Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə38/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   55
DERSL-K-1501-1736

 
 


162 
§ 7.2. Ordu quruculuğu 
XVI-XVII əsrlərdə Azərbaycan dövlətinin ordu quru-
culuğu XV əsrdəki Qaraqoyunlu Ağqoyunlu əskəri təşkila-
tından az fərqlənirdi. Bu dövrdə ordu dövlət (vilayət hakim-
lərinin qoşunu, qorçu) və Şah qoşununa (tüfəngçilər, topçular, 
qulamlar, süfilər) ayrılırdı. Bir qayda olaraq dinc dövrdə vilayət 
hakimləri 2-3 min nəfərlik nizami alay saxlayırdılar. Müharibə 
zamanı isə hər bir vilayəti hakimi Şahın çağırışına əsasən 8-10 
min nəfərlik qeyri- nizami qoşun səfərbəyliyə alırdılar. Dövlət 
qoşununun 20-30 min nəfərlik qorcu adlanan növü türk tayfa 
süvarilərindən ibarət olub ölkəni daxildən və xaricdən yaranan 
təhlükədən qoruyurdular. 
XVI əsrdə Azərbaycanda mərkəzləşdirilmiş nizami ordu 
yox idi. Ordu əyalət hakimlərinin ayrı-ayrı qeyri- nizami qoşun 
hissələrindən ibarət idi. Həmin qoşun hissələri hər tayfanın 
vilayət hakimi tərəfindən təşkil və təchiz olunurdu. Bu qoşun 
hissələri tayfa üzvlərindən ibarət qohumluq əlaqələrinə əsas-
lanırdı. Ona görə də əsgərlər öz tayfa başçılarının əmr və 
tapşırıqlarına əməl edirdilər. Odur ki, vilayət hakimləri də çox 
vaxt müstəqil hərəkət edirdilər. Ordunun bu cür təşkili yəni 
tayfa prinsipləri əsasında qurulması 1514-cü ildə Çaldıran 
döyüşündə qızılbaşların məğlubiyyəti ilə nəticələndi. Qızılbaş 
əsgərləri böyük ruh yüksəkliyi və cəsarətlə vuruşsalar da 
dövrünün müasir silahları ilə silahlanmış və Avropa nizamı 
qəbul etmiş Osmanlı ordusunun qarşısında dayana bilmədilər. 
Şah İsmayılın dövründə yuxarı vəzifələrə hər bir tayfanın öz 
başçılarının namizədliyini irəli sürmələri bu tayfalar arasında 
mübahisələrə, hətta toqquşmalara gətirib çıxarırdı. I Şah Təhmasib 
bir çox tayfaları sıxışdırıb tədbirlər görsə də bu problemi tam 
aradan qaldıra bilmədi. Yalnız I Şah Abbas həyata keçirdiyi 
əsaslı hərbi islahatlar nəticəsində vilayət hakimlərinin 
tabeliyində olan tayfa üzvlərindən ibarət qoşunların sayını 
azaltdı və mərkəzləşdirilmiş, müasir döyüş silahları ilə təchiz 


163 
edilmiş Osmanlı yeniçəri qoşun növündə ordu yaratdı. Bu 
ordunu tayfaya bağlılıq qüsurlarından azad etdi. 
Müharibələr zamanı silahlı qüvvələrin baş komandanı 
vəzifəsinə Azərbaycan vilayətinin hakimi təyin olunurdu. Şahın 
şəxsi qvardiyası istisna olmaqla bütün qoşun növləri onun 
sərəncamına verilirdi. 
1) Dövlət qoşunu divani məmalikdən asılı olan və 
bəylərbəyilər tərəfindən idarə edilən torpaqların gəliri hesabına 
saxlanılırdı. Bu qoşun növü iki hissədən ibarət idi: 
a) Vilayət hakimlərinin saxladıqları daimi süvari dəstələr. 
Mənbələrin verdiyi məlumata görə belə hərbi dəstələrin sayı 
59.907 nəfər təşkil edirdi. Bu qoşun 32 qızılbaş tayfasından 
təşkil olunmuşdu. 
b) Qorçu adlı nizami hərbi qvardiya. Onlar yay-ox, 
xəncər, qılınc, hərbi balta, qalxan kimi silahlarla təchiz olun-
muş süvarilər idi. Adi vaxtlar onlar başlarına qırmızı rəngli 
qızılbaş papaqları qoysalar da müharibə zamanı dəmir dəbilqə 
qoyurdular. 
Qorçular çadırda yaşayırdılar və övladlarını gənc yaş-
larında şahın xidmətinə göndərirdilər ki, buradada onlar şaha 
sədaqət ruhunda təlim-tərbiyə alırdılar. Qorçular sərdarlarını öz 
sıralarından seçirdilər. I Şah Abbas bu qoşunu aradan götürüb 
onları qulamlarla əvəz etməyə çalışsa da buna nail ola bilmə-
mişdi. Onların bəzi imtiyazlarını ləğv edib qulamlara versə də 
qorçuların dövlət əleyhinə qalxmalarından ehtiyat edərək bu işi 
tez dayandırmışdı. Mərkəzdəki Şah qorçularından başqa yerlərdə 
20-30 min nəfərdən ibarət qorçu hərbi hissələri mövcud idi. 
I Şah Abbasın həyata keçirdiyi hərbi islahat nəticəsində 
qorçuların sayı iki dəfə azaldılaraq 30 min nəfərə endirilmiş, 
əvəzində piyada tüfəngçi alayı yaradılmışdı. 
2) Qulam, tüfəngçi, topçu və sufilər Şah qoşunuolub, 
onların maaşı xassə əmlakı hesabına büdcədən ödənilirdi. 
I Şah Abbas tərəfindən yaradılan bu nizami qoşun hissəsi 
44 min nəfər idi. Bu qoşun növünün yaradılması qızılbaş 


164 
tayfalarından olan qeyri-nizami qoşunu (çəriyi) zəiflətsə də 
onları tam sıradan çıxara bilmədi. 
Qulamlar adı ilə göstərilən hərbi alay elmi ədəbiyyatda 
həm də qullar adı ilə qeyd olunur. O nlar azadlıqlarının məh-
dud olması mənasında qul adlandırılmırlar. Onlar süvari döyüş-
çüsü olub, silahları qılınc, nizə, ox-yaydan ibarət idi. Onlar 
şahın nəzarəti altında təlim keçir və birbaşa şaha tabe idilər. 
Onlar hərbi xidmətə ömürlük qəbul edilirdilər. Qulamlar 
xristian əhalidən, xüsusilə Gürcüstan və Şimali Qafqaz əha-
lisindən götürülmüş kiçik yaşlı uşaqlara müsəlmançılığı qəbul 
etdirərək xüsusi təlim- tərbiyədən keçirilərək götürülürdülər. Bu 
alayın başçısı qullarağası adlanırdı. 
Azərbaycan Səfəvi dövlətinin ordusu I Şah Abbasın 
həyata keçirdiyi hərbi islahatlar nəticəsində təkmilləşdirilib
möhkəmləndirilmişdi. I Şah Abbasın varisləri dövründə ordu 
getdikcə zəifləmişdi. 
Ordunun sayı haqqında məlumatlar müqayisəli şəkildə 
ümumiləşdirilsə belə nəticəyə gəlmək olar ki, Azərbaycan 
Səfəvi dövlətində müharibə dövründə səfərbəyliyə alınan 
ordunun sayı 120-150 min nəfər arasında olmuşdur. 
Orduda qoşun növləri üzrə başçılar əmiri-əzəm rütbəsi 
daşıyır və qorçubaşı qorçuların, qullarağası qulamların, tüfəng-
çibaşı tüfəngçilərin, topçubaşı topçuların, bəylərbəyi isə vila-
yətdəki qoşunun başçısı idi. Ordunun baş komandanı Azər-
baycan bəylərbəyi, ya da qorçubaşı təyin olunurdu. Lakin bu 
hərbi vəzifə müharibə dövrü üçün nəzərdə tutulurdu, müharibə 
qurtardıqda o, vəzifədən dərhal istefa verirdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin