§ 5.5. Azərbaycan torpaqlarının Osmanlı və Rusiya
işğalından azad edilməsi uğrunda mübarizə
1720-ci illərin birinci yarısında əfqanlar Səfəvi dövlətinin
paytaxtı İsfahan şəhərini və ərazisinin böyük bir hissəsini,
Rusiya Azərbaycanın Xəzəryanı vilayətlərini və Gilanı,
Osmanlı dövləti isə Qərbi İranı, Cənubi Azərbaycanı və Cənubi
Qafqazı (Xəzər sahilləri vilayətlər istisna olmaqla) ələ keçir-
mişdilər. 1726-cı ildə II Şah Təhmasibin hakimiyyəti altında
yalnız Mazandaran vilayəti qalmışdı. 1726-cı ildə II Təhmasib
118
hakimiyyəti altında olan əraziləri genişləndirmək üçün Xora-
sana yürüşə başladı. Bu zaman Xorasanda müxtəlif qüvvələr
hakimiyyət uğrunda çəkişirdilər. Bu çəkişmələrdə Nadir Məlik
Mahmud Sistani və başqaları ilə döyüşdə məşhurlaşmışdı.
Nadir əfşar türk tayfasının Q ırxlı boyundan idi. I Şah İsmayılın
dövründə Xorasanın Əbivərd ərazisinə köçürülmüşdülər. O,
Əbivərd şəhərini tutaraq özünə mərkəz edir. Sonra əfşar və
digər köçəri tayfaları birləşdirərək Gelat qalasını tutmaqla daha
da güclənir. II Təhmasib Xorasana yürüş zamanı Nadiri öz tərə-
finə çəkir, II Təhmasibə taxt-taca sahib olmaq üçün Nadir kimi
müttəfiq lazım idi. Nadir də rəqiblərinin gücünü nəzərə alaraq
II Təhmasiblə birləşir. II Təhmasib Nadirə xan titulu verir,
əvvəl qorçubaşı vəzifəsinə, sonra ordunun sərkərdəsi təyin edir.
1726-ci ilin noyabrında Nadir Məlik Mahmudu məğlu-
biyyətə uğradaraq Məşhədi əfqanlardan azad edir. Təhmasib
Xorasanın bütün bölgələrinə xəbər göndərərək Nadirin bütün
əmrlərinə tabe olmalarını bildirir. Nadir Əfqan tayfa liderləri ilə
döyüşlərdə qələbə çalır. Əfqan sərkərdələri Nadirə tabe olduq-
larını bildirirlər. Herat 1729-cu ildə ələ keçirilir. Nadir 1728-1729-
cu illərdə əfqanları məğlubiyyətə uğradaraq İsfahana yol açdı.
1730-cu ildə Osmanlı dövlətində çevrilişin baş verməsi,
III Sultan Ə hmədin (1703-1730) devrilməsi, hakimiyyət uğ-
runda daxili çəkişmələrin olması Azərbaycan torpaqlarını azad
etmək uğrunda əlverişli şərait yaratdı. 1725-ci ildə I Pyotrun
ölümündən sonra Rusya dövlətinin Xəzəryanı ərazilərində
təcavüzkar siyasəti yumşalmışdı. Ona görə Rusiya Xəzər sahili-
nin bir sıra əyalətlərini geri qaytarmaq istəyirdi.
İsfahana qayıdan II Təhmasib Osmanlı imperiyasından
əvvəl Səfəvi dövləti tərkibinə daxil olan ərazilərin geri qayta-
rılmasını tələb etdi. Vəli Məhəmməd xanın başçılığı ilə göndə-
rilən nümayəndəlik Osmanlı sarayının qərarı ilə Mardin
qalasında həbs edildi. Bunun səbəbi Nadirin qoşunla İrəvan
istiqamətində hərəkət etməsi olmuşdu. Azərbaycan ərazisində
yenidən hərbi əməliyyatlar başlandı.
119
1730-cu ildə II Təhmasib Təbrizi mühasirəyə aldı. Səfi
Qulu xan da onlara qoşuldu. Osmanlı qoşunlarının sərəsgəri
(qoşun başçısı) Abdulla Körpülü Təbrizdə mühasirəyə alınmış
Osmanlı qarnizonuna köməyə tələssə də onun qoşunu yolda
məğlub edildi və o, İrəvana çəkilməyə məcbur oldu. 1730-cu
ilin sentyabrında Təbrizdə olan Osmanlı qarnizonu təslim oldu.
Həmin il Nadir Marağa və Həmədanı da türklərdən geri
qaytardı.
Sonra Təhmasib və Nadirin qoşunları Ərdəbili mühasirəyə
aldılar. Şəhəri tutmaq cəhdi baş tutmadı. Osmanlı qoşunlarının
Azərbaycandan tamamilə çıxarılmasını istəyən Rusiya dövləti
Gilanda yerləşən rus qoşunlarının komandiri general Levaşova
Nadirin qoşunlarına kömək etmək haqqında əmr verdi. General
ikitərəfli oyun oynayaraq həm Nadirə, həm də türklərə kömək
etməyə başladı. O, Nadirə kömək üçün paltarlarını dəyişmiş rus
zabitləri ilə artileriya göndərdi. Digər tərəfdən isə Ərdəbildə olan
Osmanlı qoşunlarının rusların əlində olan ərazidən keçməklə
Şirvana getmələrinə imkan verdi. Ərdəbili təslim etmək
istəməyən Əli paşa nəhayət 1731-il yanvarın 5-də şəhəri tərk
edərək Astaraya gəldi. Bakıdan keçən türk qoşun dəstəsi fevralın
27-də Şamaxıya çatdı. Bu zaman Xorasanda Nadirin əleyhinə
qiyam qalxmışdı. Nadirin Xorasana getməsindən istifadə edən
Şah II Təhmasib qoşunun baş komandanlığını öz əlinə aldı. Şah
Təhmasib 18 minlik qoşunla1731-ci ilin dekabrında osmanlılarla
müharibəyə başladı. Naxçıvan, İrəvan, Bağdad ətrafında olan
döyüşlərdə II Təhmasib məğlub oldu. Həmədanın 30 kmliyində
Quricanda osmanlılarla döyüşdə tam məğlub olaraq 5 min əsgər
itirdi və İsfahana qayıtdı. Osmanlı qoşunu yenidən Təbriz və
Marağanı tutdu.
Qeyd etmək lazımdır ki, 1729-30-cu illərdə Osmanlı sa-
rayında siyasi vəziyyət xeyli çətinləşsə də 1731-ci ilin əvvəllə-
rində Osmanlı sarayında Sultan Mahmudun hakimiy yətə
gəlməsi ilə Osmanlı dövlətində siyasi vəziyyət xeyli qaydasına
120
düşmüşdü və buna görə də II Təhmasibin hücumları heç bir
müsbət nəticə verməmişdi.
Döyüşlərdə məğlub olan şah II Təhmasib Osmanlı dövləti
ilə 1732-ci il yanvarın 16-da Kirmanşah şəhərində uğursuz sülh
müqaviləsi bağlamağa məcbur oldu. Müqaviləyə görə Araz
çayının şimalı – İrəvan, Gəncə, Tiflis, Şirvan vilayəti, Dağıstan
və K irmanşaha qədər olan ərazilər türklərə verildi. Sülhün
şərtinə görə Təbriz Səfəvilər dövlətində qalırdı.
1730-cu ildə Nadir xanın osmanlılara qarşı uğurlu savaşı
çar Rusiyasını Xəzərsahili vilayətlərin Səfəvilərə qaytarılması
fikrinə gətirmişdi. Bununla bağlı 1732-ci il yanvarın 21-də
Rusiya ilə Rəşt müqaviləsi bağlandı. Müqaviləyə əsasən Rusiya
5 ay ərzində Kür çayının Xəzərə töküldüyü yerdən güneyə
yerləşən bütün əraziləri qaytarmalı, Nadir isə bu torpaqların
Türkiyənin əlinə keçməsinə yol verməməli idi. Kür çayından
Dərbəndə kimi uzanan quzey torpaqlarının qaytarılması üçün
ayrıca şərt qoyulmuşdu. Belə ki, İstanbul bağlaşması üzrə
(1724-cü il İstanbul müqaviləsi nəzərdə tutulur) Türkiyəyə
keçən Şirvan, İrəvan və Gürcüstanı Nadir xan osmanlılardan
geri almalı, bununla da Xəzəryanı torpaqların Türkiyənin əlinə
keçməyəcəyini təmin etməli idi.
Şah II Təhmasibin məğlubiyyətini və Osmanlı dövləti ilə
bağladığı sülh müqaviləsi xəbərini eşidən Nadir çox qəzəbləndi.
O, Osmanlı sarayına və Bağdad valisi Əhməd paşaya məktub
yazaraq Şah Təhmasibin müqaviləsinin heç bir siyasi qiyməti
olmadığını və ələ keçirdiyi bütün torpaqların qaytarılmasını tələb
etdi. Əks halda müharibəyə başlayacağını bildirdi.
Heratdan geri qayıdan Nadir İsfahana gəldi, şah II Təh-
masibi Osmanlı dövləti ilə bağlanan sülhə görə tənqid etdi,
qoşun zabitləri də Nadirə tərəfdar çıxdılar. 1732-ci il avqustun
8-də (başqa məlumata görə avqustun 22-də) qoşun başçılarının
müşavirəsi II Şah Təhmasibin dövləti idarə etmək iqtidarında
olmadığı haqqında qərar qəbul etdi.
121
Təhmasibin 8 aylıq oğlu III Abbas hakimiyyətə gətirildi.
Nadir onun qəyyumu oldu. Nadir “Təhmasibqulu xan” ləqəbini
ataraq, vəkilü-dövlət və naibüssəltənə adını qəbul etdi.
Nadir II Təhmasibin osmanlılarla bağladığı müqavilənin
şərtlərini ləğv etdi. İşğal etdiyi torpaqları qaytarmağı Türkiyə
dövlətindən tələb etdi. Türkiyə dövləti bu tələbləri rədd etdi.
Nadir osmanlıların tutduqları torpaqların qaytarılma sına
1732-ci ilin payızında başladı. İlk olaraq Kirmanşah azad
edildi. Ətraf əraziləri tutan Nadir Bağdadı mühasirəyə aldı.
Bağdad ətrafında olan döyüşdə 1733-cü il iyul ayında Nadir
məğlub olaraq Bəhruza çəkildi. Bağdadda mühasirədə olan
Osmanlı qoşununa köməyə gələn Topal Osman paşa Nadiri
məğlub etdikdən sonra Bağdada girdi. Çox keçmədən yeni
qoşun toplayan Nadir yenidən osmanlılarla müharibəyə başladı.
1733-cü ilin payız və qışında osmanlıları məğlub edən Nadir
Bağdadı tutdu. Hər iki tərəf müqavilə imzaladı. Bağdad
yaxınlığında türk ordusunu ağır məğlubiyyətə uğratdıqdan
sonra Nadir 1733-cü ilin fevralında Əhməd paşa ilə Bağdad
müqaviləsi bağladı.
Müqavilədə iki dövlət arasında sərhəd 1639-cu il mü-
qaviləsinə əsasən müəyyənləşməli idi. Lakin Osmanlı dövləti
müqaviləni təsdiq etmədiyinə görə döyüşlər yenidən başladı.
Müharibəni davam etdirməyin mənasız olduğunu başa düşən
Osmanlı Sultanı İraq ərazisini tutmuş bütün paşalara ələ ke-
çirilən vilayətləri boşaltmaq üçün xətt-i-şərifı ilə bəzədilmiş
fərmanlar göndərdi. Sultan paşalara
-
bütün əraziləri boşaltmaq
əmri verdi. Nadir Ərdəbilə gəldi və Astara hakimi Musa xana
xətt- i-şərifin bir sürətinin Şirvan hakimi Surxay xana gön-
dərməsi əmrini verdi. Surxay xan fərman gətirən adamı öldürüb
Musa xana nalayiq sözlər yazdı. Buna görə Nadir bu məğrur
adamı cəzalandırmaq üçün Şirvana hücum etməyi lazım bildi.
Lakin Nadirin Kür çayına yaxınlaşdığını eşidən Surxay xan
Şamaxını tərk edib Dağıstana getdi.
122
1734-cü il avqustun 17-də Nadir Şamaxıya gəldi və Ərdəbil
hakimi Məmmədqulu xan Səidlini Şirvana hakim təyin etdi.
Nadirlə Surxay xan arasında həlledici döyüş Qəbələdə
oldu. Car və Tala ləzgiləri Surxay xana qoşuldu. Gəncə hakimi
Əli paşanın əmri ilə 8 minlik Osmanlı və tatar qoşunu da ona
köməyə gəldi. Surxay xanın 20 minlik ordusu Qəbələdə
Dəvəbatan adlı yerdə baş verən döyüşdə darmadağın edildi.
Surxay Qazıqumuğa, tatar və Osmanlı qoşunu isə Gəncəyə
çəkildi. Nadir böyük hərbi qənimət ələ keçirdi.
Payızın düşməsi ilə Nadir yürüşü Arana keçirdi. Ordusunu
iki yerə bölərək birini Miskincə-Şahdağ yolu ilə Qəbələyə, o birini
isə öz komandanlığı altında Xaçmaz yolu ilə Qəbələyə apardı. Bir
həftə Qəbələdə qalıb Gəncəyə hərəkət etdi. 1734-cü ilin noyabr
ayında Gəncə yaxınlığına gəldi. Gəncədə olan Osmanlı qoşun
başçısı Əli paşa Gəncə qalasına sığınmışdı. Nadirin qoşunları
qalanı mühasirəyə aldı və qanlı döyüşlər başladı. Qalaya atılan top
güllələri o qədər də əhəmiyyət vermədi. Qala divarlarının altına
lağım ataraq 7 yerdən barıt dolduruldu. Partlayış nəticəsinədə 700
türk əsgəri öldüsə də qala təslim olmadı. Qalanın mühasirəsinin
uzun sürdüyünü görən Nadir Tiflisi tutmaq üçün qoşun göndərdi.
Gəncənin mühasirəsi 4 ay çəkdi. Nadirin göstərişi ilə Gəncə
çayının qarşısı bağlandı, qalanın Şirhacı və cənub divarları uçub
dağıldı. Bəndi dağıtmağa müvəffəq olunsa da Osmanlı qarnizonu
təslim olmadı.
Qeyd etmək lazımdır ki, Gəncə savaşının gedişində Rusi-
yadan göndərilmiş elçi knyaz S.Qolitsin həmişə Nadirin yanında
olurdu. Nadir rus elçisi qarşısında Dərbənd və Bakının qay-
tarılması haqqında qəti tələb qoymuşdu. Buna görə də 1735-ci il
martın 10(21)-da Rusiya ilə Gəncə müqaviləsi bağlandı.
Müqaviləyə görə ruslar Bakını 2 həftə, Dərbəndi isə 2 ay
müddətində azad etməli idilər. Bu şəhərlər üçüncü dövlətə
verilməməli idi. Bundan başqa Ruslar Dağıstanın da Səfəvilər
hökmranlığına keçməsinə razılıq verirdi. Gəncə müqaviləsindən
sonra Gəncə qalasının alınması üçün ruslar yeni toplar göndərsə
123
də müsbət nəticə əldə olunmadı. Qarsda olan Osmanlı
qoşunlarının sərəsgəri Abdulla paşa Gəncədə mühasirədə olanlara
köməyə gələcəyi xəbərini göndərdi. Buna imkan verməmək üçün
Nadir Gəncədə bir qədər qoşun saxlayıb 15 minlik qoşunla
Loridən Qars üzərinə yürüdü. İrəvanı tutan Nadir Abdulla Paşa ilə
həlledici döyüşə girmək üçün Zəngi çayı yaxınlığında yerləşdi.
1735-ci ilin iyununda tərəflər arasında həlledici döyüş oldu. Nadir
tam qələbə qazandı. Abdulla paşa döyüşdə öldü. Nadir çoxlu hərbi
qənimət (o cümlədən 32 top) ələ keçirdi. Abdulla paşanın məğlu-
biyyətindən sonra Gəncə, Tiflis qalasında olan Osmanlı qarnizonu
təslim oldu. Gəncə hakimi Ə li paşa Nadir tərəfindən bağışlandı,
qarnizona Türkiyəyə getmək icazəsi verildi.
Nadirin əldə etdiyi qələbələr onu daha da ruhlandırmışdı. O,
Osmanlı paytaxtına hücum etməyi planlaşdırırdı. Bunun üçün
Nadir Rusiyanın kömək etməsini istəyirdi. Lakin Rusiya Nadiri bu
plandan çəkinməyə və Türkiyəni Səfəvi dövləti ilə həmsərhəd
bölgə və şəhərlərə hücum etməyə sövq edirdi.
1735-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında başlanan
müharibə Osmanlı dövlətini Nadirlə sülh bağlamağa məcbur etdi.
Osmanlı dövləti İranla sülh danışıqları aparmağı Gəncəli paşaya
həvalə etdi. 1736-cı ilin martında Gəncəli paşa Səfəvilərin
nümayəndəsi Mirzə Məhəmmədlə sülh danışıqlarına başladı. Bu
danışıqlar Gəncə müqaviləsinin şərtlərinin Nadir tərəfindən
pozulması demək idi. Beləki bu müqaviləyə əsasən Rusiyanın
iştirakı olmadan Nadir Osmanlı dövləti ilə sülh bağlamamalı idi.
Osmanlı dövləti ilə aşağıdakı şərtlərlə: Dövlət sərhədlərinin
Sultan IV Muradın zamanındakı kimi müəyyənləşdirilməsi barədə
razılıq əldə edildi. Bu razılaşmaya əsasən Osmanlı dövləti ilə
Nadir arasında olan müharibələrə müvəqqəti də olsa son qoyuldu.
Xırda hərbi əməliyyatlar nəzərə alınmazsa Nadirin ölümünə qədər
Osmanlı dövləti ilə müharibə baş vermədi.
Osmanlılarla müharibəni sona çatdıran Nadir müəyyən
müddət Dağıstanı tutmaqla məşqul olsa da öz əsas məqsədini
həyata keçirməyə başladı. Quba elinin «Həsənqala» düşərgə-
124
sindən qabağa düşərək Ağsuya (Yeni Şamaxı), oradan isə 1736-cı
il yanvarın 13-də Muğandakı ordugahına gəldi. Bu düşərgədə onu
ölkənin bütün əyanları gözləyirdi. O, dövlətin bütün əyalətinə
fərmanlar göndərmiş, hakimlər, vilayət rəisləri, əyan və üləmaları
Muğana qurultaya çağırmışdı. Nadirin əmri ilə Cavad keçidi
yaxınlığında ağac və qamışdan 12 min ev tikilmiş, ayrıca
karvansara, məscid və minarələr inşa edilmişdi. Tezliklə bura 100
min adam toplaşmışdı. Nadir qurultay iştirakçılarına müraciət
edərək “hər kəsi İran şahlığına, ölkənin sülh və əmniyyətinin
qorumasına, xalqın rifahını təmin etməyə daha layiq bilirsiniz onu
seçin. O (Nadir), indi Allahın köməyi ilə İranı düşmənlərin
işğalından azad edib, onları İran ərazilərindən qovubdur. İndi
qocaldığına və yorğunluğuna görə dincəlməyə ehtiyacı var.”
Uzun müzakirələrdən sonra qurultay işirakçılarınm böyük
əksəriyyəti yalnız Nadirin şahlığa layiq olduğunu bildirdilər
(Əlbətdə bu Nadir tərəfindən hazırlanmış bir oyun idi).
Müzakirələr zamanı Səfəvilərin son nümayəndəsi şah III Abbasın
ölüm xəbəri də gəlib çıxdı. Qurultay iştirakçılarının “təkidini”
qəbul edən Nadir 3 şərtlə şah olmağa razılıq verdi. Birinci, bundan
sonra Şah Təhmasib və onun uşaqlarına tərəfdar olmayasınız, əgər
bundan sonra Səfəvilərdən biri meydana çıxsa onu müdafiə
etməyib tutub zindana atasınız... İkinci, şiə məzhəbilə yanaşı
sünnü məzhəbinə də hörmət olunsun, bundan sonra Ömərə,
Osmana lənət oxunmasın, bu barədə heç nə yazılmasın, ondan
ötəri ki, bu iki məzhəb iki millət arasında çoxlu qan tökülməsinə
səbəb olmuşdur... İmam Cəfəri-Sadiqin yolunu unutmayasınız.
Üçüncü, məni şahlığa qəbul edirsinizsə, gərək and içəsiniz
məndən sonra mənim uşaqlarıma, ailəmə hörmətsizlik etməyib,
onlara tabe olacaqsınız. Qurultay iştirakçıları tərəfindən Nadirin
şah seçilməsi ilə Səfəvilər sülaləsinin hakimiyyəti sona çatdı.
|