117
Osmanlılar işğal etdikləri ərazilərdə yeni idarə üsulu yaratdılar.
Yaradılan idarəetmə sistemi əvvəlki inzibati ərazi bölgüsündən
çox fərqlənmirdi. Həmin ərazilər vilayətlərə, vilayətlər də
sancaqlara bölünürdü. Vilayətlərin ərazisi keçmiş bəylərbəy-
liklərin ərazisinə uyğun gəlirdi. Sancaqlar isə mahal və nahi-
yələrə bölünürdü. Vilayətlərə hərbi və mülki rəhbərlik Osmanlı
sərkərdələri təyin edilirdi. Sancaqların, mahalların və nahi-
yələrin idarəsi əsasən yerli feodallara tapşırılırdı.
Kür çayından şimalda yerləşən ərazilər isə xüsusi statusa
malik vassal hakimlər tərəfindən idarə edilirdi. Həmin
vəzifələrə hakim Osmanlı dövləti tərəfindən təyin edilirdi.
Şəki, Ərəş və Qax vassal mülkləri sayılırdı. Şirvanda isə
Hacı Davudun hakimiyyəti Krım xanının statusunda Osmanlı
sultanı tərəfindən tanındı və ona xan rütbəsi verildi. Lakin
1728-ci ilin yayında Hacı Davud Rusiyaya meyl etdiyinə görə
Gəncəyə dəvət edilərək ailəsi ilə birlikdə K ipr adasına gön-
dərildi. Onun yerinə bir il əvvəl Qəbələnin idarə edilməsi
tapşırılan Surxay xan təyin edildi.
Osmanlı hakimiyyəti altında olan ərazilərdə vergi qanun-
naməsi və vergi dəftəri tərtib olunmuşdu. 1727-ci ildə tərtib
edilmiş “Gəncə vilayətinin qanunnaməsi” və “Naxçıvan dəf-
tərində” əvvəlki vergilərdən çox da fərqlənməyən vergilər
əksini tapırdı.
Dostları ilə paylaş: