§ 6.3. Böyük Moğol dövləti ilə əlaqələr
XVI-XVII əsrlərdə Səfəvi dövlətinin ipək ticarətində
Avropa ölkələri ilə yanaşı Hindistan da mühüm rol oynayırdı.
Hindistan Səfəvi ipəyinin əsas alıcılarından biri sayılırdı. Bu
146
ölkələr arasında ticarət birtərəfli qaydada aparılmır və qarşılıqlı
faydaya əsaslanırdı. Hindistanla Səfəvi dövləti arasında iq-
tisadi-ticarət əlaqəsi quru karvan yolu ilə yanaşı okeandan
keçərək İran körfəzinə daxil olan su yolu ilə də aparılırdı. Bu
dövrdə İran körfəzində əsas ticarət məntəqəsi Hörmüz idi.
Hindistanla qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişlənməsi
Səfəvilərə böyük gəlir gətirirdi. Hindistan tacirlərinin Səfəvi
ölkəsinə gətirdikləri məhsullar içərisində ədviyyat əsas yer
tuturdu. Portuqaliya Hörmüzü tutduqdan sonra Səfəvi dövləti
ilə Hindistan arasında ticarət başlıca olaraq quru karvan yolları
vasitəsi ilə aparılırdı.
Səfəvi dövlətinin cənub-şərqində həmsərhəd olduğu
Moğol dövləti ilə I Şah İsmayılın dövründə dostluq münasibəti
yaradılmışdı. Bu münasibətlərin əsasında yalnız əlverişli iqti-
sadi əlaqələr deyil, həmdə Ə fqanstana və Şimali Hindistana tez-
tez hücüm edən Şeybanilər dövləti ilə ümumi düşmənçilik
münasibətləri dayanırdı. I Şah İsmayıl Baburun Türküstan və
Mavəraünnəhrdə möhkəmlənməsinə kömək göstərdi. I Şah
İsmayılın ölümündən sonra bu münasibətlər daha intensiv
xarakter aldı. Babur I Şah Təhmasib hakimiyyətə gələndən
sonra onu təbrik etmək üçün öz elçisi Hacəyi Əsədi 1527-ci
ildə Səfəvi sarayına göndərdi. I Şah Təhmasib də Moğol dövləti
ilə əlaqələri yaxınlaşdırmaq məqsədi ilə 1529-cu ildə Həsən
Çələbini Babur sarayına səfir göndərdi.
Moğol hökmdarı Humayunun dövründə (1530-1555) bu
əlaqələr daha da yaxşılaşdı. Lakin bu iki dövlət arasında
mübahisəli Qəndəhar məsələsi mövcud idi. Qəndəhar Hindis-
tanla Səfəvi dövləti arasında mühüm ticarət məntəqəsi rolunu
oynamaqla həmdə Xorasanın təhlükəsizliyi üçün hərbi-strateji
əhəmiyyətə malik idi. Buna görə də Qəndəhar hər iki dövlət
arasında münaqişəyə səbəb olur və tez-tez əldən ələ keçirdi.
1537-ci ilin sonunda I Şah Təhmasib Qəndəharı tutmasına
baxmayaraq, 1538-ci ildə Moğol dövləti bu şəhəri geri qaytardı.
Az sonra Ə fqan hökmdarı Şirxanla döyüşdə məğlubiyyətə
147
uğrayıb hakimiyyətdən salınan Dehli hökmdarı 1544-cü ildə
Səfəvi ölkəsinə gələrək kömək istədi. I Şah Təhmasib
Humayunu hökmdar kimi qarşıladı və ona hərbi yardım
göstərərək yenidən hakimiyyəti ələ almasına kömək etdi. Bu
köməyə görə Şah Humayun Qəndəharı Səfəvilərə güzəşdə
getdi. I Şah Təhmasib Humayun şahla sıx diplomatik əlaqə
saxlayırdı. Bu əlaqələr Humayun şahın oğlu Əkbər şahın
döründə də (1556-1605) davam etdirilmişdir.
Lakin Kabulun və Xorasanın təhlükəsizliyi üçün mühüm
strateji əhəmiyyətə malik Qəndahar üstündə münasibətlər
dəyişdi.
Əkbər şahın ölkə daxilində baş vermiş çəkişmələrə ba-
şının qarışmasından istifadə edərək 1558-ci ildə I Şah Təh-
masib Qəndəharı ələ keçirdi. Bu Səfəvilərlə Moğol dövləti
arasında münasibətlərə mənfi təsir göstərdi. I Şah Təhmasib
Əkbər şahla münasibətləri qaydaya salmaq üçün 1559-cu ildə
Seyid bəy Səfəvini, 1564-cü ildə yenə öz elçisini Əkbər şahın
sarayına göndərdi. Əkbər şah isə I Şah Təhmasibin elçilərlə
göndərdiyi məktubları cavabsız qoydu.
Şah Məhəmməd Xüdabəndənin hakimiyyəti dövrünə
qədər əslində Qəndəhar məsələsinə görə siyasi münasibətlər
kəsilmişdi. Məhəmməd Xudabəndə, həmçinin I Şah Abbas
Osmanlılara qarşı mübarizə aparmaq üçün Əkbər şaha yardım
göstərməsi üçün kömək etməsini xahiş etmişdilər. Hər iki
müraciətlə əlaqədar Əkbər şah öz elçiləri vasitəsi ilə məsləhət
və fikirlərini bildirərək tövsiyə verməklə kifayətləndi.
1591-ci ildə I Şah Abbas Xorasanı özbəklərdən azad
etmək üçün yardım göstərməsi ilə əlaqədar Yadigar Ə li Sultan
Rumlunu Əkbər şahın sarayına göndərdi. Səfəvi elçisi yaxşı
qəbul edilsə də I Şah Abbasın təklifi qəbul olunmadı. 1595-ci
ildə Qəndəharı Moğollar ələ keçirdilər. I Şah Abbas Mənucöhr
bəy vasitəsi ilə göndərdiyi məktubda Qəndəharın qaytarılmasını
tələb etsə də, bu heç bir nəticə vermədi. 1596-cı ildə Əkbər şah
öz elçilərini hədiyyələrlə Səfəvi sarayına göndərdi. Elçilər I Şah
148
Abbas tərəfindən yaxşı qarşılandı. 1597-ci ildə I Şah Abbas öz
elçilərini hədiyyələrlə Moğol sarayına göndərdi. I Şah Abbas
Əkbər şahın özbəklərlə sülh bağlamaq təklifinə cavab olaraq
itirilmiş torpaqları geri qaytaracağını bildirirdi.
I Şah Abbas Əkbər şahın oğlu Cahangirlə (1605-1627) də
dostluq əlaqələrini davam etdirməyə çalışdı. 1611, 1613, 1614,
1615, 1618-ci illərdə qarşılıqlı elçilik münasibətləri Səfəvi-
Moğol əlaqələrinin yaxınlaşmasına səbəb olmuşdu. 1619-cu
ildə I Şah Abbas Osmanlı dövləti ilə müharibənin başa çat-
masını nəzərə alaraq Moğol elçisi Xanaləmlə birlikdə Zeynal
bəy Şamlını Moğol sarayına göndərdi və Moğol hərbi hissə-
lərinin Qəndəhardan çıxarılmasını tələb etdi. I Şah Abbasın
1620-ci ildə göndərdiyi elçilər Moğol hökmdarı tərəfindən
yaxşı qarşılandı. I Şah Abbas tərəfindən 1622-ci il iyunun 21-
də Qəndəhar ələ keçirilənə qədər davam edən qarşılıqlı elçilik
münasibətləri pozulmamışdı.
I Şah Abbas Qəndəharı ələ keçirməsi ilə əlaqədar ya
ranmış gərginliyi aradan qaldırmaq üçün öz elçilərini xüsusi
məktubla Moğol sarayına göndərdi. Moğol hökmdarı elçiləri
qəbul etdi və I Şah Abbasa göndərdiyi məktubda öz narazılığını
ifadə etdi.
I Şah Abbas 1624, 1625, 1626-cı illərdə öz elçilərini
Moğol sarayına göndərməklə Moğol dövləti ilə münasibətləri
qaydasına salmağa çalışırdı. Moğol dövlətində yaranmış daxili
çəkişmə və Şah Cahanın atasına qarşı qiyamı Şah Cahangirin
Qəndəharı geri qaytarmasına mane olmuşdur.
1627-ci ildə Cahangirin ölümündən sonra hakimiyyətə
Şah Cahan keçdi (1627-1658). Şah Cahanla I Şah Səfi (1629-
1642) arasında elçilik münasibətləri davam etdi. Osmanlılarla
Səfəvilər arasında müharibənin başlanmasından istifadə edən
Moğol hökmdarı Səfəvilərlə Moğol dövləti arasında mühüm
iqtisadi-ticarət əhəmiyyəti daşıyan Qəndəharı yenidən ələ
keçirdi. 1638-ci ildə Qəndəhar hakimi Əlimərdan xan qalanı
Moğollara təslim etdi. I Şah Səfi Qəndəhara yürüş təşkil etsə də
149
Kaşanda vəfat edir. 1642-ci il mayın 16-da hakimiyyətə oğlu
Sultan Məhəmməd II Şah Abbas (1642-1666-cı illər) adı ilə
gəldi. II Şah Abbasın hakimiyyətinin ilk illərində Moğol
dövləti ilə diplomatik əlaqələr davam etsə də, Səfəvi dövləti
Qəndəharı güzəştə getmək istəmirdi. Moğol dövlətində daxili
çəkişmələrin artdığı, əfqanların və özbəklərin Moğol dövlətinin
şimal-qərb sərhədlərində fəallaşmasından istifadə edən II Şah
Abbas 1649-cu ilin fevral ayında Qəndəharı ələ keçirdi. Moğol
hökmdarı Şah Cahanın 1649, 1652və1653-cü illərdə Qəndəhar
üzərinə təşkil etdiyi yürüşlər heç bir nəticə vermədi. Moğol
hökmdarı Qurən-greybin hakimiyyəti illərində (1658-1707)
Səfəvi dövləti ilə sülh və dostluq əlaqələri qorunub saxlan-
mışdı. XVII əsrin sonunda Moğol dövləti Qəndəharın veril-
məsini tələb etsə də Səfəvi sarayı rədd cavabı verdi.
Beləliklə, XVI-XVII əsrlərdə Qəndəhar məsələsi Səfəvi
və Moğol dövlətləri arasında sülh və dostluq münasibətlərini
poza bilmədi. XVI-XVII əsrlərdə Azərbaycanla Hindistan ara-
sında geniş ticarət əlaqələri mövcud olmuşdur. XVII əsrdə Hin-
distan malları Qərbi Avropa və Rusiyaya əsasən Volqa-Xəzər
yolu ilə daxil olurdu. Bu yolla bağlı əsas ticarət mərkəzləri isə
Bakı, Şamaxı, Şabran, Ərdəbil və Təbriz şəhərləri idi.
XVII əsrdə Azərbaycanla Hindistan arasındakı mal
mübadiləsinin genişlənməsindən istifadə edən hind tacirləri
Şamaxıda, Bakıda böyük kapital sahibi olmaqla, Azərbaycan
şəhərlərində yerləşib möhkəmlənmişdilər. Təbriz, Ərdəbil, Sal-
yan və Ərəşdə çoxlu Hind tacirləri yaşayırdı.
XVII əsrin ikinci yarısında Hind tacirləri Səfəvi bazar-
larında digər ölkə tacirləri ilə müqayisədə tam üstünlük qazan-
mışdılar. Hind tacirləri Şərq ölkələri ilə, xüsusilə Çinlə
ticarətidə tamamilə öz əllərinə keçirmişdilər.
Göründüyü kimi, Səfəvi dövləti ilə Böyük Moğol dövləti
arasında yaranmış dostluq münasibətləri iqtisadi-ticarət
əlaqələrinin də genişlənməsinə və sabit səciyyə daşımasına
müsbət təsir göstərmişdir.
|