpası ilə
bağlı olub, itirilmiş torpaqların geri qaytarılması, mərkəz-
ləşdirmə siyasətinin uğurla həyata keçirilməsi, dövlətin hərbi-
siyasi qüdrətinin artırılması işinə xidmət edirdi. Şahın fərmanı
ilə 1598-1599-cu ildə Əcəm İraqında heyvandarlıq təsərrüfa-
tından alınan çobanbəyi vergisi ləğv edildi, bəzi vergilər isə
azaldıldı. İsfahan şəhəri və mahalı qeyd olunan fərman əsasında
bir il müddətində və 1613-cü ildə isə üç il ərzində bütün
vergilərdən azad edildi. Artıq burada göstərilən zaman kəsiklə-
rində divan və xassə torpaqlarındakı icarədarlar da icarə
haqqını ödəməkdən azad idilər. Ölkənin şimal-qərb torpaqları
osmanlılardan geri alındıqdan sonra vergi imunitetləri bu böl-
gələrə də aid edilirdi. Belə ki, Ordubad, Dərbənd və 1615-ci
ildə Təbriz şəhər əhalisi mal- xərac vergisindən azad olundular.
Bu, zaman Təbrizdə garuğəgi və ehdas vergisi də ləğv edilir. I
82
Şah Abbasın vergi islahatına uyğun olaraq bu tədbirlərin bütün
ölkə miqyasında həyata keçirilməsi az vaxtda iqtisadiyyatın
bərpasına qismən də olsa, zəmin yarada bilmişdi.
I Şah Abbasın dövründə sikkələr qızıl, gümüş, misdən
ibarət olub, qızıl sikkə ancaq yeni şah hakimiyyətə keçdikdə
zərb edilir və bu sikkələr dövriyyəyə az buraxılır, alqı-satqıda
ondan çox nadir hallarda istifadə olunurdu. I Şah Abbas
dövründə qızıldan zərb olunmuş sikkələrin vəzni də dəqiq mə-
lum deyildi. Bu zaman dövriyyədə I Şah Abbasın sikkə islahatı
və fərmanı əsasında abbası adı ilə gümüşdən zərb edilən
sikkələr üstünlük təşkil edirdi. Abbasının rəsmi çəkisi bir mis-
qal, yəni 4,64 qram idi. Sikkələrin dinarla dəyərinə gəldikdə isə
1 abbası 200, 1 şahı 50, 1 bisti 20, 1 kasbeki 5 dinar olub, 1 tü-
mən isə 10000 dinara, yaxud 50 abbasıya bərabər idi.
Dostları ilə paylaş: |