§ 4.5. XVII əsrin 20-30-cu illərində
Səfəvi-Osmanlı münasibətləri
Mərənd sülhünün bağlanmasından sonra tərəflər arasında
sülhün və dostluğun davam etdirilməsi məzmununda mək-
tublaşmalar olsa da, 1622-ci il mayın 19-da Sultan Osmanın
öldürülməsi və mərkəzi hakimiyyətin zəifləməsindən istifadə
edərək I Şah Abbas Ərəb İraqında möhkəmlənməyə çalışdı.
Belə bir şəraitdə Osmanlının Bağdad bəylərbəyi Yusif paşa ilə
sərhəddəki Osmanlı qoşunlarının başçısı Bəkir Subaşı arasında
ədavət zəminində toqquşmanın olması və bəylərbəyinin
öldürüməsi Bağdadda qeyri-sabitlik yaratdı. Bundan istifadə
edən I Şah Abbas Qarçuqay xanın başçılığı ilə Bağdada qoşun
göndərdi. Üç aylıq mühasirədən sonra 1624-cü il yanvarın 14-
də Bağdad şəhəri təslim oldu. I Şah Abbas Səfiqulu xanı Bağ-
dad hakimi təyin etdi. Səfəvi ordusu tərəfindən Kərbəla, Nəcəf,
Mosul, Kərkük şəhərləri ələ keçirildi. Eyni zamanda Çuxursəd
bəylərbəyi Ə mirgünə xan Qacar osmanlıların tabeliyində olan
Axıskanı ələ keçirdi.
Səfəvilərin bu uğurları ilə barışmayan IV Murad (1623-
1640) Hafiz Əhməd paşanı Diyarbəkirə hakim təyin edərək
Səfəvilər tərəfindən ələ keçirilmiş ərazilərin geri qaytarılması
haqqında tapşırıq verdi.
Bu zaman Georgi Saakadzenin (“Böyük Murov bəy”)
rəhbərliyi ilə gürcülərin Səfəvi hakimiyyətinə qarşı silahlı
94
üsyan qaldırması çox mühüm hadisə idi. Üsyançılar I Şah
Abbas tərəfindən göndərilmiş qoşun hissəsini məğlubiyyətə
uğratdılar, Səfəvi ordusunun baş komandanı Qarçuqay xan və
Şirvan bəylərbəyi Yusif xan üsyançılar tərəfindən öldürüldü.
Georgi Saakadzenin rəhbəriyi ilə üsyançılar Gəncə bəylərbəyi
ərazisinə yürüş edərək qarət və talanlar törətdilər. 1625-ci il
iyun ayının 30-da İsa xan Qorçibaşının komandanlığı ilə Səfəvi
ordusu Gümüşlü adlanan yaşayış yerində gürcülər üzərində
qələbə çaldı.
Eyni zamanda Azərbaycanın cənub-qərbində kürdlər də
Səfəvilərə qarşı üsyan qaldırdılar (1624-1626). Şah qoşunları
tərəfindən üsyan yatırıldı. I Şah Abbas müharibələrdəki
uğurları ilə bərabər asılı bölgələrdə mərkəzdənqaçma hallarının
da qarşısını alaraq Səfəvi dövlətini daha da möhkəmləndirdi.
1625-ci il noyabrın 13-də Osmanlı ordusu tərəfindən
Bağdad mühasirəyə alındı. Lakin yeniçərilər üsyan qaldır-
dıqlarına görə baş vəzir Hafiz Əhməd Paşa Bağdadın 8 aylıq
mühasirəsindən sonra 1626-cı ilin iyununda mühasirəni dayan-
dırıb geri çəkilməyə məcbur oldu.
I Şah Abbas Osmanlı sarayına Təhmasibqulu xanın
başçılığı ilə elçi göndərərək Bağdadın Səfəvi dövlətinə veril-
məsi şərti ilə sülh bağlanmasına çalışsa da buna nail ola bil-
mədi.
Buna baxmayaraq hərbi əməiyyatlar nəticəsində Bağdada
daxil olmaqla Ərəb İraqını Səfəviərin nəzarətində saxlamağa
nail oldu. 1629-cu il yanvarın 19-da I Şah Abbas vəfat etdi. I
Şah Abbasın ölümü və nəvəsi Şah Səfinin hakimiyyətə keçməsi
Osmanlı dövlətinin yenidən hərbi əməliyyatlara başlamasına
səbəb oldu.
1629-cu ilin iyulunda Xosrov paşanın başçılığı ilə Os-
manlı qoşunu Bağdad istiqamətində hərəkət etdi. Bağdad mü-
hasirəyə alındı. Şəhər möhkəm müdafiə olunduğuna görə
Xosrov paşa onu ələ keçirə bilmədi. Osmanlı ordusu çoxlu itki
verərək geri çəkildi.
95
Zur paşanın komandanlığı ilə osmanlı ordusu Cuxur-Səd
istiqamətində hərəkət edərək 1630-cu il aprelin 30-da İrəvanı
döyüşsüz ələ keçirdi. I Şah Səfinin Osmanlı ordusunun hücumu
ilə əlaqədar ciddi tədbir görməməsi İrəvanın işğalından sonra
osmanlıların Həmədana doğru irəliləməsinə şərait yaratdı.
1630-cu ilin iyun ayında Həmədan tutuldu. Lakin tezliklə
Səfəvi ordusu Rüstəm xanın başçılığı ilə osmanlıları Həmədan
bölgəsindən geri çəkilməyə məcbur etdi.
Osmanlı ordusu Bağdadı ələ keçirməyə çalışırdı. 1630 -cu
il oktyabrın 6-da Xosrov paşanın komandanlığı ilə Osmanlı
ordusu Bağdadı yenidən mühasirəyə aldı. Osmanlı ordusunun
Bağdadı tutmaq cəhdi baş tutmadı, noyabrın 14-də geri
çəkildilər. 1631-ci ildə hərbi əməiyyatlar yenidən başladı. IV
Murad Zur paşanı yenidən Bağdad üzərinə göndərdi. 1631-ci il
oktyabrın 2-də Rüstəm xanın rəhbərliyi ilə Səfəvi ordusu ilə -
Osmanlı ordusu arasında döyüş baş verdi. Osmanlılar çoxlu itki
verərək geri çəkildilər. Osmanlı ordusunun bu məğlubiy-
yətindən sonra iki il Səfəvi-Osmanlı cəbhəsində sakitlik hökm
sürdü.
Hərbi əməliyyatarın kəsilməsinə baxmayaraq sərhəd
bölgələrində vəziyyət mürəkkəb olaraq qalırdı. 1634-cü ilin
yazında IV Sultan Murad hərbi əməiyyatların yenidən başlan-
ması üçün böyük hazırlıq işləri gördü. Polşa və Rusiya ilə sülh
müqaviləsi bağlayaraq bütün qüvvələri Səfəvilərə qarşı yönəlt-
di. Ərzurumdan İrəvan istiqamətində hərəkət edərək İrəvan
qalasını mühasirəyə aldı. Qala müdafiəçiləri ciddi müqavimət
göstərsələr də ağır toplardan açılan atəşə tab gətirə bilmədilər.
10 gün müqavimət göstərdikdən sonra Təhmasibqulu xan
təslim oldu.
IV Murad İrəvan qalasını ələ keçirdikdən sonra Təbrizə
doğru irəlilədi. Bu vaxt Təbriz bəylərbəyi Rüstəm xan şəhəri
tamamilə boşaltdı. IV Murad Təbrizə döyüşsüz daxil oldu.
Ancaq boşaldılmış şəhərdə ərzaq, sursat yox idi, qış yaxın-
96
laşırdı, Səfəvilər hücum edə bilərdilər. Ona görə də, sentyabrın
15-də IV Murad Təbrizdən geri çəkilməyə məcbur oldu.
Osmanlı ordusu Təbrizi tərk etdikdən sonra I Şah Səfi
İrəvan qalasını geri almaq haqqında göstəriş verdi. Rüstəm
xanın başçılığı ilə Səfəvi ordusu İrəvan qalasını mühasirəyə
aldı. Azərbaycanın Qarabağ və Şirvan əmirləri də İrəvan
qalasını geri qaytarmaq üçün köməyə gəldilər. Şah özü də İrə-
van qalası ətrafına yaxınlaşdı. 1635-ci il aprelin 2-də İrəvan
qalası osmanlılardan geri alındı. Şah Səfi Novruz bayramını
İrəvan qalasında keçirdikdən sonra Ərdəbilə qayıtdı.
Beləliklə, 1634-1635-ci ilin hərbi əməiyyatları səfə-
vilərin qələbəsi ilə başa çatsa da, IV Murad Bağdadın Səfəvilər
tərəfindən ələ keçirilməsi ilə razılaşa bilmirdi. 1637-ci ildə
Osmanlı Sultanı Bağdada hücumla bağlı ciddi hazırlıq işlərinə
başladı. Bağdad üzərinə irəliləyən Osmanlı ordusunun qarşısını
qızılbaşların 12 minlik ordusu ala bilmədi. IV Murad 1638-ci il
noyabrın 20-də Bağdadı mühasirəyə aldı. Mühasirə dekabrın
25-nə qədər davam etdi. Bağdad uğrunda gərgin döyüşlər getdi.
Baş verən döyüşlərin birində Osmanlı dövlətinin baş vəziri
Təyyar Mehmet paşa və İsmayıl əfəndi öldürüldü. Lakin Bektaş
xanın xəyanəti nəticəsində Osmanlı ordusu Bağdadı ələ keçirdi.
IV Murad Bağdadı ələ keçirdikdən sonra hərbi əməliyyatları
davam etdirməyib İstanbula qayıtmaq haqqında əmr verdi.
IV Muradın hərbi əməliyyatları dayandırıb sülh danı-
şıqlarına başlamağı təklif etməsi Osmanlı dövlətində IV Mu-
radın qardaşlarının hakimiyyəti ələ keçirmək uğrunda müba-
rizəsi və Avropa dövlətərinin osmanılara qarşı yeni hərbi əmə-
liyyata başlamaq niyyəti ilə əlaqədar idi.
Səfəvi dövlətində də daxili siyasi vəziyyətin mürəkkəb
olması, tez-tez baş verən üsyanlar və Moğol dövləti ilə başla-
nan hərbi əməliyyatar Şah Səfini sülh bağlamağa vadar edirdi.
Ona görə Şah Bağdadın itirilməsi ilə razılaşaraq Osmanlı sul-
tanının sülh təklifini qəbul etdi.
97
1639-cu il mayın 17-də Səfəvi elçisi Sarı xanla Osmanlı
Qara Mustafa paşa arasında Qəsri-Şirində üç günlük müza-
kirədən sonra sülh müqaviləsi imzalandı. Beləliklə, osmanlı-
larla Səfəvilər arasında uzun sürən müharibəyə son qoyuldu.
Sülhə görə Ərəb İraqı osmanlıların nəzarəti altına düşdü. Zəncir
qalasından qərbdəki ərazilər osmanlıların, şərqdəki ərazilər isə
Səfəvilərin əlində qalırdı. Səfəvilər Arazın sağ sahilindəki
Maku, Qotur, Mağazburd qala divarlarını dağıtmalı idilər.
Osmanlı tərəfi Urmiya və Mehriban qalaları yerləşən ərazilərə,
Səfəvilər isə Qars, Axışka, Van, Şəhrizor, Bağdad və Bəsrə
ərazilərinə hücum etməyəcəklərinə söz verdilər. Müqavilə I Şah
Səfi tərəfindən 40 il müddəti üçün təklif edilsə də, IV Sultan
Murad 20 il müddətinə bağlamağa razılıq verdi.
Beləliklə, 1578-ci ildən fasilələrlə davam etmiş Səfəvi-
Osmanlı müharibələri tərəflərin hər birinə böyük itkilər, dağın-
tılar, əlavə xərclərdən başqa heç nə vermədi.
Müqavilə imzalandıqdan az sonra, 1639-cu ildə Səfəvi
dövləti Osmanlı sarayına Məhəmmədqulu xan Ciğatayı gön-
dərmiş və o, 1640-cı ildə geri döndükdə, elə həmin il Sultan
İbrahim (1640-1648) də 1639-cu il andlaşmasının şərtlərinə
uyğun olaraq qarşılıqlı münasibətləri möhkəmləndirmək üçün
İsfahana elçi göndərdi. I Şah Səfı də Osmanlı elçisi ilə Maqsud
Sultan adlı elçisini Sultan İbrahimi hakimiyyətə keçməsi
münasibəti ilə təbrik etmək üçün İstanbula yola saldı. 1642-ci
ildə sultanın Yusif ağa adlı elçisi diplomatik danışıqlar və II
Şah Abbası təbrik etmək üçün Səfəvi dövlətinə gəldi. Yusif ağa
ilə II Şah Abbas Qəzvində görüşmüş və iki ölkə arasında
dostluq, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi məsələ-
lərini müzakirə etdilər.
1648-ci ildə Osmanlı sultanı dostluq münasibətlərini
möhkəmləndirmək məqsədi ilə II Şah Abbasın yanına öz elçi-
lərini göndərmiş və tərəflər arasında sülhün qorunub saxlan-
masının vacibliyini bildirmişdi. II Şah Abbas elçisi ilə yola
saldığı Məhəmmədqulu bəylə Osmanlı sultanına ünvanladığı
98
məktubda hər iki dövlət arasında sülhün və dostluq əlaqələrinin
möhkəmləndiriləcəyini qeyd etmişdi.
1650-ci ilin əvvəllərində osmanlı İbşir paşanın təhriki ilə
Pinyaniş kürdləri dəfələrlə Səfəvi ərazisinə basqınlar edib qarət
və qətllər törətdilər. Urmiya xanı cavab tədbiri görərək 20 min
nəfərlik ordu ilə Pinyaniş sərhəddini keçərək Pinyanişliləri
cəzalandırmış və 40 min baş qoyun sürüsünü ələ keçirmişdi. Bu
zaman Urmiya xanı 1639-cu il müqaviləsinin “tərəflər bir-
birinin ərazisinə top və tüfəngdən istifadə edərək basqın etmə-
yəcək” öhdəliyini pozmuşdu. Ona görə Osmanlı dövləti yaran-
mış vəziyyəti aydınlaşdırmaq üçün Elviya Çələbini Təbrizə
göndərdi. Tərəflər arasında aparılan danışıqlar nəticəsində
yaranmış gərginlik aradan qaldırıldı və münasibətlər qaydaya
salındı.
Bəsrə hakimi Hüseyn paşa ilə əmirləri arasında hakimlik
uğrunda baş vermiş çəkişmədən istifadə edərək Bağdad paşası
yürüş edərək Bəsrəni ələ keçirmişdi. Bu zaman Bəsrə hakimi
Hüseyn paşa II Şah Abbasa məktub göndərərək onun tabeliyinə
keçməsini bildirərək hərbi yardım göstərməsi ilə əlaqədar
müraciət edir. Lakin II Şah Abbas 1639-cu il əhdnaməsini
pozmaq istəmədiyinə görə Hüseyn paşaya hərbi yardım gös-
tərməmişdi.
1661-ci ildə Kartili-Kaxetiya varisi Şahnavaz xan Qərbi
Gürcüstana yürüş edərək İmeteriyanı (Başı Açıq) ələ keçirir. Bu
Səfəvi-Osmanlı dövlətləri arasındakı 1639-cu il müqaviləsinə
zidd olduğuna görə II Şah Abbas Şahnavaz xandan geri
çəkilməsi və ələ keçirdiyi əraziləri geri qaytarması haqqında
göstəriş vermişdi. Göründüyü kimi istər II Şah Abbas, istərsə
də Osmanlı Sultanı baş vermiş hadisələri diplomatik danışıqlar
və digər tədbirlərlə qaydasına salmaqla 1639-cu il Qəsri-Şirin
sülh müqaviləsindəki öhdəlikləri qoruyub saxlamışlar.
|