Nizami SÜleymanov


§ 5.3. Rusiyanın Xəzərboyu ərazilərdə



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə30/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   55
DERSL-K-1501-1736

 
§ 5.3. Rusiyanın Xəzərboyu ərazilərdə
işğalçılıq siyasəti 
Rusiyanın Şərq siyasətində Qafqaz və Xəzərin sahilboyu 
ərazilərini ələ keçirmək, Xəzəri Rusiyanın daxili dənizinə 
çevirərək Volqa-Xəzər ticarətində nəzarət hüququna malik 
olmaq və cənubi Qafqazın xammal ehtiyatına sahib olmaq kimi 
maraqları dayanırdı. I Pyotr Xəzərboyu əyalətlərə 1723-cü ildə 
yürüş etməyi planlaşdırmışdı. Şirvanda Hacı Davudun başçılığı 
ilə üsyançıların qələbəsi, Hacı Davudun Osmanlı dövləti ilə 
yaxınlaşması, əfqanların şah qoşunlarını məğlub edərək 
İsfahanı mühasirəyə alması çar Rusiyasını daha da tələsdirdi. 
Çünki Səfəvi dövlətində yaranmış şəraitdən istifadə edərək 
Osmanlı dövləti Cənubi Qafqazda möhkəmlənə bilərdi. I Pyotr 
Türkiyənin Qafqazda möhkəmlənməsini Rusiyanın işğalçılıq 
planları üçün təhlükə hesab edirdi. 1722-ci ilin yazında I Pyotr 


109 
böyük ordu ilə cənub istiqamətində yürüşə başladı. Rus qoşun-
ları 1722-ci il iyulun 18-də 274 gəmidən ibarət donanma və 
quru qoşunları ilə birlikdə Həştərxandan cənuba doğru hərəkət 
etdilər. I Pyotr öz işğalçılıq məqsədini gizlədərək bildirdi ki, o, 
Xəzər sahillərinə Hacı Davudun rəhbərliyi ilə baş vermiş 
qiyamı yatırmaq, qarət olunmuş rus tacirlərinin qisasını almaq 
üçün gəlir. I Pyotr həmçinin öz nümayəndələrini Dərbəndə, 
Bakıya və Gilana göndərdi ki, əhali arasında türk, fars və ərəb 
dillərində tərtib olunmuş bəyannaməni yaysınlar. Həmin mani-
festdə göstərilirdi ki, guya yürüşün əsas məqsədi şah haki-
miyyətinə qarşı üsyan qaldırmış Hacı Davudu və Surxay xanı 
cəzalandırmaqdır. Manifestdə əhalinin təhlükəsizliyinə təminat 
verilir və göstərilirdi ki, dinc əhalinin əmlakına ziyan 
vurulmayacaq. Xristian əhali üçün tərtib olunmuş manifestdə 
isə onlara müsəlman əsarətindən azad olunmaları vəd olunurdu. 
Manifestin əsas məqsədi əhalini sakitləşdirmək idi. 
1722-ci il avqustun 15-də rus eskadrası Dərbəndə çatdı. 
Dərbənd hakimi İmamqulu bəy bir qrub şəhər varlılarının 
mənafeyini təmsil edərək qalanın bir verstliyində I Pyotru 
qarşıladı və ona 1722-ci il avqustun 23-də şəhərin iki gümüş 
açarını verdi. İmamqulu bəy XVI əsr əlyazması olan “Dərbənd-
namə” adlı qiymətli tarixi əsəri də I Pyotra təqdim etdi. Rus or-
dusu şəhərə daxil oldu, Dərbənd döyüşsüz ələ keçirildi. Lakin 
şəhərdə rus qoşunlarına əhali tərəfindən müqavimət göstərilirdi. 
Bakı əhalisinin rus qoşunlarının Xəzərboyu ərazilərə 
gəlməsinə münasibəti birmənalı deyildi. Bakılılar Şirvan üsyan-
çılarının hücmuna məruz qalsalar da ruş qosunlarının Bakıya 
daxil olmasını istəmirdilər. Şəhər əhalisinin bəzi təbəqələri, 
xüsusilə Rusiya ilə ticarət əlaqələri olan bəzi tacirlər rusların 
gəlişinin tərəfdarı idilər. Onlar 13 nəfərin imzası ilə I Pyotra 
məktub göndərmişdilər. 22 avqust 1722-ci il tarixli həmin 
məktubu I Pyotr sevinclə qarşılayaraq senata yazdığı məktubda 
bildirirdi: “....oraya (Bakıya) qarnizon göndərərik və beləliklə 
də allahın köməyi ilə ölkələrdə möhkəm yerləşərik. Bu 


110 
münəsibətlə sizi də təbrik edirik”. Lakin Bakı sultanı 
Məhəmmədhüseyn xan və Bakı əhalisi I Pyotrun Hacı Davud 
üzərinə yürüşünü müdafiə etsələr də rus qoşunlarını Bakıya 
buraxmayacaqlarını bildirdilər. I Pyotrun göndərdiyi nümayən-
dəyə qeyd edildiyi kimi cavab verilsə də çar Bakı üzərinə 
yürüşə qərar verdi.
1722-ci il avqustun 30-da rus qoşunları Dərbənddən 
Bakıya doğru irəliləsə də I Pyotr yürüşü dayandırıb sentyabrın 
5-də Dərbəndə qayıtdı, iki gün sonra qarnizonu polkovnik Yun-
kerin komandanlığı ilə saxlayıb Peterburqa qayıtdı. I 
Pyotrun yürüşü dayandıraraq geri qayıtmasının bir necə səbəbi 
var idi. Birincisi, Bakı hakimi Məhəmmədhüseyn xanın 
Rusiyanın təklifini qəbul etməməsi; ikinci, rus donanmasının 
Xəzər dənizində baş verən tufan nəticəsində böyük tələfat ver-
məsi, ərzaq və sursat gəmilərinin əksəriy-yətinin dənizdə bat-
ması; üçüncü, Isveç dövlətinin Rusiya ilə bağladığı 1721-ci il 
Niştad sülh müqaviləsini pozmaq istəməsi; dördüncü, Ru-
siyanın Xəzərboyu ərazilərə yürüşünə Osmanlı dövlətinin etiraz 
etməsi. Bütün bu səbəblər I Pyotrun yürüşü dayandırıb, geri 
qayıtması ilə nəticələndi. 
I Pyotr Rusiyanın İstanbuldakı səfiri İ.Neplyuyevə Hacı 
Davudun Türkiyənin himayəsinə keçməsinə mane olması 
haqqında göstəriş vermişdi. Lakin I Pyotr Qafqazdan geri 
dönəndən sonra Osmanlı sultanı Hacı Davudu Krım xanı səla-
hiyyətində Türkiyənin himayəsinə qəbul edərək, onu Şirvan və 
Dağıstanın hakimi təyin edərək xan titulu verdi. 
I Pyotr Peterburqa qayıtdıqdan sonra Xəzər dənizinin qərb 
sahillərini işğal etməyi qərara aldı. Mühüm iqtisadi və hərbi-
strateji əhəmiyyətə malik Bakının alınmasına xüsusi diqqət 
yetirdi. Bakının alınmasını general-mayor M.Matyuşkinə 
tapşırdı. I Pyotr M.Matyuşkinə “Allah qoysa, Bakını alsaq, nə 
etməliyik” adı ilə təlimat göndərdi. Təlimata əsasən, Bakı ələ 
keçirildikdən sonra qala mühafizəsi daha da gücləndirilməli, 
Kür çayının sağ sahilində qala tikilməli idi ki, I Pyotr gələcəkdə 


111 
burada böyük şəhər salmağı nəzərdə tuturdu. 1722-ci il 4 
oktyabr tarixli məktubunda I Pyotr general M.Matyuşinə Bakını 
tutmağı əmr etdi. 
Baki üzərinə yürüş ərəfəsində 1722-ci ilin 23 oktyabrında 
Mir Mahmudun başçılığı ilə əfqanların İsfahanı ələ keçirməsi, 
Şah Sultan Hüseynin Mir Mahmudun xeyrinə hakimiyyətdən 
getməsi, çar Rusiyasının yürüş planını dəyişdi. I Pyotr ehtiyat 
edirdi ki, əfqanlar Gilan əyalətini tuta bilərlər. Ona görə də 
Gilanın işğal edilməsini ön plana çəkdi. Bakıya yürüş üçün 
hazırlanmış gəmilər 1722-ci ilin noyabrında Rəst istiqamətində 
hərəkət etdilər. 1722-ci ilin dekabrında rus donanması Ənzəli 
limanına daxil olub, Rəşt şəhərini müqavimətsiz işğal etdilər. 
Hələ İsfahan mühasirədə olan zaman Şah Hüseyn Xəzər-
boyu vilayətləri Rusiyaya güzəştə getmək, əvəzində əfqanlara 
qarşı hərbi kömək göstərməklə əlaqədar İsmayıl bəyi Peter-
burqa göndərmişdi. İsmayıl bəy ölkəni tərk etməmiş əfqanlar 
İsfahanı ələ keçirdi, Şah Hüseyn əfqan üsyançılarının başçısı 
Mahmudun xeyrinə hakimiyyətdən əl çəkdi, noyabr ayında Şah 
Hüseynin Astrabadda olan böyük oğlu II Təhmasib özünü şah 
elan etmişdi. Ona görə İsmayıl bəy geri qayıdaraq səlahiyyət-
lərini II Təhmasib tərəfindən təsdiq etdirmişdi. İsmayıl bəy 
Astrabadı tərk etdikdən sonra II Təhmasib rusların Rəşt şəhə-
rini ələ keçirməsi haqqında məlumat alır. II Təhmasib İsmayıl 
bəyi elçi səlahiyyətindən və Rusiya ilə müqavilə bağlamaq 
hüququndan məhrum edir. Lakin Rusiya hökuməti bu haqda 
İsmayıl bəyə heç bir məlumat vermir. 1723-cü il sentyabr 
ayının 12-də Rusiya hökumətinin diktəsi ilə Peterburqda 
İsmayıl bəylə 5 maddədən ibarət müqavilə imzalandı. Müqa-
viləyə görə Xəzəryanı vilayətlər – Dərbənd, Bakı, Gilan, Ma-
zandaran, Astrabad Rusiyaya birləşdirildi. II Təhmasib Peter-
burq müqaviləsini təsdiq etmədi və İsmayıl bəyi vətənə 
xəyanətdə günahlandırdı. II Təhmasib öz elçisini İstanbula 
göndərərək sultandan kömək istədi. Lakin Osmanlı Sultanı 
onun müraciətini cavabsız qoydu. 


112 
1723-cü il iyul ayının 17-də rus donanması Bakı körfəzinə 
daxil oldu. General M.Matyuşkin Peterburqa danışıqlar üçün 
göndərilən İsmayıl bəyin məktubunu Bakı sultanı Məhəm-
mədhüseyn bəyə göndərdi. Məktubda İsmayıl bəy Bakını 
ruslara təslim etməyi təklif edirdi. Lakin Məhəmmədhüseyn 
bəy rus komandirinin məktubu gətirən nümayəndəsini içəri belə 
buraxmadı və tabe olmaq təklifini rədd etdi. İyul ayının 21-də 
səhər tezdən rus donanmasından Bakı qalasına toplardan atəş 
açıldı. Rus gəmilərindən açılan top atəşləri qala müdafiəçilərnin 
toplarını susdurdu. Gəmilərdən qalaya yandırıcı mərmilər atıldı, 
şəhərdə yanğın baş verdi. M.Matyuşkinin Məhəmmədhüseyn 
bəyə sonuncu məktubundan sonra iyulun 26-da qala 
bürclərindən təslim olmaq haqqında ağ bayraqlar qaldırıldı. Rus 
qoşunu qalaya daxil oldu, qarnizon yerləşdirildi. Sentyabrın 3-
də I Pyotr Bakının tutulmasını bayram etdi. 
Bakının idarə edilməsi keçmiş şəhər yüzbaşısı, rus qo-
şunlarının Bakıya daxil olmasının tərəfində olan Dərgahqulu 
bəyin əlinə keçsə də, bir il sonra o da Məhəmmədhüseyn bəy 
kimi Hacı Davudla daxili əlaqə saxlamaqda günahlandırıldı. 
Bakıda sultanlıq ləğv edildi. 1724-cü ildə komendant idarəçiliyi 
yaradıldı. Şəhərə knyaz Baryatinski komendant təyin edildi. 
Bakı istila edildikdən sonra 1723-cü il sentyabrın 16-da 
çar hökuməti Bakı komendantı Baryatinskiyə Salyanı ələ 
keçirməyi əmr etdi. Salyan naibi Hüseyn bəy Rusyanın təbəə-
liyini qəbul etsə də onun evinə qonaq çağırılan 22 rus zabiti 
öldürüldü. Kazak atamanı Stepan Razin Salyanı qarət edən 
zaman Salyan naibinin qızını əsir almış, sonra bu zavallı qızı 
Volqa çayına atmışdı. Həmin hadisədən 55 il keçsə də Salyanda 
bu faciə unudulmurdu. 22 rus zabitinin öldürülməsinə 
baxmayaraq Salyan rus qoşunlarının nəzarətində qaldı. 
I Pyotrun 1724-cü il 10 noyabr tarixli fərmanı ilə Xəzər-
boyu ərazilərə çoxlu erməni köçürülməsi nəzərdə tutulurdu. 
Yerli əhalini sıxışdıraraq ermənilərin münbit torpaqlarda yer-
ləşdirilməsi Quba və Dərbənddə həyata keçirilməyə başladı. 


113 
Rusiya Xəzəryanı ərazilərdə öz işğalçılıq planlarını geniş-
ləndirirdi. İstanbul sülhündən sonra başlanan Osmanlı- Rusiya 
danışıqları 1726-cı ildə Şamaxı şəhəri yaxınlığındakı Mabur 
kəndində hər iki dövlət arasında sərhədləri müəyyən etməklə 
razılaşıldı. Həmin ildən başlayaraq rus qoşunları Müşkür, 
Niyazabad, Cavad, Salyan, Lənkəran, Astara, Q ızılağac, Talış 
dağlarının bir hissəsini, 1727-ci ildə Şeşpara, Rustovu, 1728-ci 
ildə isə Quba və Təngəni ələ keçirdilər. 
Çar Rusiyası ilk vaxtlar yerli idarəçilik sistemini ləğv 
edib komendant idarəçiliyi yaradırdısa da, 1726-cı ildən sonra 
knyaz V.V.Dolqorukinin komandanlığı ilə həmin işğal ərazi-
lərində ümumi idarəçilik yaratdılar. 
V.V.Dolqorukin hərbi və mülki hakimiyyətə malik idi. 
Rus idarəçiliyi yaratmaqla çarizm işğal etdiyi ərazilərin kapital 
ehtiyatlarını Rusiya sənayesinin inkişafına yönəltməyə çalışırdı. 
Ona görə həmin ərazilərdə 
ipəkçiliyi, 
pambıqçılığı, 
tütünçülüyü, şərabçılığı inkişaf etdirmək istiqamətində tədbirlər 
həyata keçirirdi. Həmçinin neft hasilatını artırmaq, qızıl, gü-
müş, mis mədənlərini aşkara çıxarmağa çalışırdı. Rusiya hö-
kuməti həmçinin Azərbaycan və Şərq ölkələri ilə geniş ticarət 
əlaqələri yaratmaq üçün Xəzərsahili liman şəhərlərindən 
istifadə edərək Volqa-Xəzər ticarətini daha da inkişaf etdirmək 
istəyirdi. Xüsusi ilə Bakını şərq ticarətinin mərkəzinə çevirmək, 
əsas ticarət işlərini erməni və rus tacirlərinin əlində birləş-
dirməyi nəzərdə tuturdu. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin